*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Zural
Sual ver
  Təcili sifariş A+ A-

ZURAL

Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat

Tərkibi:

Əsas maddələr:

1 tabletdə

TSD*

Quşüzümü ekstraktı  (Vaccinium macrocarpon - Kanada mərcanının standartlaşdırılmış ekstraktı) Proantosianidlər (PAC)

300mq

27mq


D-mannoza

400mq


Askorbin turşusu (Vitamin C)

200mq

280%

Köməkçi maddələr: mikrokristallik sellüloza, hidroksipropil metilsellüloza , maqnezium stearat, kolloidal silisium dioksid. 

Tabletin örtüyü: qəhvə rəngli qidalandırıcı

Məhsul haqqında məlumat:

ZURAL uroseptik, antibakterial, antiadgeziv,  iltihab əleyhinə,  bərpaedici, diuretik  və  immunostimulyator təsirlərə malik kombinə olunmuş vasitədir.

Quşüzümü ekstraktı (Cranberry extract - Vaccinium macrocarpon Kanada mərcanı standartlaşdırılmış ekstraktı) - tərkibi proantosianidlər (PAC), vitaminlər, bioflavonoidlər, bioloji aktiv  maddələr (Ellaq turşusu, taninlər və s.) və digər təbii maddələrlə zəngindir. Bu maddələr sidik yollarının infeksiyaları zamanı mikrobların 95% adgezinlərini blokada edərək orqanizmdən xaric edir. İltihab əleyhinə təsir göstərir, sidik yollarının zədələnmiş selikli qişasını bərpa edir. Tərkibindəki flavonoidlər diuretik təsir göstərərək mikrobların sidik yollarından yuyulmasını təmin edir. Bioloji aktiv maddələr sidiyin pozulmuş pH-nı normallaşdırır, mikrobların yaşaması və çoxalması üçün əlverişsiz şərait  yaradır. Sidiyın parçalanmasını azaldır, sidikdə xoşagəlməz qoxunun əmələ gəlməsinin qarşısını alır.

D-mannoza – prebiotikdir, qeyri-tipik konfiqurasiyalı monosaxariddir. Yüksək dozalarda qəbul olunduqda həzm sisteminin proksimal hissəsindən sorulur. Qaraciyərdə metabolizmə uğramır. Sidik vasitəsilə eliminasiya olunur. Eliminasiya zamanı  sidik yollarında xəstəlik törədən bakteriyaların  (həmçinin  E.coli) lektin qatını blokada  edərək adgezinlərini bürüyür, selikli qişadan ayırır və onların sidik vasitəsi ilə yuyulub çıxarılmasını təmin edir.

Askorbin turşusu (Vitamin C) – immuniteti stimullaşdıraraq orqanizmin infeksiyaya qarşı müqavimətini yüksəldir, antioksidant təsir göstərərək sərbəst radikalları parçalayır, sidiyin pH-ını bərpa edir.

İstifadəsinə dair tövsiyyələr:

Xəstəliklərin müalicəsi məqsədi ilə tək istifadə edilə bilməz.

Aşağıda qeyd olunan xəstəlik və halların kompleks müalicə və profilaktikasında köməkçi vasitə kimi istifadə olunur:

Sidik yollarının iltihabı xəstəlikləri: pielonefrit, pielit, uretrit, sistit

Sidik yollarında duz və sidik yollarının daş xəstəliklərindən sonra ikincili infeksiya riskinin azaldılması məqsədilə

İstifadəsinə məhdudiyyətlər:

Vasitənin hər hansı bir komponentinə qarşı həssaslıq.

15 yaşdan aşağı şəxslər

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Bu dövrdə bütün vasitələr həkim tövsiyyəsi ilə qəbul edildiyindən, istifadə etməzdən əvvəl mütləq həkim və ya əczaçınızla məsləhətləşin.

Şəkərli diabeti olan xəstələrdə  istifadəsi:

ZURAL-ın tərkibindəki D-mannoza monosaxarid olduğundan şəkərli diabeti olan şəxslər vasitəni qəbul etməzdən öncə və qəbul müddətində həkimləri və əczaçıları ilə məsləhətləşməlidirlər.

Tövsiyyə edilən qəbul qaydası və dozası:

Məsləhət olunan doza: 1-2 tabletdən gündə 2 dəfə olmaqla, yeməkdən 20 dəqiqə əvvəl. Qəbul müddəti  7-14  gündür.

Tövsiyə edilən sutkalıq dozanı keçməyin.

Buraxılış forması: №30 tablet.

Hər blisterdə 10 tablet olmaqla, 3 blister içlik vərəqi ilə birgə karton qutuya yerləşdirilib.

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir. BFMQƏ normal qidalanmanı əvəz etmir.

Saxlanma şəraiti: 250 C-dən aşağı temperaturda, günəş şüası düşməyən, uşaqların  əli çatmayan yerdə saxlamalı.

Yararlıq müddəti: İstifadə müddəti qutunun üzərində qeyd olunub, göstərilən müddət başa çatandan sonra istifadə etmək olmaz.

İstehsalçı:

Pharmex Rom İndustry Crizantemelor 1, Mogosoaia – İlfov, Romania.

Rəsmi Distribyutor:

Azerimed MMC

 


Baxılma sayı: 967 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..