*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Zural kids
Sual ver
  Təcili sifariş A+ A-

ZURAL kids

Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

Tərkibi:

Hər 10ml ZURAL kids siropunun tərkibinə daxildir:

Aktiv inqredientlər:

mq/10ml

TSD%

Mərcani şərbəti konsentratı                                                   (Cranberry juice concentrate )

PAC (proantosianidlər)

7200 mq


160 mq


Fruktooliqosaxaridlər

155 mq


Askorbin turşusu (Vitamin C)

30 mq

50%

 Köməkçi maddələr: bitki qliserini, sorbitol şərbəti 70%, propilen qlikol, karboksimetilselluloza,  natrium benzoat, distillə edilmiş su.

Məhsul haqqında məlumat:

ZURAL kids tərkibi mərcani şirəsi konsentratı, fruktooliqosaxaridlər və Vitamin C-dən ibarət innovativ qarışıq olub,  sidik yollarında xəstəlik törədən bakteriyaların artmasınına mane olur, sidik yollarının zədələnmiş selikli qişasınının bərpa olunması və sidik yollarının funksiyasının normallaşdırılmasında çox şaxəli təsir göstərir.

Mikrobların antibiotiklərə davamlılıq əldə etməsini nəzərə alaraq, infeksiyalara qarşı antiadheziv təsirli vasitələrdən istifadə daha məqsədə uyğun sayılır.

 Mərcani şirəsi konsentratı (Cranberry juice concentrate) - tərkibi proantosianidlər (PAC), vitaminlər, bioflavonoidlər, bioloji aktiv maddələr (Ellaq turşusu, taninlər və s.) və digər təbii maddələrlə zəngindir. Bu maddələr sidik yollarının infeksiyaları zamanı mikrobları xaric etməyə, sidik yollarının zədələnmiş selikli qişasını bərpa etməyə, mikrobların sidik yollarından yuyulmasına kömək edir. Sidiyın parçalanmasını azaldır, sidikdə xoşagəlməz qoxunun əmələ gəlməsinin qarşısını alır. Mərcani şirəsi konsentratı antibiotiklərlə müalicəni tamamlamağa, sidik yollarının sağlamlığını qorumağa köməklik edir.   

Fruktooliqosaxaridlər (FOS) – az kalorili həzm olunmayan karbohidratlar sinifinə aid olub, prebiotikdir, bağırsağın normal mikroflorasının inkişafını stimulyasiya edir, disbakteriozun yaranmasının qarşısını alır.

 Vitamin C – immuniteti stimullaşdıraraq orqanizmin müqavimətini yüksəldir.

İstifadəsinə tövsiyyələr:

Xəstəliklərin müalicəsi məqsədi ilə tək istifadə edilə bilməz.

Aşağıda qeyd olunan xəstəlik və halların kompleks müalicə və profilaktikasında köməkçi vasitə kimi istifadə olunur:

Sidik yollarının iltihabı xəstəlikləri: pielonefrit, pielit, uretrit, sistit

Sidik yollarında duz və sidik yollarının daş xəstəliklərindən sonra ikincili infeksiya riskinin azaldılması məqsədilə

İstifadəsinə məhdudiyyətlər:

Vasitənin hər hansı bir komponentinə qarşı həssaslıq.

3  yaşdan kiçik uşaqlar

İstifadə qaydası və dozası:

ZURAL kidsin  yaşa uyğun dozası yeməkdən 20 dəqiqə əvvəl 50 ml suda həll edilərək daxilə qəbul olunur. Həll olunmuş vasitə 3 gün ərzində istifadə oluna bilər.

İstifadə dozası:

Yaş

Doza

3-9 yaş arası

2.5ml (1/2 çay qaşığı) * 2 dəfə

10-16 yaş arası

5 ml (1çay qaşığı) * 2 dəfə

16 yaşdan yuxarı

10 ml (2 çay qaşığı) * 2 dəfə

Qəbul müddəti  7-14  gündür.

Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

Flakon açıldıqdan sonra soyuducuda saxlanılmalı və ağzı açılmış flakon 1 ay ərzində isitifadəyə yararlıdır.

Buraxılış forması:

150 ml şüşə flakonda, içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilib.

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. BFMQƏ normal qidalanmanı əvəz etmir.

Saxlanma şəraiti: 250 C-dən aşağı temperaturda, günəş şüası düşməyən, uşaqların  əli çatmayan yerdə saxlamalı.

Yararlılıq müddəti: İstifadə müddəti qutunun üzərində qeyd olunub, göstərilən müddət başa çatandan sonra istifadə etmək olmaz.

İstehsalçı:

Pharmex Rom İndustry Crizantemelor 1, Mogosoaia – İlfov, Romania.

Rəsmi Distribyutor:

Azerimed MMC




Baxılma sayı: 470 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..