*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Helmizol 200mg N6
Sual ver
  Təcili sifariş A+ A-

HELMIZOL   200 mg örtüklü həblər

Beynəlxalq patentləşdirilməmiş adı: Albendazolum

Tərkibi

Təsiredici maddə: Hər bir həbin tərkibində 200 mg Albendazol vardır.

Köməkçi maddələr: laktoza monohidrat, sellüloza (E460), natrium nişasta qlükonatı, qarğıdalı nişastası, povidon yod K30 (E1201), natrium lauril sulfat, natrium saxarin (E954), magnesium-stearat (E572), polivinil spirti (E1203), titan dioksid (E171), talk (E553b), lesitin soya (E322), ksantan qətranı(E415).

Təsviri

Helmizol ağ rəngli, girdə, hər iki tərəfi qabarıq örtüklü həblərdır.

Farmakoterapevtik qrupu: Antihelmint preparat

ATC kodu: P02CA03

Farmokoloji xüsusiyyətləri:

Farmakodinamika: Albendazol benzimidazol qrupuna aid olan geniş təsir spektrinə malik antihelmint və antiprotozoy  preparatdır. Müxtəlif növ nematodlar və bəzi sestodların törətdiyi helmintozlar zamanı effektivdir. Orqanizmdə yumurtadan yeni çıxmış helmint sürfələrinin inkişafının və çoxalmasının qarşısını alır. Albendazol  əzələ toxumasında, bağırsaqda və digər orqanlarda parazitlik edən helmintlərin yetkin formalarına, sürfə və yumurtalarına məhvedici təsir göstərir.

Geniş təsir spektri, qəbulunun xüsusi pəhriz tələb etməməsi, qida qəbulundan asılı olmaması, minimal əlavə təsirləri onu epidemik zonalarda bağırsaq helmintozlarında kütləvi surətdə tətbiq etməyə imkan verir. Uzun müddətli qəbul zamanı albendazol Echinococcus granulosus-in sürfə və kista formalarına təsiri effektivdir.
Albendazol helmintlərin ona həssas hüceyrə tubulininə birləşir və mikrotubulinin sintezinə mane olur. Bunun nəticəsində sitoplazmatik dəyişikliklər gedir, qlükozanın mənimsənilməsi azalır, qlikogen ehtiyatı tükənir, ATF sintezi azalır. Bu da helmintin metabolizminin pozulmasına və məhvinə səbəb olur.

Farmakokinetika: Albendazol daxilə qəbul zamanı zəif sorulur (yağlı qida qəbulu absorbsiyanı 5 dəfəyə qədər artırır). Qaraciyərdə aktiv metabolit olan albendazol sulfata çevrilir. Albendazol sulfat 2-5 saat ərzində qanda maksimal konsentrasiyasını toplayır. Plazma zülalları ilə birləşməsi 70%-dir. Yarımxaricolma müddəti 8,5 saat təşkil edir. Albendazol sulfat və digər metabolitləri əsasən ödlə, az bir hissəsi sidiklə xaric olur.

İstifadəsinə göstərişlər

Helmizolu aşağıdakı bağırsaq helmintozlarının müalicəsi məqsədilə təyin edirlər:
Nematodozlar:
Askaridoz (Ascaris lumbricoides)
Enterobioz (Oxyuris (enterobius) vermicularis)
Ankilostomoz (Ancylostoma duodenale)
Nekatoroz (Necator americanus)
Trixinellyoz (Trichuris trichiura)
Strongiloidoz (Strongyloides stercoralis)
Trixostrongilyoz (Trichostrongylus)
Kapillyarioz (Capillaria philipensis)
Toksokaroz (Toxocara canis)
Sestodozlar:
Tenioz (Taenia saginata)
Teniarinxoz (Taenia solium)
Himenolepidoz (Hymenolepis nana)
Qarışıq helmintozlar.
Lyamblioz

Exinokokkoz (Echinococcus granulosus)
Exinokokkozun müalicəsi əsasən cərrahi yolladır. Lakin cərrahi müdaxiləyə əks göstərişlər olduqda, xəstə əməliyyatdan imtina etdikdə, əməliyyatdan sonra təkrar yoluxma olduqda və ya əməliyyat zamanı kista dağıldıqda Helmizol təyin olunmalıdır.

HELMIZOL donuz soliteri və öküz soliteri kimi parazir növlərinin invaziyalarında, itlərdə parazitlik edən lentvari qurdların törətdiyi bir çox infeksiyaların müalicəsində istifadə edilir.

HELMIZOL bu istifadə təlimatında qeyd edilməmiş digər məqsədlər üçün də istifadə edilə bilər.

Əks göstərişlər

Əgər sizdə albendazola və ya mebendazol kimi buna bənzər dərmanlara qarşı allergiya (yüksək həssaslıq) varsa.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Bu dərmanın tərkibində laktoza vardır. Əgər əvvəllər həkiminiz sizdə bəzi şəkərlərə qarşı dözümsüzlüyün olduğunu bildirmişdirsə, bu dərman vasitəsini qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Bu dərman vasitəsinin tərkibində 1 mmol-dan (23 mq) artıq miqdarda natrium vardır. Əgər siz  nəzarətli natrium pəhrizi saxlayırsınızsa, bu barədə həkiminizi məlumatlandırın.

Əgər sizdə qaraciyər problemi varsa və ya qaraciyərin funksional sınaqları norma daxilində deyilsə.

HELMIZOL orqanizmin infeksiya törədicilərinə qarşı mübarizəsinə yardım edən hüceyrələrin qandakı səviyyələrini azalda bilər. Bu, istənilən xəsarət səbəbindən sizdə qanaxmaların baş verməsinə və ya ətrafınızdakı xəstə insanlardan xəstəliyə yoluxmağınıza səbəb ola bilər. Bu səbəbdən də, sözügedən hüceyrələrin qandakı səviyyələri çox aşağıdırsa, HELMIZOL-u olduqca ehtiyatla qəbul edin.

Bu xəbərdarlıqlar hətta  keçmişdə hər hansı bir dövrdə sizə aid olmuşdursa, lütfən, həkiminizlə məsləhətləşin.

Xüsusi hallar:

Böyrək çatışmazlığı:

Əgər sizdə böyrək çatışmazlığı varsa, dozanın tənzimlənməsi üçün bu barədə həkiminizi məlumatlandırın.

Qaraciyər çatışmazlığı:

Əgər sizdə qaraciyər çatışmazlığı vardırsa, dozanın tənzimlənməsi üçün bu barədə həkiminizi məlumatlandırın.

HELMIZOL-un təsirinin çox güclü və ya çox zəif olduğunu hiss edirsinizsə, bu barədə həkiminizə  və ya əczaçıya məlumat verin.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

HELMIZOL-un aşağıdakı dərmanlarla birlikdə qəbulu arzuolunmazdır:

  • Simetidin
  • Deksametazon
  • Prazikvantel
  • Teofillin

Başqa dərmanlar da HELMIZOL ilə qarşılıqlı təsirdə ola bilər. Vitaminlər, minerallar və bitki tərkibli məhsullar da daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, həkiminizlə məsləhətləşmədən yeni bir dərman vasitəsi qəbul etməyə başlamayın. 

Əgər hazırda reseptli və ya reseptsiz hər hansı bir dərman maddəsini qəbul edirsinizsə və

ya bu yaxınlarda qəbul etmisinizsə, bu barədə həkiminizi və ya əczaçını məlumatlandırın.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminiz və əczaçı ilə məsləhətləşin.

Əgər Siz hamiləsinizsə və ya hamilə olmağı planlaşdırırsınızsa, Helmizol istifadə etməyin. Helmizolla müalicə müddətində və müalicədən sonra bir ay müddətində effektiv kontraseptiv vasitələrdən istifadə edin.

Əgər müalicə kursu ərzində hamilə olduğunuz aşkar olunarsa, dərhal həkiminiz və ya əczaçı ilə məsləhətləşin.

Helmizolun ana südü ilə xaric olub-olmaması haqqında heç bir məlumat yoxdur. Buna baxmayaraq, bir çox dərman vasitələrinin ana südü ilə xaric olmasını nəzərə alaraq, laktasiya zamanı qadınlar ehtiyatlı olmalıdırlar.

 Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə heç bir məlumat yoxdur.

İstifadə qaydası və dozası

HELMIZOL yalnız peroral istifadə üçündür.

Həbləri tox qarına, ən azı bir stəkan (təxminən 120 ml) su ilə birlikdə qəbul edin. Bəzi şəxslər, xüsusən də uşaqlar, həbi bütövlükdə udmaqda çətinlik çəkə bilərlər. Bu halda, həbləri əzdikdən və ya çeynədikdən sonra udmaq lazımdır.

Həbləri hər zaman həkiminizin tövsiyə etdiyi qaydada və həkiminizin tövsiyə etdiyi müddət bitənədək qəbul edin. Müalicə müddəti bitmədən xəstəliyinizin simptomları keçib gedə bilər, bu halda müalicəni dayandırmayın.

Ümumi dozalanma rejimi aşağıdakı kimidir:

Exinokokk sisti xəstəliyi:

Bədən çəkisi 60 kq və daha artıq olan şəxslərdə;

400 mq (2 həb Helmizol 200mg örtüklü həb) gündə 2 dəfə, qida qəbulu zamanı, 28 gün qəbul edilir. Daha sonra 14 gün fasilə verilir. Dozalanma sxemi intervallarla 3 dəfə təkrar edilir.

Bədən çəkisi 60 kq-dan az olan şəxslərdə;

15 mq/kq gündə 2 dəfə, qida qəbulu zamanı, 28 gün qəbul edilir. Daha sonra 14 gün fasilə verilir. Dozalanma sxemi intervallarla 3 dəfə təkrar edilir.

Neyrosistoserkoz:

Bədən çəkisi 60 kq və daha artıq olan şəxslərdə;

400 mq (2 həb Helmizol 200mg örtüklü həb) gündə 2 dəfə, qida qəbulu zamanı, 8-30 gün qəbul edilir.

Bədən çəkisi 60 kq-dan az olan şəxslərdə;

15 mq/kq gündə 2 dəfə, qida qəbulu zamanı, 8-30 gün qəbul edilir.

Digər helmint infeksiyaları zamanı:

Böyüklər üçün dozalanma sxemi:

Askaridoz, Enterobioz (Oksiuroz), Ankilostomoz (N. Americanus, A. Duodenale), Trixosefalyoz, Trixostrongiloidoz: 400 mq albendazol (2 həb Helmizol 200mg örtüklü həb) tək doza olaraq bir dəfə qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər.

Tenioz (T.sainata, T.solium) və Strongiloidoz: 400 mq albendazol (2 həb Helmizol 200mg örtüklü həb) gündə 1 dəfə ardıcıl 3 gün qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər.

Kapillyarioz: 200 mq albendazol (1 həb HELMIZOL 200 mq örtüklü həb) gündə 2 dəfə 10 gün qəbul edilir.

Trixinellyoz: 400 mq albendazol (2 həb Helmizol 200mg örtüklü həb) gündə 2 dəfə 15 gün qəbul edilir.

Klonorxoz: 400 mq albendazol (2 həb Helmizol 200mg örtüklü həb) gündə bir və ya iki dəfə 7 gün və 10 mq/kq albendazol gündə 2 dəfə 7 gün qəbul edilir.

Lyamblioz: 400 mq albendazol (2 həb Helmizol 200mg örtüklü həb) gündə bir dəfə 3 gün qəbul edilir.

Müxtəlif yaş qrupları:

Uşaqlarda istifadəsi:

6 yaşdan kiçik uşaqlarda istifadəsinə dair məlumatlar məhduddur.

Neyrosistoserkoz və exinokokk sisti xəstəliklərində böyüklər üçün nəzərdə tutulmuş sxem tətbiq edilir.

Askaridozun, Enterobiozun (Oksiurozun), Ankilostomozun (N.americanus, A.duodenale) Trixosefalyozun müalicəsində:

2 yaşadək uşaqlarda: 200 mq albendazol (1həb HELMIZOL 200 mq örtüklü həb) tək doza şəklində qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər.

2 yaşdan yuxarı uşaqlarda: böyüklər üçün nəzərdə tutulmuş sxem tətbiq edilir.

Teniozun və Strongiloidozun müalicəsində:

2 yaşadək uşaqlarda: 200 mq albendazol (1 həb HELMIZOL 200 mq örtüklü həb) tək doza şəklində ardıcıl 3 gün qəbul edilir. Müalicə 3 həftədən sonra təkrarlana bilər.

2 yaşdan yuxarı uşaqlarda: böyüklər üçün nəzərdə tutulmuş sxem tətbiq edilir.

Kapillyariozun müalicəsində: 200 mq (1 həb HELMIZOL 200 mq örtüklü həb) gündə 2 dəfə qəbul edilir.

Trixostrongiloidozun müalicəsində: 400 mq albendazol (2 həb HELMIZOL 200 mq örtüklü həb) tək doza şəklində qəbul edilir.

Yaşlılarda istifadəsi:

Böyüklər üçün nəzərdə tutulmuş eyni dozalar qəbul edilə bilər.

Əlavə təsirləri

Bütün dərman vasitələrində olduğu kimi, HELMIZOL-un tərkibindəki maddələrə qarşı həssaslığı olan insanlarda əlavə təsirlər müşahidə oluna bilər.

  Əgər aşağıdakı hallardan hər hansı biri baş verərsə, HELMIZOL-dan istifadə etməyi  dayandırın və DƏRHAL həkiminizlə əlaqə saxlayın və ya yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edin:

Övrə (ümumi qaşınma ilə müşayiət edilən dəri xəstəliyi)

Tənəffüsün çətinləşməsi

Üzün, dodaqların, dilin və boğazın şişməsi

Bütün bunlar çox ciddi əlavə təsirlərdir. Əgər sizdə bu əlavə təsirlərdən hər hansı biri vardırsa, bu sizdə HELMIZOL-a qarşı allergiyanın olduğundan xəbər verir. Təcili tibbi müdaxilə və ya xəstəxanaya yerləşdirilməyiniz tələb oluna bilər. Yuxarıda sadalanan çox ciddi əlavə təsirlərə nadir hallarda rast gəlinir.

  Əgər aşağıdakı hallardan hər hansı biri baş verərsə, dərhal həkiminizlə əlaqə saxlayın və ya yaxınlıqdakı xəstəxananın təcili yardım şöbəsinə müraciət edin:

Asanlıqla qanaxmaların və qançırların baş verməsi, adət edilməmiş zəiflik

Qızdırma, boğaz ağrısı, güclü baş ağrısı, dəridə qabıqlanma və qırmızı səpkilər

Titrətmə ilə birlikdə qızdırma, bədəndə ağrılar və qripin simptomları

Bütün bunlar ciddi əlavə təsirlərdir. Təcili tibbi müdaxilə tələb oluna bilər.  Bu ciddi əlavə təsirlərə nadir hallarda rast gəlinir.

  Aşağıdakı əlavə təsirlərdən hər hansı birini özünüzdə müşahidə edirsinizsə, həkiminizi bu barədə məlumatlandırın:

Mədə ağrısı

Ürəkbulanma, qusma

Baş ağrısı, başgicəllənmə

Müvəqqəti saç tökülməsi

Bunlar HELMIZOL-un yüngül əlavə təsirləridir. Bu əlavə təsirlərin rastgəlmə tezliyi məlum deyil və mövcud məlumatlar əsasında dəyərləndirilməsi mümkün deyildir.

Bu İstifadə Təlimatında qeyd edilməmiş hər hansı əlavə təsiri müşahidə etdiyiniz halda, bu barədə həkiminizi və ya əczaçını məlumatlandırın.

Doza həddinin aşılması

Əgər siz lazım olduğundan artıq dozada Helmizol qəbul etmisinizsə, həkim və ya əczaçı ilə əlaqə saxlayın. Dəstəkləyici və ya simptomatik müalicə istifadə oluna bilər.

Buraxılış forması

Helmizol 200 mg N6, blisterdə 6 örtüklü həb olmaqla, hər  karton qutuya 1 blister içlik vərəqə ilə birlikdə qablaşdırılır.

Helmizol 200 mg N40, blisterdə 10 örtüklü həb olmaqla, hər  karton qutuya 4 blister içlik vərəqə ilə birlikdə qablaşdırılır.

Saxlanma şəraiti

25 º C-dən yüksək olmayan temperaturda , quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşmanın üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

BİOFARMA İLAÇ SAN. ve TİC. A.Ş.

Akpınar Mah. Osmangazi Cad. No: 156

Sancaktepe / İSTANBUL

Ünvan:

BİOFARMA İLAÇ SAN. ve TİC. A.Ş.

Akpınar Mah. Osmangazi Cad. No: 156

Sancaktepe / İSTANBUL




Baxılma sayı: 60 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..