*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Pol-Moksi
Sual ver
  Təcili sifariş A+ A-

POL-MOKSİ

Tərkibi: Moksifloksasin 400 mq/ 250 ml

Farmakoloji xüsusiyyətləri: Moksifloksasin yeni nəsil antibiotik olub, flüorxinolonların   4-cü nəslinə aiddir.  Moksifloksasin flüorxinolonların birinci 3 nəslinə xas olan bütün üstünlüklərə malikdir. Tərkibində metoksiqrupun və bisikloaminin olması ilə digər flüorxinolonlardan fərqlənir.

Bakteriyaların DNT-sinin replikasiyası, transkripsiyası və rekombinasiyası üçün vacib olan topoizomeraza II (DNT-giraza) və topoizomeraza IV fermentlərini ingibə edərək bakterisid təsir göstərir. Geniş təsir spektrlidir.  Tərkibində 8 metoksiqrupunun olması aktivliyini artırır və  rezistent mutant qram müsbət bakteriyaların yaranmasının qarşısını alır.

Aerob mikroorqanizmlər - Enterococcus faecalis, Staphylococcus aureus (yalnız metilinə həssas ştamlar), Streptococcus anginosus, Streptococcus constellatus, Streptococcus pneumoniae (multi rezistent ştamlar daxil olmaqla), Strepococcus pyogenes;

Qram mənfi mikroorqanizmlər - Enterobacter clocae, Escherichia coli, Haemophilus influenzae, Haemophilus parainfluenzae, Klebsiella pneumoniae, Moraxella catarrhalis, Proteus mirabilis, anaerob mikroorqanizmlər - Bacteroides fragilis, Bacteroides thetaiotaomicron, Clostridiyum perfingens, Peptostreptococcus spp. və başqa mikroorqanizmlər - Chlamydia pneumoniae, Mycoplasma pneumoniae qarşı yüksək bakterisid təsirə malikdir.

İstifadəsinə göstərişlər:

Xəstəxanadankənar pnevmoniya, bakterial sinusit və tənəffüs yollarının başqa infeksion xəstəlikləri

Dəri və dərialtı toxumaların ağırlaşmış infeksion zədələnmələri(diabetik pəncə də daxil olmaqla)

İntraabdominal infeksiyaların ağırlaşmış formaları

Kiçik çanaq orqanlarının infeksiyaları, abseslər də daxil olmaqla

Əks-göstərişlər:

Preparatın tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq, bradikardiya, aritmiya, elektrolit balansın pozulması, 18 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü

Dozalanması və istifadə qaydası:

Terapevtik kurs infeksiyanın tipindən və ağırlıq dərəcəsindən asılı olaraq müalicə edən həkim tərəfindən təyin olunur. Tövsiyə edilən dozalanma 400 mq moksifloksasin gündə 1 dəfə 60 dəq. ərzində vena daxilinə damcı üsulu ilə yeridilir.

Müalicə kursunun müddəti:

Yuxarı və aşağı  tənəffüs yollarının xəstəlikləri zamanı: 7-10 gün

Dəri və yumşaq toxumaların xəstəlikləri zamanı: 7 gün

Urogenital və intraabdominal xəstəliklər zamanı: 7-10 gün

Buraxılış forması: vena daxili infuziya üçün 250 ml məhlul polimer qablaşmada karton qutuya qablaşdırılmışdır.

İstehsalçı: Polifarma İlaç San, Türkiyə



Baxılma sayı: 395 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..