*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

DOLİKAP

İstifadəsi üzrə təlimat

Tərkibi:

Kamfora, Acı bibər ekstraktı, Kəklik üzümünün yarpaqlarının efir yağı  (Gaulteria Procumbens), Vanilil butil efir yağı, Evkalipt efir yağı, Rozmarin efir yağı, Lavanda efir yağı

Köməkçi maddələr: Su, PEG-40 gənəgərçək yağı, propilenqlikol, qliserin, natrium hidroksid 10 %, karbomer, fenoksietanol, etilheksilqliserin

Məhsul haqqında məlumat:

Dolikap gelin komponentləri kiçik qan damarlarını reflektor olaraq genəldir, ağrı nahiyəsində qan dövranını yaxışlaşdırır və iltihabı azaldır.

Kamfora - isidici, iltihabəleyhinə, ağrıkəsici təsir göstərərək, oynaqlarda və əzələlərdə olan ağrını aradan qaldırır.

Acı bibər ekstraktı - tərkibi kapsaisin ilə zəngindir. Ağrıkəsici və yayındırıcı effektə malikdir. Qan damarlarını genişləndirməklə ağrı olan nahiyədə qan dövranını gücləndirir, ödem və ağrı hissini tez aradan qaldırır.

Kəklik üzümünün yarpaqlarının efir yağı - kəklik üzümünün  yarpaqları metilsalisilat (98 %), formaldehid, qaulterilin ilə zəngin olduğu üçün ağrıkəsici, iltihabəleyhinə və revmatizməleyhinə təsir göstərir.

Vanilil butil efir yağı - isidici komponentdir. Əsas tərkib hissəsi olan vanil funksional qrupu dərinin neyroreseptorları ilə birləşərək uzun müddət istilik hissini təmin edir.

Evkalipt efir yağı - güclü fitonsid təsirə malikdir. Tərkibində bir çox aktiv komponentlər (sineol, aldehid, orqanik turşular, flavonoidlər) vardır. Evkalipt efir yağı tərkibindəki sineolun hesabına ağrıkəsici, iltihabəleyhinə, antiseptik və regenerasiyaedici  xüsusiyyətlərə malikdir.

Rozmarin efir yağı - pinen, kamfen, sineol, limonen, kamfora, linalool ilə zəngindir. Revmatik ağrıları, əzələ ağrılarını aradan qaldırır.

Lavanda efir yağı - əsas tərkib hissəsi linalilasetat və linaloldur. Ağrıkəsici və iltihabəleyhinə təsirlərə malikdir.

İstifadəsinə dair tövsiyələr:

Aşağıdakı vəziyyətlərdə kompleks müalicədə tövsiyə olunur:

  • Yumşaq toxumaların və oynaqların zədələnməsi
  • Əzələ ağrıları ( mialgiya)
  • Revmatik ağrılar
  • Artrit, artroz
  • Nevralgiya, lumbaqo, işias
  • Osteoxondroz
  • Zədə və dartılmalar
  • İdman zədələnmələri

İstifadəsinə dair məhdudiyyətlər:

Vasitənin tərkibində olan komponentlərə qarşı fərdi həssaslıq.

İstifadə qaydası: Gün ərzində 2 - 3 dəfə quru, təmiz və tamlığı pozulmayan dəri səthinə sürtülür.

Buraxılış forması: Tübdə 100 ml gel istifadəyə dair təlimat vərəqəsi ilə birlikdə karton qutuya qablaşdırılmışdır.

Dərman vasitəsi deyildir.

Saxlanma şəraiti: 25° C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə olunmamalıdır.

İstehsalçı: ESENSA Ltd., Serbiya




Baxılma sayı: 2337 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..