*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Xromin
Sual ver
  Təcili sifariş A+ A-

XROMİN

Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

Tərkibi:

Əsas maddələr:

1 kapsulda

RDA*

Xrom pikalinat (Chromium picolinate)

100 mkq

50%

Vitamin B6 (Pyridoxine hydrochloride)  

3 mq

50%

Sarıkök (Curcuma)

3 mq


 Köməkçi maddələr: mikrokristallik sellüloza, povidon, maqnezium stearat, kolloidal silisium dioksid

Kapsulun qişası: jelatin

Məhsul haqqında məlumat:

Xrom pikolinat (Cr3+) – orqanizm tərəfindən kifayət qədər yaxşı mənimsənilir. Böyüklərdə xroma sutkalıq tələbat 200mkq-dır. Xromun əsas bioloji rolu karbohidrat mübadiləsi və qanda şəkərin miqdarının tənzimlənməsində iştirak etməkdir. Xrom kiçik molekulalı üzvi kompleks olan – “qlükozaya qarşı tolerantlıq faktoru”nun  (Glucose Tolerance Factor, GTF) tərkibinə daxildir. Xrom toxumaların insulinə qarşı həssaslığını artırır, qlükozanın hüceyrələr tərəfindən mənimsənilməsini təmin edir. İnsulinin tənzimlədiyi bütün metabolik proseslərdə bu hormonun təsirini gücləndirir. Buna görə şəkərli diabeti (xüsusilə II tip) olan insanlar üçün vacib maddə sayılır. Xrom defisiti orqanizmdə diabetəbənzər halların yaranmasına səbəb olur. Xrom pikolinat orqanizmdə xrom defisitini bərpa edir, lipid və karbohidrat mübadiləsini tənzimləyir. Şirin qidalara qarşı tələbatı zəiflətməklə aclıq hissinin, iştahanın azalmasına yardım edir. Xrom insulinin normal konfiqurasiyalı stereoformasının sintezində iştirak edərək, qlükoza mübadiləsinə, əzələ kütləsinin normallaşmasına, piylərin parçalanmasına, artıq çəkidən əziyyət çəkən insanlarda çəkinin azalmasına köməklik edir. Orqanizmdə xrom defisitinin olması bədən kütləsinin artmasına, piylənməyə, artıq çəki, uşaqlarda və böyüklərdə metabolik sindrom, şəkərli diabet kimi xəstəliklərin yaranmasına səbəb olur.

Vitamin B6  - zülal və qlükoza metabolizmində iştirak edir. Lipid mübadiləsini normallaşdırır, doymamış yağ turşularının mənimsənilməsini yaxşılaşdırır. Əzələ normal təqəllüsünü təmin edən kreatininin eninəzolaqlı əzələdə miqdarını artırır. Diabetik retinopatiyanın yaranmasına mane olur. Vitamin B6-dan müntəzəm istifadə diabetə səbəb olan ksanturen turşusunun toplanmasının qarşısını alır. Sinir sisteminin işini tənzimləyir, periferik sinir xəstəlikləri (radikulit, nevrit və s) zamanı sinir keçiriciliyini yaxşılaşdırır. Depressiyanı, gərginliyi aradan qaldırır, əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur. Orqanizmdə ödemin yaranmasına, mayenin toplanmasına mane olur. Vitamin B6 homosistein amin turşusunun orqanizmdən atılmasını təmin etməklə insult və miokard infarktı riskini azaldır.

 Sarıkök–tərkibində efir yağları, kurkumin, bir çox mineral və vitaminlər var. Sarıkök maddələr mübadiləsini sürətləndirir, yağları parçalayır, orqanizmdə artıq maye toplanmasının qarşısını alır, bağırsaqlarda metabolizmi sürətləndirərək toksiki maddələrin bədəndən atılmasını təmin edir, piy toxumasının yaranmasının qarşısını alır, qanda şəkərin miqdarını normallaşdırır, şirin və yağlı qidalara qarşı tələbatı azaldır. Sarıkök təbii ödqovucu sayılır. Ödün sintezini artırmaqla qidanın tərkibindəki yağların parçalanmasını sürətləndirir. Ondan piylənmə, çəki artıqlığı zamanı arıqlamaq məqsədi ilə istifadə olunur.

İstifadəsinə tövsiyyələr:

Xəstəliklərin müalicəsi məqsədi ilə tək istifadə edilə bilməz.

Aşağıda qeyd olunan xəstəlik və halların kompleks müalicə və profilaktikasında köməkçi vasitə kimi istifadə olunur:

Tərkibindəki komponentlərin defisiti zamanı

Şəkərli diabet

Metabolik sindrom

Piylənmə və ona meyillilik

İstifadəsinə dair məhdudiyyətlər:

Tərkibindəki hər hansı komponentə qarşı individual həssaslıq.

Hamiləlik və laktasiya dövrü

Kəskin qaraciyər və böyrək çatışmamazlığı

Dekompensasiya mərhələsində yanaşı xəstəliyi olan yaşlı insanlar

15 yaşdan kiçik uşaqlar.

İstifadə qaydası və dozası:

Böyüklər üçün 1-2 kapsul gündə 2 dəfə yemək vaxtı və ya yeməkdən sonra qəbul edilməsi məsləhət görülür.  Qəbul müddəti  20-60 gündür.

Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

Buraxılış forması: №30 kapsul.

Hər blisterdə 10 kapsul olmaqla, 3 blister içlik vərəqi ilə birgə karton qutuya yerləşdirilib.

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. BFMQƏ normal qidalanmanı əvəz etmir.

Saxlanma şəraiti: 250 C-dən aşağı temperaturda, günəş şüası düşməyən, uşaqların  əli çatmayan yerdə saxlamalı.

Yararlılıq müddəti: İstifadə müddəti qutunun üzərində qeyd olunub, göstərilən müddət başa çatandan sonra istifadə etmək olmaz.

İstehsalçı:

Pharmex Rom İndustry Crizantemelor 1, Mogosoaia – İlfov, Romania.

Rəsmi distribyutor:

Azerimed MMC



Baxılma sayı: 131 dəfə
 
SUAL CAVAB
aysu
Sual: xromin qiymeti ne qederdi
Cavab: Salam Aysu xanım.XROMIN N30 məbləği 16.15 Azn.Bakı şəhər daxilində çatdırılma xidmətimiz mövcuddur.10 Azn-dən yuxarı sifarişlərə çatdırılma xidməti ödənişsizdir.Müraciətiniz üçün təşəkkür edirik.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..