*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

Pol-Cipro

Tərkibi: Siprofloksasin 400 mq/200 ml

Farmakoloji xüsusiyyətləri: Flüorxinolon qrupu antibiotikidir. Geniş təsir spektrinə malikdir. Siprofloksasin DNT-nin replikasiyasında vacib olan DNT-kinaza fermentinin  A-subvahidini inaktivləşdirməklə bakterisid təsir göstərir. Aşağıdakı mikroorqanizmlərə qarşı yüksək aktivlik göstərir:

Qram mənfi aerob bakteriyalar: Enterobakteriyalar (Escherichia coli, Salmonella spp., Shigella spp., Citrobacter spp., Klebsiella spp., Enterobacter spp., Proteus mirabilis, Proteus vulgaris, Serratia marcescens, Hafnia alvei, Edwardsiella tarda, Providencia spp., Morganella morganii, Vibrio spp., Yersinia spp.) və başqa Qram mənfi bakteriyalar (Haemophilus spp., Pseudomonas aeruginosa, Moraxella catarrhalis, Aeromonas spp., Pasteurella multocida, Plesiomonas shigelloides, Campylobacter jejuni, Neisseria spp.)

Qram müsbət aerob bakteriyalar: Staphylococcus spp. (Staphylococcus aureus, Staphylococcus haemolyticus, Staphylococcus hominis, Staphylococcus saprophyticus)

Hüceyrədaxili mikroorqanizmlər: Legionella pneumophila, Brucella spp., Chlamydia trachomatis, Listeria monocytogenes, Mycobacterium tuberculosis, Mycobacterium kansasii, Corynebacterium diphtheriae;

Digər mikroorqanizmlər: Anaerob bakteriyalar, Actinomyces, Bifidobacterium, peptococcus, Clostridium perfingens, Eubacterium, Propionibacterium acnes, Veillonella və Bacteroides

İstifadəsinə göstərişlər:

Tənəffüs yollarının infeksiyaları (xüsusilə Qram mənfi bakteriyalar tərəfindən törədilən infeksiyalar)

Böyrək və sidikçıxarıcı yollarının infeksiyaları (pielonefrit, sistit)

Dəri və yumşaq toxumaların infeksiyaları (xora, abses, yanıqlar, fleqmona)

Cərrahi infeksiyalar

Sümük və oynaq sisteminin infeksiyaları (osteomielit, septiki artrit)

Kiçik çanaq orqanlarının infeksiyaları (prostatit, orxit, salpingit, ooforit, endometrit və s.)

Cinsi yolla ötürülən infeksiyalar

Qarın boşluğunun infeksiyaları (peritonit, qarındaxili abseslər, salmonelloz, qarın yatalağı, iersinioz və s.)

Digər sistem infeksiyalar: septisemiya, bakteremiya.İmmun çatışmazlığı olan xəstələrdə infeksiyalar

Əks-göstərişlər:

Siprofloksasin və ya digər xinolon törəmələrinə qarşı hiperhəssaslıq, epilepsiya,18 yaşa qədər olan uşaqlar, hamiləlik və laktasiya dövrü.

Dozalanması və istifadə qaydası:

200 mq doza 30 dəqiqə ərzində, 400 mq doza 60 dəqiqə ərzində vena daxilinə yavaş - yavaş yeridilir.

Böyüklərdə dozalanması:

Aşağı tənəffüs yollarının infeksiyaları:400 mq gündə 2-3 dəfə 7-14 gün ərzində

Xroniki sinusitlə ağırlaşmış yuxarı tənəffüs yollarının infeksiyaları:400 mq gündə 2-3 dəfə 7-14 gün ərzində

Xroniki irinli orta otit:400 mq gündə 2-3 dəfə 7-14 gün ərzində

Bədxassəli xarici otit:400 mq gündə 3 dəfə. Müalicə kursu 1-2 aydır

Sidikçıxarıcı yolların ağırlaşmış infeksiyalarında və pielonefrit:200 mq gündə 2 dəfədən 400 mq gündə 2 dəfə, 7 - 21 gün ərzində

Genital infeksiyalar, adneksit (yumurtalıqlar və uşaqlıq borularının iltihabı), prostatit, epididimorxit və iltihabi proseslər:400 mq gündə 2-3 dəfə 14 -28 gün ərzində

İshal:400 mq gündə 2 dəfə 1-5 gün ərzində

Buraxılış forması: vena daxili infuziya üçün 100 ml və ya 200 ml şüşə flakon

İstehsalçı: Polifarma İlaç San, Türkiyə

 


Baxılma sayı: 1717 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..