*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

POLGYL 0.5%

 

Tərkibi:

100 ml məhlulun tərkibində:

Metronidazol.........................500 mq


Farmakoloji xüsusiyyətləri:


Farmakodinamikası:

Metronidazol geniş təsir spektrinə malik effektiv antiprotozoy və antibakterial dərman maddəsidir. Trichomonas vaginalis, Giardia intestinalis, Entamoeba histolytica, Lamblia intestinalis,  həmçinin obliqat anaeroblara Bacteroides spp., Clostridium spp., Peptostreptococcus spp., Peptococcus spp., Eubacterium ştammlarına qarşı yüksək aktivlik göstərir. Aerob mikroorqanizmlər və fakultativ anaeroblar metronidazola qarşı həssas deyildir, lakin qarışıq floranın (aeroblar və anaeroblar) iştirakında metronidazol adi aeroblara qarşı effektiv olan antibiotiklərlə sinergist təsir göstərir. Metronidazolun təsir mexanizmi anaerob mikroorqanizmlərin və ibtidailərin hüceyrədaxili nəqledici proteinləri tərəfindən metronidazolun 5-nitroqrupunun biokimyəvi reduksiyasından ibarətdir. Metronidazolun reduksiya olunmuş 5-nitroqrupu mikroorqanizm hüceyrələrinin DNT-si ilə qarşılıqlı təsirdə olaraq onların nuklein turşularının sintezini tormozlayır və nəticədə bakteriyalar məhv olur.

Farmakokinetikası:

Anaerob infeksiyalı xəstələrin vena daxilinə 20 dəqiqə ərzində 500 mq metronidazol yeridildikdə qan zərdabında preparatın konsentrasiyası 1 saatdan sonra 35,2 mkq/ml, 4 saatdan sonra 33,9 mkq/ml, 8 saatdan sonra 25,7 mkq/ml olur. Preparat yüksək nüfuzetmə  qabiliyyətinə malikdir və orqanizmin əksər toxuma va mayelərində, о cümlədən ağciyərlər, böyrəklər, qaraciyər, dəri, onurğa beyni mayesi, beyin, öd, ağız suyu, amniotik maye, abses boşluqları, vaginal sekret, toxuma mayesi, süddə bakterisid konsentrasiyaya çatır. Qan zülalları ilə birləşməsi zəifdir və 10-20%-dən yüksək olmur. Ödyaranma prosesi normal olduğu halda metronidazolun vena daxilinə yeridilməsindən sonra öddə olan konsentrasiyası qan plazmasındakı konsentrasiyasından xeyli dərəcədə yüksək ola bilər. Metronidazol orqanizmdən böyrəklər vasitəsilə xaric olur - dozanın 63%-i (preparatın 20%-i dəyişilməmiş şəkildə xaric olur). Metronidazolun yarımxaricolma dövrü 6 - 7 saat təşkil edir. Böyrək klirensi 10,2 ml/dəqiqə təşkil edir. Böyrək funksiyaları pozulmuş xəstələrə preparatın təkrar yeridilməsi metronidazolun qan zərdabında toplanmasına səbəb ola bilər. Buna görə də ağır böyrək çatışmazlığı olan xəstələrdə metronidazoldan istifadə tezliyini azaltmaq lazımdır.


İstifadəsinə göstərişlər:

  • Cərrahi əməliyyatlar zamanı (əsasən qarın boşluğu orqanlarında və sidik yollarında) anaerob infeksiyaların profilaktikası və müalicəsi
  • Ağır qarışıq aerob-anaerob infeksiyaların müalicəsi
  • Sepsis
  • Peritonit
  • Osteomielit
  • Trixomoniaz, ginekoloji infeksiyalar
  • Kiçik çanağın və baş beyinin absesləri
  • Absesləşən pnevmoniya
  • Qazlı qanqrena
  • Helicobacter pylori mənşəli qastrit və 12 barmaq bağırsaq xorası
  • Dərinin və yumşaq toxumaların, sümük və oynaqların infeksiyaları
  • Qaraciyər və bağırsağın amöbiazı
  •  

Əks göstərişlər:

Metronidazola və ya digər nitroimidazol törəmələrinə qarşı həssaslığın yüksəlməsi, MSS-in üzvi zədələnmələri, qan xəstəlikləri, hamiləlik, laktasiya dövrü (göstərişlərə görə, istifadəsi üçün zərurət yaranarsa ana südü ilə qidalandırma dayandırılmalıdır).

 

İstifadə qaydası və dozası:


Anaerob  infeksiyalar:

Böyüklər:1-1,5 qr/gün (500 mq gündə 2-3 dəfə)

8 həftə-12 yaş uşaqlar:20-30 mq/kq gündə 1 dəfə və ya7,5 mq/kq gündə 3 dəfə

8 həftədən kiçik uşaqlar:15 mq/kq gündə 1dəfə və ya7,5 mq/kq gündə 2 dəfə


Əməliyyatdan sonrakı  infeksiyaların profilaktikası:

Böyüklər:əməliyyatdan əvvəl və əməliyyatdan sonra 8 və 16 saatlarında bir dəfəlik 500 mq yeridilir

12 yaşdan kiçik uşaqlar:əməliyyatdan 1-2 saat əvvəl,birdəfəlik 20-30 mq/kq olmaqla yeridilir


Amöbiaz:

Böyüklər:1,5 qr/gün (500 mq gündə 3 dəfə)

10 yaşdan böyük uşaqlar:400-800 mq gündə 3 dəfə 5-10 gün

7-10 yaş arası uşaqlar:200-400 mq gündə 3 dəfə 5-10 gün

3-7 yaş arası uşaqlar:100-200 mq gündə 4 dəfə 5-10 gün

1-3 yaş arası uşaqlar:100-200 mq gündə 3 dəfə 5-10 gün


Alternativ doza 35-50 mq/kq/gün olmaqla 3 dəfəyə bölünərək5-10 gün ərzində təyin olunur. Gündəlik doza 2400 mq keçməməlidir. Venadaxilinə yeridilən metronidazol məhlulunu digər dərman preparatları ilə qarışdırmaq tövsiyə edilmir! Preparat 20-30 dəqiqə ərzində damcı üsulu ilə vena daxilinə yeridilir. 

Buraxılış forması:

polimer qablaşmada, 100 ml-lik məhlul

İstehsalçı:

Polifarma İlaç San, Türkiyə


Rəsmi distribyutor:

Azerimed MMC




Baxılma sayı: 1864 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..