*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Voluhes
Sual ver
  Təcili sifariş A+ A-

VOLUHES 6%

Tərkibi: Hər  100 ml-in tərkibində:

Hidroksietil nişasta (130/0,4)...6,0 qr

Natrium xlorid..........................0,9 qr

Farmakoloji xüsusiyyətləri: VOLUHES kolloid plazmaəvəzedici preparatdır. Hidroksietil nişastanın 6%-li izotonik məhluludur.  VOLUHES preparatının təsir mexanizmi suyu özünə birləşdirib, damardaxili mühitdə saxlaya bilmək qabiliyyətinə əsaslanır. Bu zaman dövr edən qanın həcmi 85-100 % artır, toxumaların ödemi azalır və bu təsir 4-6 saat müddətində davamlı olaraq saxlanılır.

VOLUHES pozulmuş hemodinamikanı bərpa edir, qanın reoloji xüsusiyyətlərini, mikrosirkulyasiyanı, xüsusən də  serebral və uşaqlıq-plasentar qan dövranını yaxşılaşdırır, plazmanın qatılığını azaldır, trombositlərin aqreqasiyasını zəiflədir, eritrositlərin  aqreqasiyasına isə mane olur. Molekulyar quruluşu qlikogenin quruluşuna bənzədiyi üçün VOLUHES yüksək tolerantlığa malikdir və anafilaktoid reaksiya riski çox azdır. VOLUHES  zərdab amilazası tərəfindən hidroliz olunur. Orqanizmə yeridilmiş hidroksietil nişastanın təqribən 47%-i ilk 24 saat ərzində sidiklə xaric olur.

İstifadəsinə göstərişlər:

Hipovolemiya və şokun  (hemorragik, septik, yanıq və travmatik mənşəli) müalicə və profilaktikası

Ümumi anesteziyaya giriş, spinal və epidural anesteziya  zamanı hipotenziyanın profilaktikası

Kəskin normovolemik hemodilyusiya  (cərrahi əməliyyatlar zamanı istifadə olunan donor qanının həcmini azaltmaq üçün)

Mikrosirkulyasiya pozğunluğu və müalicəvi hemodilyusiya

Kristalloidlərlə müalicənin effektivliyinin yetərsiz olduğu hallar

Əks-göstərişləri:

Nişastaya qarşı hiperhəssaslıq, kəllədaxili hipertenziya, kəllədaxili qanaxma, dekompensə mərhələsində xroniki ürək çatışmazlığı, kəskin böyrək çatışmazlığı (oliqouriya, anuriya), ağciyərlərin kardiogen ödemi, hiperhidratasiya, hipervolemiya, dehidratasiya (elektrolit mübadiləsinin korreksiyası ehtiyac duyulduğu zaman), qanın laxtalanma sisteminin ciddi pozğunluqları, hemodializ.

Dozalanması və istifadə qaydası:

VOLUHES  33 ml/kq/sut. dozada təyin olunur və adətən 500-1000 ml/sut. həcmində istifadə olunur.

İnfuziya sürəti:

Hemorragik şokda: 20 ml/kq/saat (0,33 ml/kq/dəq)

10 yaşadək uşaqlarda: 15 ml/kq/saat-I keçməməlidir

Hemodilyusiya zamanı: 500 ml  4-6 saat  2 x 500 ml  8-12 saat müddətində

Bütün hallarda məhlulun ilk 20 ml-I çox zəif sürətlə köçürülməlidir. Septik və yanıq şokunda daha zəif sürətlə köçürülür.

Buraxılış forması: polimer qablaşmada 500 ml-lik məhlul

İstehsalçı: Polifarma İlaç San, Türkiyə



Baxılma sayı: 81 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..