*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Nopain
Sual ver
  Təcili sifariş A+ A-

NOPAİN

NOPAİN 75mg/3ml inyeksiya üçün məhlul

Beynəlxalq patentləşdirilməmiş adı:

Diclofenac sodium

Tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 25 mq natrium diklofenak natrium vardır.

Köməkçi maddələr: benzil spirti, susuz natrium-sulfit, propilenqlikol, inyeksiya üçün su.

Farmokoterapevtik qrupu:

Qeyri-steroid iltihabəleyhinə preparat

ATC kodu: M01AB05

Farmakoloji xüsusiyyətləri: 

Farmakodinamikası:

Natrium diklofenak iltihab əleyhinə, analgetik və qızdırmasalıcı təsirlərə malik qeyri-steroid quruluşlu maddədir. Diklofenakın əsas təsir mexanizmi onun siklooksigenaza (SOG) I və II nin inaktivləşdirməsilə bağlıdır. SOG iltihab, ağrı və qızdırmanın patogenezində əsas rol oynayan prostoqlandinlərin sələfi hesab olunan araxidon turşusunun metobolizminin əsas fermentidir. Preparat revmatik xəstəliklər zamanı sakitlik və hərəkət vaxtı əmələ gələn ağrılar, səhərlər müşahidə olunan hərəkətsizlik və oynaqların şişkinliyi kimi təzahürləri əhəmiyyətli dərəcədə azaldır, həmçinin funksional vəziyyətin yaxınlaşmasına səbəb olur. Qeyri-revmatikmənşəli orta dərəcəli və güclü ağrılar zamanı güclü analgetik effekt qeyd olunur (ağrıların yüngülləşməsi 15-30 dəqiqədən sonra başlayır). Travmadan sonrakı və əməliyyatdan sonrakı iltihabi əlamətlər zamanı natrium-diklofenak ağrıları sürətlə aradan qaldırır, iltihabi ödemi və əməliyyatdan sonrakı ödemi azaldır. Əməliyyatdan sonra ağrıları olan xəstələrdə opioidlərlə kombinasiya istifadə edildikdə opioid analgetiklərə olan tələbatı etibarlı şəkildə azaldır. Müəyyən olunmuşdur ki, natrium-diklofenak birincili dismenoreya zamanı ağrı hisslərini zəifləmək və qanitirməni azltmaq qabiliyyətinə malikdir. Preparatdan istifadə etdikdə miqren tutmaları yüngülləşir.

Farmokinetikası:

 Əzələ daxilinə yeridildikdə qan plazmasında maksimal konsentrasiyaya çatma müddəti 20 dəqiqə təşkil edir. Plazmada aktiv maddənin maksimal konsentrasiyası (2mq/ml) qəbul edilən dozanın qiymətindən xətti asılı olur. Kumulyasiya olunmur.

Dozanın 99.7%-i plazma zülalları ilə birləşir ki, bunun da 99.4%-i albuminin payına düşür. Dozanın təxminən 60%-i böyrəklərdə metobolitlər şəklində, 1%-dən az hissəsi sidiklə dəyişilməmiş şəkildə, qalan hissəsi isə ödlə metobolitlər şəklində xaric edilir.

Kəskin böyrək çatışmazlığı olan xəstələrdə ödlə xaric olan metabolitlərin xüsusi çəkisi artır ki, bu da preparatın qanda konsentrasiyasının artmasının qarşısını alır.

Böyrək funksiyaları pozulmuş xəstələrdə tövsiyə olunan doza rejiminə əməl olunduqda dəyişilməmiş aktiv maddənin kumuluasiyası qeyd olunmur.

Xroniki hepatit və ya kompensə olunmuş qaraciyər sirrozundan əziyyət çəkən xəstələrdə diklofenakın farmokinetikasının göstəriciləri qaraciyər xəstəlikləri olmayan xəstələrin göstəricilərinə analojidir.

İstifadəsinə göstərişlər

• Dayaq-hərəkət sisteminin iltihabi, degenerative xəstəlikləri (revmotoid artrit; ankilozaşan spondilit (Bexterev xəstəliyi); spondiloartritlər, spondilit, osteoartroz, spondiloartroz)

• Onurğada ağrı sindromları

• Oynaqdankənar yumşaq toxumaların revmatik xəstəlikləri.

• Kəskin podaqra tutmaları.

• Böyrək və qaraciyər agrıları.

• Travmadan sonrakı və əməliyyatdan sonrakı ağrılı vəziyyət və ödemlər.

• Cərrahi müdaxilədən sonrakı ağrılar və iltihabi proses

• Ginekoloji xəstəliklərdə ağrı sindromu və iltihabı proseslər

• Ağır miqren tutmaları.

İltihabın aktivliyi yüksək olan iltihabi və degenerativ revmatik xəstəliklərin kəskinləşmələrinin başlanğıcında və qeyri-revmatik mənşəli iltihabın yaranan ağrılı vəziyyətlər zamanı preparatın əzələ daxilinə yeridilməsinə üstünlük verilir.


Əks göstərişlər

• diklofenaka və preparatın digər komponentlərinə qarşı həssaslığın artması;

• bronxial astma tutmalarının inkişafı, urtikar səpgilərin, kəskin rinitin meydana çıxması foramasında təzahür olunan asetilsalisilat turşusuna və digər qeyri-steroidiltihab əleyhinə dərman maddələrinə qarşı həssaslığın artması;

• qanda naməlum genezli patoloji dəyişiklər;

• mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi;

• bağırsağın kəskinləşmə fazasında olan destruktiv-iltihabi xəstəlikləri;

• hamiləlik və laktasiya dövrü;

• Yaşın 18-dən az olması

Xüsusi göstərişlər:

 Preparatı şprisdə digər dərman preparatları ilə qarışdırmaq olmaz. Preparatı anamnezində mədə-bağırsaq traktl xəstəlikləri, pepik xora, xoralı kolit, Kron xəstəliyi olan, həmçinin qaraciyər funksiyaları şəklində pozulmuş xəstələrə təyin edən zaman ehtiyatlı olmaq lazımdır. Sirkulyasiya edən qanın həcminin azalması mümkün olan hallarda ( o cümlədən,diuretiklərin qəbul edilməsi zamanı; geniş əməliyyatlardan əvvəl və sonra), həmçinin böyrək funksiyaları pozulmuş, xroniki ürək çatışmazlığı olan, arterialhipertenziyalı xəstələrdə böyrək qan cərəyanının zəifləməsi təhlükəsinin olması ilə əlaqədar olaraq ehtiyatla istifadə edilməlidir. Yaşlı xəstələrin (zəifləmiş və ya bədən çəkisi azalmış) müalicəsi zamanı xüsusilə diqqətli olmaq lazımdır, çünki mədə-bağırsaq traktlnda əmələ gəlməsi, perforasiya və qanaxma həmin xəstələrdə daha ağır nəticələrə gətirib çıxarır və terapiyanın istənilən dövründə, xəbərdarlıqedici əlamətlərsiz və ya ağırlaşmış anemez olmadan baş verə bilər. Preparat bu xəstələrə aşağı dozalarda təyin edilir.Natrium diklofenakla müalicə prosesində qaraciyər və böyrək funksiyalarına, periferik qana sistematik nəzarətin aparılması lazımdır. Əgər qaraciyər funksiyasının pozulması davamlı saxlanılarsa, preparatdan istifadəni dayandırmaq lazımdlr. Dəri səpgilərinin meydana çıxması, mədə-bağırsaq trakının xoralı zədələnməsi və qanaxmalarin əmələ gəlməsi zamanı preparatdan istifadənin dayandırıllması göstərilmişdir. Preparat porfinin krizinin inkişaf etməsinin mümkünlüyü ilə əlaqədər olaraq porfiriyalı xəstələrə təyin edən zaman xüsusilə ehtiyatlı olmaq lazımdır.


Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

• diuretiklərə və hipotenziv dərman maddələri ilə eyni vaxtda istifadə edildikdə həmin preparatların farmokoloji təsirlərinin zəifləməsi mümkündür;

• kaliumqoruyucu diuretiklərlə eyni vaxtda istifadə edildikdə hiperkaliemiyanın inkişafı mümkündür;

• asetilsalisilat turşusu ilə eyni vaxtda istifadə edildikdə qan plazmasında diklofenakın konsentrasiyasının azalması və əlavə effektlərin inkişaf riskinin artması mümkündür;

• diqoksin, fenitoin və ya litium preparatları ilə eyni vaxtda istifadə edildikdə qan plazmasında göstərilən dərman maddələrinin konsentrasiyalarının artması mümkündür;

• antikoaqulyatorlarla eyni vaxtda istifadə edildikdə qanın laxtalanma göstəricilərinə müntəzəm nəzarətin edilməsi vacibdir.

Natrium diklofenakdan istifadədən əvvəl və sonra bir gün ərzində metotreksatdan istifadə etdikdə metotreksatın konsentrasiyasının artması və onun toksiki təsirinin güclənməsi mümkündür. Diklofenak siklosporinin böyrəklərə toksiki təsirini gücləndirə bilər. Natrium diklofenak hipo və ya hiperqlikemik dərman maddələri iləeyni vaxtda istifadə edildikdə qanda qlükozanın konsentrsiyasına nəzarət etmək tələb olunur.

Hamiləlik və laktasiya dövründə istifadəsi: Hamiləlik və laktasiya dövründə preparatdan istifadə əks göstərişdir.

İstifadə qaydası və dozası: Yalnız əzələ daxilinə yeridilir. Ppreparatın dozası xəstəliyin gedişinin ağrırlığı nəzərə alınmaqla fərdi şəkildə müəyyən edilir. Kəskin Vəziyyətlərin müalicəsi və xroniki prosesin kəskinləşməsinin qarşısını almaq üçün birdəfəlik əzələdaxilinə inyeksiya şəklində 3ml məhlul yeridilir. Məhlul sarğı əzələsinin yuxarı xarici kvadratına dərinə yeridilir. Ağır hallarda gün ərzində bir neçə saat fasilə verməklə və yeridilmə tərəflərini dəyişməklə 2 inyeksiyadan istifadə etmək olar. İnyeksya ilə yanaşı gündəlik dozanı aşmamaqla diklofenakın digər dərman formalarından da istifadə etmək olar. Maksimal gündəlik doza 150 mg-dir. İnyeksiya formasından istifadənin davam etmə müddəti 1-5 gündür.

 

Əlavə təsirləri:

Mədə-bağırsaq traktına epiqastal nahiyədə ağrılar, ürəkbulanma, qusma, diareya, abdominal spazmlar, dispepsiya, meteorizm və anoreksiyanın baş verməsi mümkündür. Cox nadir hallarda mədə-bağırsaq traktının selikli qişasının qanaxma və qusma ilə ağırlaşan eroziv-xoralı defektlərin meydana çixması mümkündür.

Mərkəzi və periferik sinir sisteminə: baş ağrısı, baş gicəllənmə, nadir hallarda yorğunluq. Çox nadir hallarda yaddaş, oriyentasiya, görmə, eşitmə və yuxunun pozulması qicolmalar, tez əsəbləşmə, tremor, psixi pozğunluqlar, depressiya, həyəcan, dad hissinin pozulması mümkündür.

Dermotoloji reaksiyalar: dəridə səpgilərin, nadir hallarda isə övrənin meydana çıxması mümkündür. Nadir hallarda bullyoz səpgilər, ekzema, polimorf eritema, Stives-Conson sindomu, Layell sindromu, fotosensibilizasiya, purpura qeyd edilir.

Böyrəklərə: tək-tək hallarda kəskin böyrək çatışmazlığı, interstisal nefrit, nefrotik sindrom, papilyar nekroz, hematuriya, proteinuriya qeyd olunmuşdur.

Qaraciyərə: qanda qaraciyər transaminazalarının aktivliyinin tranzitor artması. Nadir hallarda hepatit (sarılıq və ya sarılıqsız)

Qanyaradıcı sistemə: tək-tək hallarda trombositpeniya, leykopeniya, aqranulositoz, hemolitik anemiya, aplastik anemiya halları təsvir edilmişdir.

Allegik reaksiyalar: nadir hallarda – bronxial astma tutmaları, sistem anafilaktik/anaflaktoid reaksiyalar (arterial hipotoniya da daxil olmaqla).

Yerli: nadir hallarda inyeksiya yerində ağrıların olması və bərkləşmə, müstəsna hallarda isə absesin inkişafı və yumşaq toxumaların nekrozu qeyd olunur.

Digər: nadir hallarda- ödemlər, tək-tək hallarda taxikrdiya, döş sümüyünün arxasında ağrılar, arterialhipertenziya qeyd olunmuşdur.

Doza həddinin aşılması:

Simptomları: kliniki şəkli MSS-də (başağrı, başgicəllənmə, tez əsəbləşmə, qıcolmaya meylliyin artması ilə müşayət olunan hiperventilyasiya halı, uşaqlarda – mioklonik qıcolmalar) və həzm sistemində baş verən pozğunluqlara (qarında ağrılar, ürəkbulanma, qusma; mədə-bağırsaq traktında qanaxmalar və / və ya qaraciyər funksiyasının pozulması) müəyyən olunur; böyrək funksiyalarının da pozulması mümkündür.

Müalicəsi: simptomatik müalicə, xəstənin vəziyyəti üzərində diqqətlə müşahidənin aparılması. Spesifik antidotu yoxdur.

Buraxılış forması: 75mq/3ml inyeksiya üçün məhlul, ampullarda. 4 və 10 ampul konturlu-yuvalı qablaşmadalarda. Konturlu –yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 Saxlama şəraiti: 25ºC-dən aşağı temperaturda, quru qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 Yararlılıq müddəti

2 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 Aptekdən buraxılış şərti:

Resept əsasında buraxılır.

 İstehsalçı

Çetinkaya İlaç San. ve Tic. A. Ş. Bolu/Türkiyə


Baxılma sayı: 1213 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..