*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Yara və yanıqlar » Oprenol
Sual ver
  Təcili sifariş A+ A-

OPRENOL

 İstifadəsi üzrə təlimat

Tərkibi:

Hər 100 qram kremin tərkibində vardır:

Əsas maddələr:

Gülümbahar yağı - 1q          Pantenol - 0.5 q           Sink oksidi - 5q

Talk - 5 q                             E vitamini  -  0.5 q       Bisabolol -  0.1 q

Köməkçi maddələr: qliserin - 5 q, qliseril stearat  - 5 q,  hidroksietil natrium akrilat -  0.95 q, PEQ-100 stearat - 1 q, fenoksietanol - 0.45 q, skvalan - 0.45 q, spirt - 3 q, etilheksiqliserin - 0.05 q, C12-15 alkil benzoat - 3 q, polisorbat 60 - 0.1 q, EDTA dinatrium - 0.1 q, su - 68.65 q, parfüm - 0.15 q.

 

Farmakoloji xüsusiyyətləri:

OPRENOL antibakterial, antiseptik, qıcıqlanma əleyhinə, yarasağaldıcı və yumşaldıcı təsirlərə malik, hipoallergen  kremdir. Vasitənin tərkibinə daxil olan gülümbahar yağının tərkibində olan vitaminlər, efir yağları iltihabı aradan qaldırır, mikrobların və göbələklərin çoxalmasının qarşısını alaraq regenerasiyanı sürətləndirir. Pantenol dəri və selikli qişaların regenerasiyasını sürətləndirir. Sink oksiditalk dəri üzərində qoruyucu təbəqə yaradaraq dərinin qıcıqlandırıcı maddələrlə təmasının qarşısını alır, həssaslığını aradan qaldıraraq  sağalmanı təmin edir. Sink oksidi eyni zamanda antibakterial, antifunqal ( göbələk əleyhinə) təsirə və dərini ağardıcı xüsusiyyətə malikdir. E vitamini (Tokoferol-asetat) dərinin müdafiə funksiyasını artıraraq onun bərpasını sürətləndirir. Bisabolol dərini sakitləşdirir, nəmləndirir, qabıqlanmanın qarşısını alır, eyni zamanda digər komponentlərin dəri səthinə keçməsini sürətləndirərək, epidermisin daha dərin qatlarına keçməsini təmin edir.

İstifadəsinə dair tövsiyələr:

  • Bişməcələr
  • Ekzema
  • Kontakt dermatit
  • Günəş yanıqları
  • Donmalar
  • Hamiləlik zamanı dəri çatlarının profilaktikası
  • Yataq yaralarının profilaktikası

İstifadəsinə dair məhdudiyyətlər:

Vasitənin hər hansı komponentinə qarşı hiperhəssaslıq

İstfadə qaydası

Uşaqlarda istifadəsi: Ehtiyac olan təmiz və quru dəri səthinə hər bez dəyişməsi zamanı dairəvi masaj edilərək sürtülür.  

Böyüklərdə istifadəsi: Lazım olan təmiz və quru dəri səthinə gündə 3 - 4 dəfə yüngül masaj hərəkətləri ilə sürtülür.

Buraxılış forması: Tübdə 100 ml krem içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılmışdır.

Dərman vasitəsi deyil, kosmetik vasitədir.

Saxlanma şəraiti: 250 C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: Qablaşmanın üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə edilməməlidir.

İstehsalçı: ESENSA d.o.o. Belqrad, Serbiya Respublikası.


Baxılma sayı: 3014 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..