*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

SIPRONAZ

TƏRKİBİ:

100 ml İnfuziya(2mq/ml) - 200 mq siprofloksasin

FARMOKOLOJİ  XÜSUSİYYƏTLƏRİ:

SİPRONAZ-ftorxinolon qrupuna aid olan geniş təsir spektrli antibakterial preparatdır. Bakterisid təsiri var. SİPRONAZ bakterial hüceyrənin DNT-ni inhibə edərək, DNT replikasiyasını və bakterial hüceyrənin zülallarının sintezini qarşısını alır,bu da bakteriyanın məhvinə gətirb çıxarır.  

SİPRONAZ aşağıdakı törədicələrə qarşı aktivdir:

Qram(+) aeroblar: Staphilococcus spp. (S.aureus, S.haemoliticus, S.hominis, S.saprophiticus),  Staphilococcus epidermidis, Streptococcus pneumoniae, Streptococcus pyogenes, Streptococcus agalactiae, Streptococcus viridans, Streptococcus bovis, Listeria monocytogenes, Mycobacterium tuberculosis, Mycobacterium kansasii, Mycobacterium avium-intracellulare.

Qram(-) aeroblar: Aeromonas spp., Acinetobacter spp., Alcaligenes spp.,Branhamella catarrhalis (образующие и необразующие бета-лактамазы), Citrobacter spp., Enterobacter spp., Escherichia coli, Haemophilus ducreyi, Haemophilus influenzae, Haemophilus parainfluenzae, Klebsiella pneumoniae,Gardnerella vaginalis, Morganella morganii, Neisseria gonorrhoeae, Neisseria meningitidis, Plesiomonas shigelloides, Proteus mirabilis, Proteus vulgaris, Providencia spp., Salmonella spp., Serratia spp., Shigella spp., Vibrio spp., Yersinia spp., Pseudomonas aeruginosa, Campilobacter jeiun, Legionella pneumophila,Brucella spp.

Anaeroblar: Clostridium spp, Fusobacterium spp., Peptococcus spp., Peptostreptococcus spp.

Atipiklər: Chlamydia trachomatis, Mycoplasma pneumoniae, Ureaplasma urealyticum

FARMAKOKİNETİKA:

SİPRONAZ-ın biomənimsənilməsi 85% -dir. Siprofloksasin qan plazmasında 1,5 saatdan sonra maksimal konsentrasiyada toplanır və 1,6 mkq/ml təşkil edir.

SİPRONAZ  yüksək konsentrasiyada öd kisəsində , ağciyərlərdə,badamcıqlarda, endometriyada, uşaqlıq borularında və yumurtalıqlarda, qaraciyər, böyrəklərdə,uşaqlıqda prostat vəzidə rast gəlinir. SİPRONAZ qan plazmasına nisbətən toxumalarda daha yüksək konsentrasiyada toplanır. SİPRONAZ həmçinim sümüklərdə, göz mayesində, ağız suyunda, dəridə, əzələlərdə, plevrada, limfada, peritonda da toplanır. Qanın neytrofillərində plazma ilə müqayisədə 2-7 dəfə çox daha çox toplanır. 

Onurğa beyin mayesinə az miqdarda keçir və orada onun konsentrasiyası 6-10% təşkil edir.  

Qanın zülalları ilə 30% birləşir. Т1/2 3-5 saatdır. SİPRONAZ sidiklə  50-70% xaric olur. Ağır böyrək çatmamazlığı olan xəstələrdə ( kreatinin klirensi 20 ml/dəq/1,73 mm) sutkalıq dozanın yarısı təyin olunur.

GÖSTƏRİŞLƏR:

-          LOR orqanlarının infeksiyaları: sinusit, tonzillit,farinqit;

-          Tənəffüs yollarının infeksiyaları: kəskin və xroniki bronxit, pnevmoniya, bronxoektotik xəstəlik, mukovissedoz

-          Ginekoloji infeksiyalar:endometrit, adneksit, salpinqit,oofarit, tubular abses, kiçik çanaq peritoniti

-          Sidikçıxarıcı orqanların infeksiyaları: sistit, pielonefrit,prostatit, uretrit

-          Dəri və yumşaq toxumaların infeksiyaları:infeksiyalaşmış xoralar,yaralar,yanıqlar, abseslər,selülitlər

-          Sümük  və  oynaq  infeksiyaları: osteomielit, septiki artrit ;

-          Zöhrəvi xəstəliklər:süzənək, xlamidioz

-          Qarın boşluğu infeksiyaları: öd yolları və öd kisəsinin iltihabı, peritonit, salmonelloz, o cümlədən  qarın yatalağı, kampilobakterioz, şiqelloz,vəba

-          İmmunodefisit və neytropeniya fonunda baş verən infeksiyalar.

Əks göstərişlər:

Ftorxinolonlara qarşı artmış həssaslıq, hamiləlik, laktasiya dövrü, uşaqlar və 18 yaşına qədər yeniyetmələr.

Əlavə təsirləri:

Nadir hallarda ürəkbulanma, qusma, ishal, kristaluriya və dizuriya, allergik reaksiyalar.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA

SİPRONAZ  infuziya

Kurs  müalicə  5-21  gün  təşkil  edir. İnfeksiyanın  ağırlıq  dərəcəsindən  asılı  olaraq, kurs  müalicə  uzadıla  bilər.

Preparat  venadaxili  yavaş-yavaş  vurulur. Böyüklərdə  400  mq  üçün  60  dəqiqə, 200  mq  üçün  30  dəqiqə  təşkil  edir.

Buraxılış forması: 100 ml  flakon.

İstehsalçıİST-FARM MMC, Rusiya

EKSKLÜZİV DİSTRİBÜTOR:NORMA-PHARM”


Baxılma sayı: 2300 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..