*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Moksiflam
Sual ver
  Təcili sifariş A+ A-

MOKSIFLAM

Tərkibi

250 ml məhlul – 400 mq moksifloksasin (moksifloksasin hidroxlorid şəklində)

1 tabletin tərkibi – 400 mq moksifloksasin (moksifloksasin hidroxlorid şəklində)

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Flüorxinolon sırasından geniş təsir spektrinə malik olan bakterisid antibakterial preparatdır. Bakterial DNT-nun rekombinasiya, reparasiya, transkripsiya və replikasiyası üçün lazım olan topoizomeraza II (DNT-giraza) və topoizomeraza IV fermentlərini inhibə edir.

Geniş spektrli qram-müsbət və qram-mənfı mikroorqanizmlərə qarşı, anaerob,turşuya davamlı və atipik bakteriyalara qarşı aktivdir: Mycoplasma spp., Chlamydia spp.,Legionella spp.

Beta-laktam antibiotik və makrolidlərə qarşı rezistent bakteriya ştammlarına qarşı effektivdir.

Aşağıda göstərilən mikroorqanizmlərin çoxsaylı ştammlarına qarşı aktivdir (həm in vitro, həmdə bir sıra infeksiyaların müalicəsində klinik müayinələrin nəticələri üzrə): qram-müsbət aerob mikroorqanizmlər. Enterococcusfaecalis (yalnız vankomisin və gentamisinə qarşı həssas ştammlar), Staphylococcus aureus (metisillinə-həssas ştammlar), Streptococcus anginosus, Streptococcus constellatus, Streptococcus pneumoniae (multirezistent ştamlar daxil olmaqla), Streptococcus pyogenes; aerob qram-mənfı mikroorqanizmlər: Enterobacter cloacae, Escherichia coli, Haemophilus influenzae, Haemophilus parainfluenzae, Klebsiella pneumoniae, Moraxella catarrhailis. Proteus mirabilis; anerob mikroorqanizmlər: Bacteroides fragillis, Bacteroides thetaiotaomicron, Clostridium

perflngens, Peptostreptococcus spp., həmçinin digər mikroorqanizmlər - Mycoplasma pneumoniae, Chlamydia pneumoniae. In vitro müayinələr üzrə moksifloksasin aşağıdaki mikroorqanizmlərin

çoxsaylı (90%) ştamlarınaqarşı aktivdir: aerob qrammüsbət mikroorqanizmlər - Strapfylococcus epidermidis (yalnız metisillin həssas ştamları), Streptococcus agactiae, Streptococcus viridans; aerob qram-mənfı mikroorqanizmlər - Citrobacter freundii, Klebsiella oxytoca, Legionella pneumophila; anaerob mikroorqanizmlər - Fusobacterium spp., Prevotella spp.

Farmakokinetikası

Sorulması

Daxilə istifadə zamanı preparat mədə-bağırsaq traktından tez və təqribən tam sorulur, qida qəbulu sistem absorbsiyasının sürətinə və dərəcəsinə nəzərə çarpan təsir göstərmir.

Moksifloksasinin 400 mq birdəfəlik dozasının qəbulundan sonra qan plazmasında maksimal konsentrasiyası 0,5-4 saat ərzində qeyd edilir və 3,1 mq/1 təşkil edir. Tam biomənimsənilməsi demək olar ki 90% təşkil edir.

Paylanması

Moksifloksasin damarlardan kənar mühitdə çox tez paylanır. Qan zərdabının zülalları ilə birləşməsi (əsasən albuminlərlə) təxminən 30-50% təşkil edir və maddənin konsentrasiyasından asılı deyil.

Plazma konsentrasiyalardan üstün olan konsentrasiyalar ağciyər toxumalarında (o cümlədən alveolyar makrofaqlarda), bronxların və burun boşluqların selik qişalarında, dəri iltihabi ocaqdan olan ekssudatda yaranır.

Ağız suyu və interstisial mayedə preparatın azad vəziyyətində yüksək konsentrasiyaları qeyd olunur. Bundan əlavə preparatın yüksək konsentrasiyaları qarın boşluğunun üzvlərində və peritoneal mayedə, həmçinin qadın cinsiyyət üzvlərində qeyd edilir.

Xaric olması

Preparatın yarım xaricolma dövrü təxminən 12 saat təşkil edir. Moksifloksasinin təqribən 45%-i dəyişilməmiş şəkildə xaric olunur (20% sidiklə, 25% nəcislə).

 

 

 

İstifadəsinə göstərişlər.

  Xroniki bronxitin kəskinləşməsi;

  Xəstəxanadan kənar pnevmoniya;

  Kəskin  bakterial  sinusitlər  zamanı;

  Vərəmin  kompleks  müalicəsi;

  Dəri və yumşaq toxumaların ağırlaşmış və ağırlaşmamış infeksiyaları: infeksiyalaşmış xoralar,yaralar,yanıqlar, abseslər;

  Ağırlaşmış intraabdominal infeksiyalar, polimikrob infeksiyalar daxil olmaqla (abses törədici infeksiyalar kimi);

  Kiçik çanaq üzvlərinin ağırlaşmamış iltihabi xəstəlikləri (o cümlədən salpingit və endometrit);

  Urogenital  infeksiyalar  zamanı (ureoplazmoz, mikoplazmoz, xlamidiya);

  İrinli  osteomielit;

  Sidikçıxarıcı orqanların infeksiyaları: sistit, pielonefrit,prostatit, uretrit;

  Xəstəxanadaxili  infeksiyalar;

  Diabetik  pəncə  sindromu;

epididimit, kolpit, orxit, immunoloji  sonsuzluq.

 

Əks göstərişlər.

-       Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;

-       Hamiləlik;

-       Laktasiya;

-       18 yaşa qədər uşaqlar.

 

İstifadə qaydası və dozası.

Örtüklü  tablet: Preparat  daxilə  qəbul  edilir. 400 mq  sutkada  1  dəfə

İnfuziya şəklində vena daxili yeridilir (infuziya üçün məhlul).

Müalicə  infuziya  ilə  başlanılır, tablet  ilə  davam  etdirilir.

Müalicənin müddəti infeksiyanın ağırlığından və klinik effektdən asılıdır.

İnfuziya üçün məhlulun istifada qaydası

Preparat vena daxili infuziya şəklində 60 dəqiqə ərzində yeridilir. İnfuziya məhlulu bilavasitə ya T-formalı kateter vasitəsilə yeridilir. Aşağıda göstərilən infuziya üçün məhlulların istifadəsi ilə hazırlanmış Moksiflam infuziya məhlulu otaq temperaturunda 24 saat ərzində stabil qalır. Bu məhlullar Moksiflam-la uyuşan hesab edilir; inyeksiya üçün su, 0,9%-li natrium-xlorid məhlulu, İM natrium-xlorid məhlulu, 5%-li dekstroza (qlükoza) məhlulu,10%-li dekstroza (qlükoza) məhlulu,40%-li dekstroza (qlükoza) məhlulu, 20%-li ksilit məhlulu, Ringer məhlulu, Ringer laktat məhlulu.Əgər, Moksiflam infuziya məhlulu digər preparatlarla birlikdə istifadə edilərsə, o zaman hər dərman vasitəsi ayrı-ayrı yeridilir. Preparatı dondurmaq və soyutmaq olmaz, çünki belə hallarda otaq temperaturunda həll olan çöküntülər əmələ gələbilər. Yalnız şəffaf məhlul yeridilir.

 

Buraxılış forması.

250  ml  № 1  flakon

10 tablet

 

İstehsalçı. Farmaten SA.Yunanıstan

Eksklyuziv  distribyütor. Normapharm


Baxılma sayı: 151 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..