*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Dayaq hərəkət sistemi » OSTEOGENON
Sual ver
  Təcili sifariş A+ A-

Buraxılış forması:

Örtüklü,uzunsov,sarımtıl rəngli tabletlər.Qutuda 40 tablet (hər blisterdə 10 tablet).

Farmakoterapevtik qrupu:kalsium-fosfor mübadiləsinin requlyatoru

Tərkibi:

Təsiredici maddə - ossein-hidroksiapatit birləşməsi (OHB)

Hər örtüklü tabletin tərkibində 830 mg OHB vardır ki,bu da 75 mg qeyri-kollagen zülal/peptid,216 mg kollagen (291 mg osseinə müvafiq);,82 mg fosfor (444 mg hidroksiapatitə müvafiq);178 mg kalsiumdan ibarətdir;doldurucular

Farmakoloji təsiri:

Osteogenon sümük toxumasının metabolizminə ikili təsir göstərir:osteoblastlara stimuləedici və osteoklastlara inhibəedici təsir edir.Kalsiumun hidroksiapatitdən tədricən ayrılması qanda kalsiemiyanın qarşısını alır.Hidroksiapatitin kristallizasiyasında iştirak edən fosfor kalsiumun sümüklərdə fiksasiyasına və böyrəklərlə xaric olmasına yardım edir.Preparatın orqanik komponentləri sümük matrisasının formalaşmasını və Osteogenonun protektiv effektini təmin edir.

Istifadəsinə göstərişlər:

-      Müxtəlif mənşəli osteoporozun müalicə və profilaktikası

-      Sümük sınıqlarının sağalmasının sürətlənməsi

-      Hamiləlik və laktasiya dövründə kalsium-fosfor mübadiləsinin tənzimlənməsi

İstifadə qaydası və dozalanma:

Osteoporoz:həkim təyinatı ilə,2-4 tabletdən gündə 2 dəfə,daxilə

Digər göstərişlər:gündə 1-2 tablet

Osteogenon az miqdarda su ilə qəbul olunmalıdır.

İstifadəsinə məhdudiyyətlər:

Hiperkalsiemiya və hiperkalsiuriya.

Böyrəkdaşı xəstəliyinə meylli olan xəstələrdə preparatın dozalanma rejimi korreksiya olunmalıdır.

Hamiləlik və laktasiya dövrü:klinik tədqiqatların nəticələrinə görə Osteogenonun həm ana,həm döl üçün,həmçinin də laktasiya dövründə təhlükəsizliyi sübüt olunmuşdur.

Əlavə təsirlər:

Osteogenon hətta uzunmüddətli qəbulu zamanı yaxşı keçiriciliyə malikdir.Nadir hallarda allergik reaksiyalar ola bilər.

Digər dərmanlarla qarşılıqlı təsiri:

Osteogenon dəmir preparatlarının və tetrasiklinlərin sorulmasını ləngidir,buna görə də bu preparatların birgə qəbulu zamanı aradakı interval 4 saatdan az olmamalıdır.

Doza aşımı:

Osteogenonun doza aşımı barədə heç bir məlumat yoxdur.

Saxlanma şəraiti:

250C-dən yüksək olmayan temperaturda,uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti:

3 ildir.

Aptekdən buraxılma şərti:

Həkim resepti əsasında

İstehsalçı:

“Pyer Fabr Medikament Prodakşn”,Fransa,Proqifarm,45500,Jien

Baxılma sayı: 1911 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..