*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Viberan
Sual ver
  Təcili sifariş A+ A-

VIBERAN

Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

Tərkibi:

Əsas maddələr:

1 tabletdə

RDA%

Soya izoflavonları ekstraktı

50mq


Maqnezium laktat dihidrat                             (47.4mq Maqneziuma (Mg2+) ekvivalent)

187.5mq

15%

Melissa

40mq


Tiamin hidroxlorid  (Vitamin B1)

0.55mq

50%

Piridoksin hidroxlorid (Vitamin B6)

0.7mq

12%

Askorbin turşusu (Vitamin C)

40mq

65%

  Köməkçi maddələr: mikrokristallik sellüloza, povidon, maqnezium stearat, kolloidal silisium dioksid.

Tabletin örtüyü: qidalandırıcı

Məhsul haqqında məlumat: Viberan klimaks əleyhinə vasitədir. Aktiv kompanenti soya izoflavonları olan henistein, daidzein, qlisiteindir. Soya izoflavonları quruluşuna və molekulyar  kütləsinə görə qadın cinsi hormonu olan estrogenlə oxşar quruluşa malikdirlər. Bu xüsusiyyət onlara (87 % hallarda) seçici olaraq müxtəlif orqan və toxumalarda (dəri, damar, baş beyin, sümük və s.) yerləşən β-estrogen reseptorlarını “tanımağa”, əlaqəyə girməyə və estrogenəbənzər təsir göstərərək klimakterik dövrün əlamətlərinin (istilikbasma, tərləmə, ürəkdöyünmə, əsəbilik, gərginlik, depressiyaya meyillik, arterial təzyiqin dəyişilməsi, yuxunun pozulması və s.) intensivliyinin azaltmağa kömək edir. Estrogendən fərqli olaraq soya izoflavonları birincili cinsiyyət orqanlarına təsir göstərmirlər, buna görə də hormondan asılı törəmələrə və cinsi orqanların selikli qişasının hiperplaziyasına səbəb olmur. Tərkibində olan digər kompanentlər kompleks təsir göstərərək, klimaks dövrünü rahat keçirməyə, bu dövrdə yaranan psixoemosional, vegetativ və mübadilə pozğunluqlarını aradan qaldırmağa köməklik edirlər. Kalsium mübadiləsinin tənzimlənməsində, onun sümüklərdən xaric olmasının azaldılmasında, sınıqların  və osteoparozun qarşısının alınmasında mühüm rol oynayırlar.

İstifadəsinə tövsiyyələr:

Xəstəliklərin müalicəsi məqsədi ilə tək istifadə edilə bilməz.

Aşağıda qeyd olunan xəstəlik və halların kompleks müalicə və profilaktikasında köməkçi vasitə kimi istifadə olunur:

Pre-, Post və menopauza dövründə meydana çıxan vegeto-damar və psixoemosianal pozğunluqlar (həmçinin, istilikbasma, tərləmə, yuxu pozğunluğu, əsəbilik, əhval-ruhiyyənin tez-tez dəyişməsi, apatitya və s)

Menopauza dövründə estrogen  azlığı ilə bağlı xəstəliklər və hallar

Osteoparoz 

İstifadəsinə dair məhdudiyyətlər:

45 yaşdan aşağı qadınlar

Tərkibindəki hər hansı komponentə qarşı individual həssaslıq.

Estrogendən asılı şişlər

Hamiləlik və laktasiya dövrü

İstifadə qaydası və dozası:

1 tabletdən gündə 1 dəfə yeməkdən sonra daxilə qəbul olunur.

İstifadə kursu 2-3 aydır. Lazım gələrsə 1-2 ay fasilədən sonra kursu təkrarlamaq olar.

Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

Buraxılış forması: №30 tablet.

Hər blisterdə 10 tablet olmaqla, 3 blister içlik vərəqi ilə birgə karton qutuya yerləşdirilib.

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.

BFMQƏ normal qidalanmanı əvəz etmir.

Saxlanma şəraiti: 250 C-dən aşağı temperaturda, günəş şüası düşməyən, uşaqların  əli çatmayan yerdə saxlamalı.

Yararlılıq müddəti: Yararlılığq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə  etmək olmaz.

İstehsalçı:

Pharmex Rom İndustry Crizantemelor 1, Mogosoaia – İlfov, Romania.

Rəsmi Distribyutor:

Azerimed MMC


Baxılma sayı: 1145 dəfə
 
SUAL CAVAB
cemile
Sual: qiymet
Cavab: Salam Cemile x.VIBERAN N30 məbləği 17.10 Azn.Bakı şəhər daxilində çatdırılma xidmətimiz mövcuddur.10 Azn-dən yuxarı sifarişlərə çatdırılma xidməti ödənişsizdir.Müraciətiniz üçün təşəkkür edirik.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..