Sual ver |
Təcili sifariş | ![]() |
A+ | A- |

VİLEN kapsul
B qrup vitamin kompleksi
Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat
Tərkibi:
Əsas maddələr: |
1 kapsulda |
TSD* |
Quava, reyhan, limon ekstraktı (Guava, holy basil, lemon extracts) |
140 mq |
|
Vitamin B1 (Tiamin hidroxlorid) |
3.1 mq |
238% |
Vitamin B2 (Riboflavin) |
2.8 mq |
186% |
Vitamin B3 (Niasin) |
4.75 mq |
28% |
Vitamin B5 (Pantoten turşusu) |
5.3 mq |
76% |
Vitamin B6 (Piridoksin hidroxlorid) |
3.1 mq |
172% |
Vitamin B9 (Fol turşusu) |
98 mkq |
49 % |
Köməkçi maddələr: Qarğıdalı dekstrini 250mg, düyü konsentratı 5mg.
Kapsulun qişası: Hipromeloz, titan dioksid, sarı dəmir oksidi.
Məhsul haqqında məlumat: Vilen kapsul orqanizmin sağlamlığının qorunub saxlanması və bir çox xroniki xəstəliklər zamanı orqanizmin bərpasını təmin etmək üçün vacib əhəmiyyət daşıyan B qrup vitamin kompleksindən ibarətdir.
B qrup vitaminlər orqanizmdə maddələr mübadiləsində iştirak edən bir çox fermentlərin kofermenti olub, zülal, yağ və karbohidrat mübadiləsində iştirak edirlər. B qrup vitaminlər sinir sisteminin, dayaq-hərəkət sisteminin fəaliyyətinin tənzimlənməsinə, qan yaranmanın stimulyasiyasına, immunitetin yüksəlməsinə köməklik edirlər.
B qrup vitaminləri neyrotrop təsirə malik olub, sinir sisteminin optimal fəaliyyəti və energetik mübadiləsi üçün vacibdirlər. Zehni əmək qabiliyyətinin yaxşılaşdırılmasında, yaddaşın möhkəmləndirilməsində rol oynayırlar.
B qrup vitaminlərinə təbiətdə eyni və ya oxşar mənbələrdə (qidada) rast gəlindiyindən, onların birinə tələbatın artması və ya birinin çatışmazlığı bu qrupun digər vitaminlərinə də tələbatın artması və ya onların çatışmazlığı ilə müşayət olunur.
İstifadəsinə tövsiyyələr:
Xəstəliklərin müalicəsi məqsədi ilə tək istifadə edilə bilməz.
Aşağıda qeyd olunan xəstəlik və halların kompleks müalicə və profilaktikasında köməkçi vasitə kimi istifadə olunur:
B qrup vitaminlərinin hipo- və avitaminozu.
Dayaq hərəkət sisteminin xəstəlikləri
Xroniki mədə-bagırsaq xəstəlikləri
Hipotrofiya və ya bədən çəkisinin azalması
Iştahanın azalması
Tam dəyərli olmayan qidalanma, pəhrizlər zamanı
Sinir sistemi tərəfindən olan dəyişikliklər
Uzun müddətli antibiotikoterapiya
Əqli və fiziki aktivliyin zəifləməsi
Anemiyalar
Yanıq, yara və sınıqların müalicəsi zamanı sağalma və regenerasiya proseslərini sürətləndirmək məqsədilə
Dəri, dırnaq, saç və selikli qişaların müxtəlif xəstəlikləri
İstifadəsinə dair məhdudiyyətlər:
Vasitənin komponentlərinə qarşı həssaslıq.
15 yaşdan aşağı şəxslər.
Hamiləlik və laktasiya dövründə istifadəsi: Bu dövrdə bütün vasitələr həkim tövsiyyəsi ilə qəbul edildiyindən, istifadə etməzdən əvvəl mütləq həkim və ya əczaçınızla məsləhətləşin.
İstifadə qaydası və dozası:
15 yaşdan yuxarı və böyüklər üçün sutkalıq doza 1-2 kapsuldan gündə 1 dəfə olmaqla, səhər yeməkdən sonra qəbul edilməlidir. Qəbul müddəti 20-60 gündür.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Buraxılış forması: Kapsul N30.
Hər blisterdə 10 kapsul olmaqla, 3 blister içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilib.
Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. BFMQƏ normal qidalanmanı əvəz etmir.
Saxlanma şəraiti: 250 C-dən aşağı temperaturda, günəş şüası düşməyən, uşaqların əli çatmayan yerdə saxlamalı.
Yararlılıq müddəti: İstifadə müddəti qutunun üzərində qeyd olunub, göstərilən müddət başa çatandan sonra istifadə etmək olmaz.
İstehsalçı:
Sensilab SA Luxembourg
1370 Logatec, Slovenia , EU
www.sensilab.com
Rəsmi Distribyutor:
Azerimed MMC