*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

METRONAZ

Tərkibi:
Metronidazol  5 mq/ml

Farmakoloji xüsusiyyətləri

Metronidazol geniş təsir spektrinə malik effektiv antiprotozoy və antibakterial dərman maddəsidir. Preparat Trichomonas vaginalis, Giardia intestinalis, Entamoeba histolytica, Lamblia intestinalis, həmçinin obliqat anaeroblara (spor əmələ gətirən və əmələ gətirməyən) - Bacteroides spp., Clostridium spp., Peptostreptococcus spp., Peptococcus spp, Eubacterium-un həssas ştammlarına qarşı yüksək aktivlik göstərir. Aerob mikroorqanizmlər və fakultativ anaeroblar metronidazola qarşı həssas deyildir, lakin qarışıq floranın (aeroblar və anaeroblar) iştirakında metronidazol adi aeroblara qarşı effektiv olan antibiotiklərlə sinergist təsir göstərir. Metronidazolun təsir mexanizminin mahiyyəti anaerob mikroorqanizmlərin və ibtidailərin hüceyrədaxili nəqledici proteinləri tərəfindan metronidazolun 5-nitroqrupunun biokimyəvi reduksiyasından ibarətdir. Metronidazolun reduksiya olunmuş 5-nitroqrupu mikroorqanizm hüceyrələrinin DNT-si ilə qarşılıqlı təsirdə olaraq onların nuklein turşularının sintezini tormozlayır ki, nəticədə bakteriyalar məhv olur.

Anaerob infeksiyalı xəstələrin vena daxilinə 20 dəqiqə ərzində 500 mq metronidazol yeridildikdə qan zərdabında preparatın konsentrasiyası 1 saatdan sonra 35,2 mkq/ml, 4 saatdan sonra 33,9 mkq/ml, 8 saatdan sonra 25,7 mkq/ml olur. Preparat yüksək nüfuzetmə qabiliyyatinə malikdir və orqanizmin əksər toxuma va mayelərində, о cümlədən ağciyərlər, böyrəklər, qaraciyər, dəri, onurğa-beyni mayesi, beyin, öd, ağız suyu, amniotik maye, absess boşluqları, vaginal sekret, toxuma mayesi, süddə bakterisid konsentrasiyalara çatır. Qan zülalları ilə birləşməsi zəifdir və 10-20%-dən yüksək olmur. Ödyaranma prosesi normal olduğu halda metronidazolun vena daxilinə yeridilməsindən sonra öddə olan konsentrasiyası qan plazmasındakı konsentrasiyasından xeyli dərəcədə yüksək ola bilər. Metronidazol orqanizmdən böyrəklər vasitəsilə xaric olur - dozanın 63%-i (preparatın 20%-i – dəyişilməmiş şəkildə xaric olur). Metronidazolun yanmxaricolma dövrü 6-7 saat təşkil edir. Böyrək klirensi 10,2 ml/dəqiqə təşkil edir. Böyrək funksiyaları pozulmuş xəstələrə preparatın təkrar yeridilməsi metronidazolun qan zərdabında akkumulyasiyasına səbəb ola bilər. Buna görə də ağır böyrək çatışmazlığı olan xəstələrdə metronidazoldan istifadə tezliyini azaltmaq lazımdır.

İstifadəsinə göstərişlər:

Preparat  Metronidazola qarşı həssas mikroorqanizmlər tərəfindən törədilən infeksiyaların müalicəsi üçün göstərişdir.

  cərrahi müdaxilələr zamanı, əsas etibarı ilə də qarın boşluğu üzvləri və sidik yolları üzərində;

  anaerob infeksiyaların müalicə və profilaktikasında;

  ağır, qarışıq aerob-anaerob infeksiyaların kombinəolunmuş terapiyasında;

  qaraciyər və bağırsaq amöbiozunun ağır formalarında;

  sepsis;

  peritonit;

  osteomielit;

  ginekoloji infeksiyalar;

  kiçik çanaq üzvləri və baş beyinin absesində;

  absesləşmiş pnevmoniya;

  qazlı qanqrena;

  dəri, yumşaq toxumalar, sümük və oynaq infeksiyalarında.

Əks göstərişlər:

  • Metronidazol və ya diğər nitroimidazol törəmələrinə qarşı həssaslığın olması;
  • MSS-nin üzvi zədələnmələri;
  • Qan xəstəlikləri;
  • Hamiləlik (I trimestr), laktasiya dövrü.

İstifadə qaydası və dozalanması.

12 yaşından yuxarı uşaqlar və böyüklər üçün birdəfəlik doza 500 mq, venadaxili istifadədə 5ml/dəq təşkil etməklə, istifadələr arasındakı interval 8 saatdır. Müalicə kursunun müddəti fərdi olaraq təyin edilir. Sutkalıq maksimal doza 4,0 qr.-dır.
12 yaşınadək uşaqlara bədən çəkisinin 7,5mq/kq olmaqla 3 dəfəyə 5ml/dəq sürətilə;
Kəskin böyrək və ya qaraciyər çatmamazlığı olan xəstələrə sutkalıq doza 2 dəfəyə qəbul edilməklə 1000 mq təşkil edir.
Venadaxili istifadə üçün nəzərdə tutulan Metronaz məhlulunu digər dərman preparatları ilə qarışdırmaq məsləhət deyil!

Buraxılış forması: 100 ml №1 flakon

İstehsalçı: İST-FARM MMC RUSİYA

Eksklyuziv  distribyütor. Normapharm


Baxılma sayı: 3255 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..