*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Optifol
Sual ver
  Təcili sifariş A+ A-

OPTIFOL

Tərkibi:

Fol  turşusu – 400  mkq

Farmakoloji  xüsusiyyətlər:

Farmakodinamika:

B  qrup   vitaminləri  (vitamin  B9)  bağırsaq  mikroflorası  tərəfindən  sintez  olunur.  Orqanizmdə  fol  turşusu  tetrahidrofol  turşusuna  qədər  çevrilərək, müxtəlif  metabolik  proseslərdə  iştirak  edən   koenzim  rolunu  oynayır. Fol  turşusu  meqaloblastların  və  normoblastların  inkişafı  üçün  mütləqdir. Eritropoezi  stimullaşdırır, amin  turşular, nuklein  turşuları, purin, pirimidinlərin  sintezində, xolin  və  histidinin  mübadiləsində  iştirak  edir.

Farmakokinetika:

Fol  turşusu  mədə - bağırsaq  traktından  tam  sovrulur. Plazma  zülalları  ilə  demək  olarki  tam  birləşir. Qaraciyərdə  dihidrofolatreduktaza  fermentinin    iştirakı  ilə  aktiv  forma  tetrahidrofol  turşusuna  çevrilir. Tmax — 30–60  dəqiqədir. Fol turşusu  hematoenselfalik  və  plasentar  baryeri  keçir.

Göstərişləri:

 Fol  turşusu  defisiti;

 Planlanan hamiləlikdən 3-4 həftə əvvəl;

 Dölün sinir borusunun optimal inkişafı üçün;

 Hüceyrə bölünməsi və qanın yaranması proseslərində.

Əks  göstərişlər:

Preparatın  komponenlərinə  qarşı  hiperhəssaslıq.

İstifadə  qaydası  və  dozalanması:

  • Fol  turşusu  defisiti  zamanı  1 tablet gündə 1 dəfə
  • Planlanan hamiləlikdən 3-4 həftə əvvəl 1 tablet gündə 1 dəfə  yeməkdən sonra.
  • Hamiləlik zamanı 1 tablet gündə 1 dəfə  yeməkdən sonra (hamiləliyin I  trimestri  boyunca).

Buraxılış  forması: №120 tablet

İstehsalçı: Pharmex, Rumıniya


Baxılma sayı: 158 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..