*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Reneza baby
Sual ver
  Təcili sifariş A+ A-

RENEZA

Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

Tərkibi:

RENEZA baby – BANAN aromalı – altı aydan yuxarı körpələr üçün.

RENEZA adults – LİMON və MORUQ aromalı - üç yaşdan yuxarı şəxslər üçün.

Qlükoza + Natrium xlorid + Natrium sitrat + Kalium xlorid

Tərkibi

mmol/l

Qlükoza

91

Xloridlər

60

Sitrat

  7

Natrium

60

Kalium

20

Məhlulun osmolyarlığı: 238 mOsm/l

Köməkçi maddələr: püskürtmə üsulu ilə qurudulmuş limon konsentratı, püskürtmə üsulu ilə qurudulmuş moruq konsentratı, çöküntü əleyhinə maddə: silisium dioksid, dadlandırıcılar: asesülfam K, betakarotin boyayıcılı limon aromatizatoru, moruq aromatizatoru..

Məhsul haqqında məlumat:

RENEZA  elektrolit və qlükozadan ibarət qarışıq olub, oral rehidratasiya məhlulu hazırlamaq üçün toz şəklində istehsal olunmuş xüsusi tibbi qidadır. Bu körpələr, uşaqlar və böyüklər üçün nəzərdə tutulmuşdur.

Istənilən mənşəli ishal və (və ya) qusma zamanı həddən artıq elektrolit və su itirilməsi, hərarətin yüksəlməsi və susuzlaşma riskini artıran istənilən hal və vəziyyətlər orqanizmin su-elektrolit balansının pozulmasına səbəb olur.

RENEZA  elektrolit və qlükoza qarışığı olub, hidrotasiya məqsədi ilə elektrolit defisitini təmin edir. Orqanizmin su-elektrolit balansını bərpa etməyə köməklik göstərir.

RENEZA -in tərkibi ESPGHAN (Avropa Pediatriyası, Qastroenterologiyası, Hepatologiyası və Qida Cəmiyyəti) tövsiyyələrinə uyğun olub,  osmolyarlığı tövsiyyələrə uyğundur.

İstifadəsinə tövsiyyələr:

Aşağıda qeyd olunan xəstəlik və halların kompleks müalicə və profilaktikasında köməkçi vasitə kimi istifadə olunur:

Susuzlaşma riski olan zaman: Ishal (müxtəlif etiologiyalı), Qusma (müxtəlif etiologiyalı),

Su-elektrolit balansının pozulması zamanı, elektrolit balansını bərpa etmək məqsədilə Hərarətin yüksəlməsi

Güclü tərləmə hallarında (istilik və fiziki yuklənmə hallarında) su-elektrolit balansını bərpa etmək məqsədilə

Dezintoksikasion müalicə zamanı

Yanıq xəstəyi zamanı

Xəstəliklərin müalicəsi məqsədi ilə tək istifadə edilə bilməz.

İstifadəsinə dair məhdudiyyətlər:

Məhsul parenteral istifadə üçün nəzərdə tutulmayıb. Bağırsaq keçməməzliyi, hemodinamik şok və ya elektrolit balansının pozulması ilə müşahidə olunan ağır, xroniki böyrək çatışmamazlığı zamanı istifadə etmək olmaz.Tərkibində natrium vardır. Bunu duzsuz pəhrizdə olan insanlara təyin edərkən nəzərə almaq lazımdır. Tərkibində qlükoza olduğundan şəkərli diabeti olan insanlara təyin edərkən ehtiyyatlı olmaq lazımdır. Güclü susuzlaşma zamanı dərhal həkimə müraciət edin. 2 yaşdan aşağı uşaqlar həkim nəzarəti altında olmalıdırlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi: Bu dövrdə bütün vasitələr həkim tövsiyyəsi ilə qəbul edildiyindən, istifadə etməzdən əvvəl mütləq həkim və ya əczaçınızla məsləhətləşin.


İstifadə qaydası və dozası:

ƏSAS QAYDALAR / MAYE ƏVƏZEDİCİ TERAPİYASI* (ilk 3-4 saat ərzində)

KÖMƏKÇİ QAYDALAR/ MAYE BƏRPA TERAPİYASI* (ilk 4 saatdan sonra, hidrotasiyanı saxlamaq üçün)

Peroral rehidrotasiya üçün məhlulun tövsiyyə olunan qəbul qaydası:

Peroral rehidrotasiya üçün məhlulun tövsiyyə olunan qəbul qaydası:

-    hər 1kq bədən çəkisinə

50 ml - 100 ml məhlul

İlk 3-4 saat ərzində əlavə olaraq:

-    qusma və ya ishaldan sonra, bədənin hər kq çəkisinə 5ml -10ml məhlul verilir

-    qusma və ya ishaldan sonra, bədənin hər kq çəkisinə 5ml -10ml məhlul verilir


*Həkiminizin təlimatlarına riayət edin.

RENEZA  tövsiyyə olunan dozalar:

Bədən

ƏSAS QAYDALAR/

KÖMƏKÇİ QAYDALAR/

Çəkisi

MAYE ƏVƏZEDİCİ TERAPİYASI

MAYE BƏRPA TERAPİYASI


İlk 3-4 saat ərzində məhlul və paketin dozası

Hidrotasiyanı saxlamaq üçün məhlulun dozası

 4 kq

200 ml (1 paket)

50 ml qusma və ya ishaldan sonra

4-6 kq

200 ml – 600 ml (1-3 paket)

50 ml qusma və ya ishaldan sonra

7-10 kq

400 ml – 1000 ml (2-5 paket)

50 ml – 100 ml qusma və ya ishaldan sonra

11-15 kq

600 ml – 1500 ml (3-8 paket)

100 ml – 150 ml qusma və ya ishaldan sonra

16-20 kq

800 ml – 2000 ml (4-10 paket)

100 ml – 200 ml qusma və ya ishaldan sonra

20-24 kq

1000 ml – 2400 ml (5-12 paket)

100 ml – 250 ml qusma və ya ishaldan sonra

25 kq

Minimum 1500 ml (6 paket)

Minimum 150 ml qusma və ya ishaldan sonra

*Həkiminizin təlimatlarına riayət edin.

Məhsul qidalanmanı əvəz etmir, ondan yeganə qida məhsulu kimi istifadə etmək olmaz.

Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

Buraxılış forması: 10 paket, içlik vərəqi ilə birgə karton qutuya qablaşdırılmışdır.

RENEZA  limon və moruq aromalı - 1 paket məhsulun orta çəkisi:5,0g.  Net çəki:50 g.

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.

Saxlanma şəraiti: 25 0C –yə qədər otaq temperaturunda, uşaqların əli çatmayan, quru və qaranlıq yerdə saxlamalı.

Yararlılıq müddəti: İstifadə müddəti qutunun üzərində qeyd olunub, göstərilən müddət başa çatandan sonra istifadə etmək olmaz.

İstehsalçı:

Sensilab SA Luxembourg

1370 Logatec, Slovenia , EU

www.sensilab.com

Rəsmi Distribyutor:

Azerimed MMC




Baxılma sayı: 2198 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..