*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Satalak
Sual ver
  Təcili sifariş A+ A-

SATALAK

Qidaya BAƏ

Məlumat vərəqəsi

Tərkibi:

1 kapsulun tərkibində 250 mq (16250 BV ekvivalent) Laktaza fermenti var.

SATALAK nədir?

SATALAK – tərkibi laktaza fermentidir. Laktaza fermenti süd və süd məhsullarının tərkibindəki laktoza karbohidratının qlükoza və qalaktozaya qədər parçalanması və sorulmasını təmin edən enzimdir. Bu maddə bağırsağın normal mikroflorasının formalaşmasında əsas rol oynayır. Bu isə öz növbəsində B qrup vitaminlərin sintezində, kalsium və maqneziumun mənimsənilməsində (dişlərin vaxtında çıxması, sümüklərin düzgün böyüməsi üçün vacib olan maddələr), enerji mənbəyi kimi, sinir sistemi və böyüməkdə olan uşağın görmə aparatının normal inkişafını, ümumilikdə normal həzm prosesinin getməsini təmin edir.

Laktaza fermentinin çatışmamazlığı nədir?

Laktaza fermentinin çatışmamazlığı zamanı bağırsaqda olan disaxarid laktoza parçalanmır və bağırsaq divarına çökərək çürümə proseslərini artırır, bu isə həddən artıq qaz əmələgəlməyə, köpə, bağırsaq sancılarına, süd və süd məhsulları qəbulundan sonra meydana çıxan ishal və ya qəbizliyə səbəb olur.

Laktaza fermentinin çatışmamazlığı anadangəlmə  - birincili laktaza çatışmamazlığı (daha çox körpə uşaqlarda həyatlarının 2-ci həftəsindən başlayaraq özünü göstərir)  və qazanılmış - ikincili laktaza çatışmamazlığı ( disbakterioz, bağırsaqda olan infeksion, immun, iltihabi, atrofik xəstəliklər, postoperasion hallar nəticəsində) olur. Birincili laktaza çatışmamazlığı olan körpələr ana südü və tərkibində laktoza disaxaridi olan süni qidaları qəbul edə bilmirlər, tez-tez süni qidaları dəyişməyə məcbur olurlar. Uşaq və böyüklər isə laktaza çatışmamazlığına görə süd və süd məhsullarının qəbulu zamanı yaranan narahatçılığa görə bu qidalardan imtina etməli olurlar.

   İstifadəsinə göstəriş:

  1. Laktaza fermentinin çatışmamazlığı
  2. Köp, bağırsaq sancısı, qeyri-müntəzəm nəcisi olan 1 yaşına qədər körpələr.
  3. Bağırsaq pozğunluğu olan uşaq və böyüklər
  4. Bakterial və virus mənşəli kəskin infeksion enteritlər
  5. Bağırsaq əməliyyatlarından sonra
  6. Süd və süd məhsullarının qəbulundan sonra yaranan çürümə prosesini, bağırsaqdakı diskomfortu aradan qaldırmaq üçün
  7. Nazik bağırsağın limfoması
  8. Kron xəstəliyi
  9. Uippl xəstəliyi
  10. Seliakiya
  11. Bağırsağın qıcıqlanma sindromu

İstifadə qaydası:

1 kapsul Satalak 200ml süd və ya südlü qarışıq üçün nəzərdə tutulub.

Satalak körpə, uşaq və böyüklərə hər dəfə süd və süd məhsullarının qəbulundan əvvəl verilməlidir.

Kapsulu açıb, onun içini südə və süd məhsullarına qatıb qəbul etmək olar.

  • Ana südü və qarışıq qidalanmada olan 1 yaşına qədər körpələr:

Hər qidalanmadan öncə ¼ kapsul 5-10 ml ana südü və ya 370 C ilıq su ilə qarışdırılır və uşağa verilir (qaşıq və ya əmzik vasitəsilə)

  • Süni qidalanmada olan 1 yaşına qədər körpələr:

¼ kapsul bilavasitə 370 C temperatura qədər isidilmiş südlü qarışığa əlavə olunur və uşaq qidalandırılır

  • 1-5 yaş arası uşaqlar:

1/3kapsul  ilıq (370 C) südə və ya süd məhsuluna əlavə edilir və uşaq yedizdirilir.

  • 5-7 yaş arası uşaqlar:

½ kapsul ilıq (370 C) südə və ya süd məhsuluna əlavə edilir və uşaq yedizdirilir.

  • 7 yaş yuxarı və böyüklər:

Hər dəfə süd və ya süd məhsulu qəbulundan əvvəl 1 kapsul daxilə qəbul etməlidirlər.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Hamiləlik və laktasiya dövründə həkim təyinatı ilə istifadə oluna bilər.

Şəkərli diabeti olan xəstələrdə  istifadəsi:

Laktaza fermenti bağırsağa qida ilə daxil olan laktoza disaxaridini qlükoza və qalaktozaya parçaladığından, bağırsaqda qlükozanın miqdarını artırır. Buna görə şəkərli diabeti olan şəxslər bu vasitəni mütləq həkim məsləhətinə əsasən qəbul etməlidirlər.

Əks göstəriş:

İndividual uyğunsuzluq.

Buraxılış forması:

№100 kapsul, blister qablaşdırmada, içlik vərəgi ilə birgə karton qutuya yerləşdirilib.

Saxlanma qaydası:

250 C-dən aşağı temperaturda, gün şüası düşməyən, uşaqların  əli çatmayan yerdə saxlamalı. Kapsul acılandan sonra qalan hissə kapsulun içində dərman qutusunda saxlanılmalıdır.

Yararlılıq müddəti:

2 il.

Aptekdən buraxılma şərti:

Reseptsiz buraxılır.

İstehsalçı:

Pharmex Rom İndustry Crizantemelor 1, Mogosoaia – İlfov, Romania.

Lisenziya sahibi:

Azerimed MMC


Baxılma sayı: 259 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..