*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Tussibrol
Sual ver
  Təcili sifariş A+ A-

TUSSIBROL

Tərkibi:

Hər 2 ml-də: 15 mq ambroksol hidroxlorid  var.

Köməkçi maddələr : natrium xlorid , limon turşusu , natrium dihidrofosfat , inyeksiya üçün su.

Farmakoloji xüsusiyyətləri:

Benziaminlər qrupuna aid olub sintetik sekretolitik və mukolitik təsirə malikdir. Bronxların selikli  qişasında selik ifraz edən vəzilərə təsir edərək sekresiyanı artırır. Hidrolitik fermentlərin aktivləşməsi, eyni zamanda bronxlarda kirpikli epitelinin hərəki aktivliyinin artması və nəticədə bronx divarında   tənəffüs yollarından patoloji seliyin çıxarılmasını təmin edən kiçik bronxların və bronxioloların drenaj funksiyasını bərpa edir.  Ağciyərlərdə surfaktantın tutumunu artırır və pnevmositlərdə onun destruksiyasının qarşısını alır. Beləliklə, bəlğəmin reoloji xüsusiyyətləri normallaşır , onun adqeziya və  özüllüyü azalmış olur. Tussibrol birbaşa kirpikli epitelinin aktivliyini artıraraq onun yapişmasının qarşısını alır və bəlğəmin mukosiliar şıxarılmasına səbəb olur. Bronxial astma xəstələrində bronx əzələsində hipersekresiyanı azaldır. Yerli immuniteti artırır, iltihabəleyhinə təsir göstərir və antioksidant xüsusiyyətlərə malikdir.

Farmakokinetika:

Parenteral yeridildikdən sonra tez zamanda toxumalara keçir. Ağciyər toxumasına yüksək penetrasiya olunur. Qanda maksimal konsentrasiyanı 0,5-3 saata əmələ gətirir. Yarımatılma dövrü 7-12 saatdır.  Qaraciyərdə metabolizmə uğrayır. 90% böyrəklər vasitəsilə xaric olur.

Göstərişləri:

  Kəskin və xroniki bronxit

  Bronxoektatik xəstəlik

  Astmatik bronxit , bronxial astma.

  Ağciyər mukovissidozu

  Xroniki pnevmoniya , bronxopnevmoniya.

  Ağciyərlərin vərəmi.

  Bronxoskopiyaya hazırlıq məqsədi ilə

  Öskürəklə müşahidə olunan tənəffüs sistemi xəstəlikləri.

  Yarımçıq doğulmuş körpələrdə ağciyər tərəfindən ağırlaşmalarda , çətin nəfəsalma sindromunda.

İstifadə qaydası:                                                                                                                                      Preparat  yavaş yeridilməlidir. Tussibrol preparatı  v/d və ya ə/d yeridilir.V/d qəbul zamanı Tussibrol 0.9 % natrium xlorid  və ya 5%  dekstroza məhlulu ilə yeridilir. Tussibrol v/d sürətlə tətbiq olunsa baş ağrısı , ayaqda ağrı və ya yorğunluq əmələ gələ bilər.

Doza:

5 yaşdan yuxarı uşaqlar və böyüklərə :1ampula gündə 2 dəfə.

Uşaqlara : 2 yaşa qədər  1/2  ampul gündə 2 dəfə.

                  2-5 yaş 1/2 ampul gündə 3 dəfə.

Tussibrolun dozalanması 1.2-1,6 mq ambroksol hidroxlorid bədən çəkisinə vurularaq hesablanır.

Tussibrol preparatı inhaliyasiya üsulu ilə istifadə oluna bilər.

Yenidoğulmuş və yarımçıq doğulmuşlarda distress sindromu və  çətin nəfəs alma sindromunda isə hər bədən çəkisinə 10 mq ambroksol hidroxlorid  göturməklə sutkalıq doza 3- 4 dəfəyə vurulur..

Əks göstərişləri:

Hiperhəssaslıq. Mədə və 12 b. bağırsağın xorası.

Əlavə təsirləri: Nadir hallarda üzün ödemi , təngnəfəslik ,titrəmə ilə müşahidə olunan qızdırmanın qalxması , allergik reaksiyalar bəzi xəstələrdə qeyd olunmuşdur.

Hamiləlik və laktasiya dövrü : Tussibrol hamiləliyin birinci trimestrində istifadə olunmamalıdır. Tussibrol vena daxili tətbiq zamanı yavaş yeridilməlidir.

 Buraxılış forması: 2 ml ampul № 10

.İstehsalçı : DAEWON  Cənubi Koreya.

Eksklüziv nümayəndə:NORMA-PHARM


Baxılma sayı: 392 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..