*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Vilen sirop
Sual ver
  Təcili sifariş A+ A-

VİLEN sirop

vitamin B kompleks.

Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

Tərkibi:

Əsas maddələr:

100ml-də

Hər 10ml-də

TSD*

Vitamin B2  (Riboflavin)

9.2 mg

0.92 mg

57.5%

Vitamin B5  (Pantoten turşusu)

60 mg

6.0 mg

75%

Vitamin B6  (Piridoksin hidroxlorid)

10.7 mg

1.07 mg

55%

Vitamin B12 (Siankobalamin)

14.5 mcg

1.45 mcg

78%

Vitamin B3  (Niasin)

112 mg

11.20 mg

71%

       TSD*- tövsiyyə edilən sutkalıq doza

Köməkçi maddələr: Su, fruktoza, kalium sorbat (E-202), limon turşusu, dadlandirici.

Məhsul haqqında məlumat: Vilen sirop orqanizmin sağlamlığının qorunub saxlanması və bir çox xroniki xəstəliklər zamanı orqanizmin bərpasını təmin etmək üçün  vacib əhəmiyyət daşıyan B qrup vitamin kompleksindən ibarətdir.

  B qrup vitaminlər orqanizmdə maddələr mübadiləsində iştirak edən bir çox fermentlərin kofermenti olub, zülal, yağ və karbohidrat mübadiləsində iştirak edirlər. B qrup vitaminlər sinir sisteminin, dayaq-hərəkət sisteminin fəaliyyətinin tənzimlənməsinə, qan yaranmanın stimulyasiyasına, immunitetin yüksəlməsinə köməklik edirlər. B qrup vitaminləri neyrotrop təsirə malik olub, sinir sisteminin optimal fəaliyyəti və energetik mübadiləsi üçün vacibdirlər. Zehni əmək qabiliyyətinin yaxşılaşdırılmasında, yaddaşın möhkəmləndirilməsində rol oynayırlar.

  B qrup vitaminlərinə təbiətdə eyni və ya oxşar mənbələrdə (qidada) rast gəlindiyindən, onların birinə tələbatın  artması və ya birinin çatışmazlığı bu qrupun digər vitaminlərinə də  tələbatın artması və ya onların çatışmazlığı ilə müşayət olunur. Vilen sirop uşaq orqanizminin sağlam boy artımı və inkişafı üçün  vacib əhəmiyyət daşıyan B qrup vitamin kompleksindən ibarətdir.

İstifadəsinə dair tövsiyələr:

Xəstəliklərin müalicəsi məqsədi ilə tək istifadə edilə bilməz.

Aşağıda qeyd olunan xəstəlik və halların kompleks müalicə və profilaktikasında köməkçi vasitə kimi istifadə olunur:

B qrup vitaminlərinin hipo- və avitaminozu.

Dayaq hərəkət sisteminin xəstəlikləri

Xroniki mədə-bagırsaq xəstəlikləri

Hipotrofiya və ya bədən çəkisinin  azalması

Iştahanın azalması

Tam dəyərli olmayan qidalanma, pəhrizlər zamanı

Sinir sistemi tərəfindən olan dəyişikliklər

Uzun müddətli antibiotikoterapiya

Əqli və fiziki aktivliyin zəifləməsi

Anemiyalar

Yanıq, yara və sınıqların müalicəsi zamanı sağalma və regenerasiya proseslərini sürətləndirmək məqsədilə

Dəri, dırnaq, saç və selikli qişaların müxtəlif xəstəlikləri

İstifadəsinə dair məhdudiyyətlər:

Vasitənin komponentlərinə qarşı həssaslıq

İstifadə qaydası və dozası: VİLEN sirop - Dozalanma              

0-1 yaş

1-5 yaş

6-10 yaş

11-14 yaş

Böyüklər

2.5 ml

5 ml

7.5 ml

10 ml

15 ml

VİLEN sirop gündə 1 dəfə yeməkdən sonra qəbul edilir. Qəbul müddəti  20-60 gündür.

Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

Əlavə təsirləri: Tərkibində B2 vitamini olduğundan sidiyin rəngini sarı-narıncı rəngə boyaya bilər.

Buraxılış forması:100 ml flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. BFMQƏ normal qidalanmanı əvəz etmir.

Saxlanma şəraiti: 250 C-dən aşağı temperaturda, günəş şüası düşməyən, uşaqların  əli çatmayan yerdə saxlamalı.

Yararlılıq müddəti: İstifadə müddəti qutunun üzərində qeyd olunub, göstərilən müddət başa çatandan sonra istifadə etmək olmaz.

İstehsalçı:

O.F.I. S.p.A – Oficina Farmaceutica İtaliana S.p.A

Via Verga 14 – 24127 Bergamo – Italy

www. ofilab.it – MADE IN ITALY

Rəsmi Distribyutor:

Azerimed MMC



Baxılma sayı: 484 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..