*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Loraflamin
Sual ver
  Təcili sifariş A+ A-

Loraflamin

Tərkibi

Desloratadin – 5 mq

Farmakoloji  xüsusiyyətləri.

Daxilə  qəbul  zamanı  desloratadin (loratadinin 1-cili aktiv metaboliti)  selektiv  olaraq  periferik  H1  histamin  reseptorlarını  blokadaya  alır. Sitostatik  reaksiyaları  tormozlayır: iltihabəleyhinə  sitokinlərin, o  cümlədən  interleykin – 4 (İL-4), İnterleykin – 6 (İL-6), İnterleykin – 8 (İL-8), İnterleykin – 13 (İL-13), həmçinin  P – selektini, İgE, prostoqlandin  D2, leykotriyen  C4  və  histaminin  azad  olmasını  tormozlayır. Beləliklə, allergik  reaksiyaların  qarşısını  alır, qaşınma  əleyhinə, anti  eksudativ  təsir  göstərir, kapilyarların  keçiriciliyini  aşağı  salır, toxumalarda  şişkinliyin  qarşısını  alır. Preparat  mərkəzi  sinir  sisteminə  təsir  göstərmir, beləliklə  sedativ  effektə  malik deyil (yuxululuq  vermir), müəyyən  olumuş  dozalarda  qəbulu  psixomotor  reaksiyaların  gedişatına  təsir  etmir. Elektrokardioqramma  zamanı  QT  intervalının  uzanmasına  təsir  etmir.

Qəbul  olunduqdan  sonra  preparat  mədə - bağırsaq  traktından  asanlıqla  sovrulur.

Preparat  öz  təsirini  30  dəqiqə  ərzində  göstərir. Qanda  maksimal  konsentrasiyaya  3  saata  çatır. Təsir  müddəti  24  saat  davam edir.

Alkaqol  və  qida  qəbulu  preparatın  farmakoloji  xüsusiyyətlərinə  təsir  göstərmir.

 

Göstərişləri.

ü  Mövsümi  pollinoz  və  ilboyu  allergik  rinitlər (burundan  selik  ifrazı, burun  tutulması, qıcıqlanma);

ü  Allergik  konyuktivitlər;

ü  Vaginal kandidoz (kompleks müalicədə);

ü  Xroniki  idiopatik  övrə, qaşınma  göynəmə  hissi  ilə  müşahidə  olunan  dermatozlar (kontakt  allerqodermatitlər, xroniki  ekzema), angionevratik  ödem, bronxial  astma (köməkçi  vasitə  kimi), həşərat  sancması  ilə   müşahidə  olunan  allergik  reaksiyalar.

 

Dozalanması  və  istifadə  qaydası.

Daxilə  preparat  bütöv  formada, çeynənilmədən  az  miqdar  su  ilə  qəbul  olunur.

Preparatı  günün  eyni  saatlarında qəbulu  məsləhət  görülür (qida  qəbulundan  asılı  olmayaraq).

Böyüklər  və  12  yaşdan  yuxarı  yeniyetmələr:

1  tablet  gündə  1  dəfə.  Müalicə  müddəti  simptomların  uzanmasından  asılıdır. Simptomlar  aradan  qalxdıqdan  sonra  preparatın  istifadəsi  dayandırımalıdır.

 

Əks  göstərişlər.

Preparatın komponentlərinə  qarşı  hiperhəssaslıq.

Hamiləlik  və  laktasiya;

12  yaşa  qədər  uşaqlar.

Kəskin  böyrək  çatışmazlığı  zamanı  preparatı  ehtiyyatla  istifadə  etmək  lazımdır.

 

Buraxılış forması.

№ 15 tablet

İstehsalçı. Trima, İsrail

Eksklyuziv  distribyütor. Normapharm


Baxılma sayı: 736 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..