*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Paracerol
Sual ver
  Təcili sifariş A+ A-

PARACEROL

Tərkibi: Hər  100 ml-də 1qr parasetamol vardır.

Farmakoloji qrupu: Hərarətsalıcı, ağrıkəsici

Farmakoloji xüsusiyyətləri: Parasetamol para-aminofenol (anilin) törəməsi olub, analgetik və antipiretik təsirli dərmanlar qrupuna daxildir. Analgetik və antipiretik təsiri mərkəzi strukturlarda (hipotalamus, onurğa beyin) prostoqlandinlərin (ağrı, iltihab və hipertermik reaksiyaların mediatoru) sintezini  blokada etməsilə bağlıdır. Periferik toxumalarda prostoqlandinlərin sintezinə təsir etmədiyindən su-duz mübadiləsinin pozulmasına və mədə-bağırsağın selikli qişasına mənfi  təsir etmir.

İstifadəsinə göstərişlər:

Böyüklərdə: Postoperasion dövrdə ağrı və hipertermik sindromun qısamüddətli müalicəsi

Uşaqlarda: Postoperasion dövrdə ağrı və hipertermiyanın simptomatik müalicəsi .Hərarətsalıcı və ağrıkəsici  preparatların peroral qəbulunun çətinliyi  zamanı.

Əks-göstərişlər:

Parasetamola və preparatın hər hansı komponentinə qarşı  hiperhəssaslıq, hepatosellülyar çatışmazlıq, böyrək funksiyasının pozulması, 1 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə preparat ehtiyatla istifadə edilməlidir.

Dozalanması və istifadə qaydası:

Böyüklərə və çəkisi 50 kq-dan çox olan uşaqlar: maksimal birdəfəlik doza 1000 mq parasetamol təşkil edir. Maksimal sutkalıq doza 4 qr-dır. İnfuziyalar arasındakı interval 4 saatdan tez olmamalıdır. Adətən birinci gün 1 infuziyadan 4 infuziyayadək istifadə olunur. Ehtiyac olduğu təqdirdə müalicə müddətini uzatmaq olar. Ümumi müalicə 3 gündən çox olmamalıdır.

33-50 kq arası olan uşaqlar: hərkq çəkiyə 15 mq olmalıdır. Maksimal sutkalıq doza 60 mq/kq keçməməlidir. İnfuziyalar arasında minimal interval 4 saatdır. Müalicə müddəti adətən sutkada 4 infuziyadan çox olmamalıdır.

10-33 kq arası olan uşaqlar: hər kq çəkiyə 15 mq olmalıdır. Maksimal sutkalıq doza 60 mq/kq keçməməlidir. İnfuziyalar arasında minimal interval 4 saatdır. Müalicə müddəti adətən sutkada 4 infuziyadan çox olmamalıdır.

Böyrək çatışmazlığı olan xəstələrdə infuziyalar arası interval 6 saatdan tez olmamalıdır. Müalicə müddəti 48 saatı keçməməlidir.

Buraxılış forması: vena daxili infuziya üçün 100 ml şüşə flakon

İstehsalçı: Polifarma İlaç San, Türkiyə



Baxılma sayı: 406 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..