*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Stenokardiya » Omefort plus
Sual ver
  Təcili sifariş A+ A-

Omefort Plus

Tərkibi:

Omega 3 -1000 mq ( EPA- 460 mq, DHA- 380mq )

Sarımsaq  yağı  -100 mq

Vitamin E - 10 mq

Farmakoloji xüsusiyyətləri:

Omeqa3 eykozapentaen turşusu  (EPT) və  dozaheksaen  turşusu  (DHT) ilə zəngindir. Omeqa 3 insan orqanizminin doymamış  yağ turşularına olan sutkalıq tələbatını  ödəyir. Tədqiqatlar göstərir ki, qida rasionuna balıq  yağının əlavə olunması  ürək – damar sisteminin funksional vəziyyətinə müsbət təsir göstərir. Eyni zamanda Omeqa-3 beynin normal fəaliyyəti üçün çox vacibdir, belə ki, o, sinir impulslarının bir hüceyrədən digərinə ötürülməsini təmin edən enerjinin qısa müddət ərzində yaranmasını  dəstəkləyir.

Sarımsaq  yağı (Garlic  oil) müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Tərkibi A, C, B qrup vitaminləri, fosfor, kalium, kükürd, sink,  selenium,  kalsium, maqnezium, natrium, dəmir, manqan, bol miqdarda su, şəkər, karbohidratlar, zülal, lif və sərbəst aminturşuları ilə zəngindir.

Sarımsaq  yağı (Garlic  oil)  ilk növbədə mədə-bağırsaq, prostat, qırtlaq xərçənginə yoluxma ehtimalını azaldır, orqanizmdən dəmir və ağır metalları xaric edir, arteriyaların endotelisində aterosklerotik yastıqcıqların əmələ gəlməsinin qarşısını alır, qanda xolesterinin miqdarını aşağı salır.Trombosilərin aqreqasiyasının azaldır  və qanı durulaşdırır, həmçinin arterial təzyiqi normallaşdırır.

Sarımsaq  yağı (Garlic  oil) həmçinin ürək əzələsini möhkəmləndirir, böyrək daşı xəstəliyi zamanı da tövsiyyə olunur. Sidik yollarının infeksiyalarına qarşı təsirli vasitələrdən biridir.

Vitamin E (alfa-tokoferol asetat) bioloji aktiv tokoferol olub, asetat formasında davamlıdır.

Hüceyrə antioksidantıdır. Hüceyrələri  sərbəst  radikallardan  qoruyur.

Vitamin E (alfa-tokoferol asetat)  Damarların, əsasəndə  kapilyarların  divarını  möhkəmləndirərək, keçiriciliyi  bərpa  edir. Qanın  qatılığını  normallaşdıraraq(xolesterinin  sintezini  azaldır), ateroskleroz  riskini  azaldır.

 

İstifadəsinə göstərişlər:

Omefort Plus kapsullar artmış  xolesterin və triqliserid səviyyəsinin azaldılması, qan dövranının tənzimlənməsi üçün  istifadə  olunur, ateroskleroz və infarktın profilaktikasında əhəmiyyətli rol oynayır.

  • Ø Ürəyin  işemik  xəstəlikləri;

·      Hipertoniya;

·      Ateroskleroz;

·      Stenokardiya;

·      Miokard infarktından  sonrakı  reabilitasiya  dövrü.

Ø Şəkərli diabetin fəsadlarının profilaktikası  (retinopatiya, angiopatiya);

Ø Beyin qan dövranı pozğunluğunun kompleks müalicəsində.

 İstifadə qaydası və dozası:

Gündə 1-2 kapsul qəbul etmək tövsiyə olunur.

Buraxılış forması:

Yumşaq jelatin kapsul № 60

İstehsalçı: Koza İlaç, Türkiyə.


Baxılma sayı: 1790 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..