*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
PANSER
Sual ver
 Qiyməti: 6.72 AZN Təcili sifariş A+ A-

Tərkibi

hər tabletin tərkibində 40 mq

Pantoprazola ekvivalent susuz Pantoprazol-natrium vardir.

Köməkçi maddələr. Mannitol, susuz natrium karbonat, natrium lauril sulfat, susuz kolloidalsilisium 4-oksid, povidon K-30, povidon K-90, təmizlənmiş talk, kalsium-stearat ,kroskarmeloza-natrium, metosel E-5, polietilenqlikol, distillə olunmuş su.

 Farmakoterapevtik qrupu

Proton pompasının inhibitoru.

Farmakoloji xüsusiyyətləri

Famakodinamikası

Pantoprazol mədənin turşu sekresiyasına

cavabdeh olan parietal hüceyrələrində spesifik olaraq H+/K+-ATF-aza fermentini inhibə edir.

Pantoprazol benzimidazol törəməsi olaraq absorbsiya olunandan sonra parietal hüceyrələrin turşu mühitində yığılır. Orada o öz aktiv formasına , siklik sulfenamidə çevrilir və H+/K+-ATF-aza ilə birləşərək, proton pompasını inhibə edir. Bununla pantoprazol mədənin bazal və stimulə olunmuş turşu sekresiyasını uzunmüddətli dəf edir. Pantoprazol postreseptor səviyəsində təsir etdiyinə görə mədə turşusunun sekresiyasını təbii stimulyatorlardan (asetilxolin, histamin, qastrin) asılı olmadan inhibə edir.

Pantoprazol yüksək pH-da qeyri-aktiv olaraq, tam effektini güclü turş mühütdə (pH<3) göstərir.

 

Farmakokinetikası

Pantoprazol tez absorbsiya olunur. Qəbuldan təxminən 2,5 saat sonra qanda maksimal konsentrasiya 2-3mk/ml təşkil edir.

Yarımparçalanma dövrü təxminən 1 saatdır.

Paylanma həcmi təxminən 0,15 l/kq, klirens isə 0,1 l/saat/kq təşkil edir. Bir və ya çoxsaylı qəbuldan sonra pantoprazolun farmakokinetikası dəyişilməz olaraq qalır.

Plazmada pantoprazolun kinetikası həm peroral, həm də venadaxili istifadədən sonra eynidir.

Tabletin biomənimsənilməsi təxminən 77%-dir.

Eyni zamanda qida və ya antasidlərin qəbulu ümumi klirensə, maksimal plazma konsentrasiyasına və biomənimsəlinməsinə təsir göstərmir. Pantoprazolun təxminən 98%-i plazma zülalları ilə birləşir. Dərman, demək olar ki, tamamilə qaraciyərdə metabolizmə uğrayır.

Böyük bir hissəsi (80%) böyrəklərlə metabolit şəklində eliminasiya olunur, qalan hissəsi nəcislə xaric olunur. Plazmada və sidikdə pantoprazolun əsas metaboliti desmetilpan-toprazoldur, hansı ki, sulfatla

birləşmiş halda olur. Metabolitlərin yarımxaricolma dövrü (T1/2-1,5 saat) pantoprazolun yarımxaricolma dövründən çox fərqlənmir . Böyrək çatişmazlığı olan xəstələrdə pantoprazolun farmakokinetikası dəyişmir. Lakin qaraciyər disfunksiyaları olan xəstələrdə pantoprazolun metabolizmi və eliminasiyası dəyişilə bilər.

İstifadəsinə göstərişlər

Mədə turşusunun ifrazını azaltmağa ehtiyac olduqda, mədə-bağırsaq sisteminin xəstəliklərinin müalicəsi və simptomatik müalicəsi məqsədilə: 12 barmaq bağırsağın xora xəstəliyi;

Mədənin xora xəstəliyi; Reflyuks ezofagitlərin yüngül, orta və ağır

formaları.

Qeyd: Pantoprazol bədxassəli xəstəliklərin klinikasını zəiflətdiyinə və diaqnozun dəqiqləşdirilməsini gecikdirə biləcəyinə görə mədə xorasının müalicəsinə başlamazdan əvvəl

mədənin bədxassəli xəstəlikləri inkar olunmalıdır.

Əks göstərişləri

Pantoprazola qarşı yüksək həssaslıq

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərmanlarla kliniki əhəmiyyətli qarşılıqlı təsiri haqqında məlumat yoxdur. Omeprazoldan və ya lansoprazoldan fərqli olaraq, pantoprazol

qaraciyərin P-450 ferment sistemi ilə az əlaqəyə girir. O, P-450 sistemini induksiya etmir, bu

antipurinin marker kimi müntəzəm qəbulundan sonra yoxlanılıb. Pantoprazol, onunla eyni

vaxtda qəbul edilən antipurin, diazepam, fenitoin, karbamazepin, nifedipin, teofillin, diqoksinin və ya oral kontranseptivlərin metabolizmini inhibə etmir. Pantoprazol varfarinlə yanaşı qəbul olunduqda, varfarinin

koaqulyasiya faktorlarinin effektini dəyişdirmir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı pantoprazolun faydası potensial riskdən üstündürsə, istifadə olunur.

Laktasiya dövründə pantoprazolun istifadəsinin təhlükəsizliyi haqqında məlumat yoxdur.

Laktasiya dövründə pantaprozolun faydası potensial riskdən üstündürsə, istifadə olunur.

 

İstifadə qaydası və dozası

Duodenal xora: gündə 1 dəfə səhər,yeməkdən əvvəl və ya yemək vaxtı 40 mq daxilə qəbul edilir. Duodenal xoralar,əsasən, 2 həftə ərzində sağalır, əgər bu müddətdə sağalma olmazsa, növbəti 2 həftədə, demək olar ki,bütün

hallarda,tam sağalma olur.

Mədə xorası: gündə 1 dəfə səhər,yeməkdən əvvəl və ya yemək vaxtı 40 mq.Adətən mədə xoraları 4 həftəyə qədər müalicə olunur. Əgər bu kifayət etməsə xoranın tam sağalmasını daha 4 həftə müalicə aparmaqla təmin etmək olar.

Qastro-ezofageal reflyuks: gündə 1 dəfə səhər,yeməkdən əvvəl və ya yemək vaxtı 40 mq.

Adətən qastro-ezofageal reflyuksu 4 həftəyə müalicə edirlər.Əgər bu kifayət

etməsə,xəstəliyin tam sağalmasını daha 4 həftə müalicə aparmaqla təmin etmək olar.

Ezofagit: gündə 1 dəfə 20 mq qəbul olunur.

Yaşlılar: Dozanın nizamlanmasına ehtiyac yoxdur.

Böyrək funksiyaları pozulmuş xəstələr: dozanı korreksiya etməyə ehtiyac yoxdur.

Qaraciyər sirrozu olan xəstələr: qaraciyər sirrozu olan xəstələrdə AUC artdıqda və pantoprazolun metabolizmi dəyişdikdə, qəbul dozası günaşırı 1 tabletə qədər azadılmalıdır.

Uşaqlar: Pantoprazolun uşaqlarda istifadəsi haqqında heç bir məlumat yoxdur. Pantoprazol uşaqlara təyin edilmir.

Pantoprazolu əzmək və ya çeynəmək olmaz, onu bütöv halda qəbul etmək lazımdır.

Əlavə təsiri

Pantoprazolla müalicə zamanı əsasən baş ağrıları (1,3%), diareya (1,5%) ola bilər. Nadir hallarda dəri səpgiləri (0,4%), qaşınma (0,5%) və başgicəllənmə (0,7%) müşahidə edilə bilər.

Doza həddinin aşılması

Qeydə alınmayıb. Pantoprazolun spesifik təsir mexanizmi var və bu səbəbdən o xüsusi problemlər törətmir. Həttə 200 mq v/d təyin edildikdə o, əlavə təsirlər vermir. Bu pantoprazolun zülallarla güclü birləşməsi ilə bağlıdır. Simptomatik və etioloji müalicədən başqa, qeyri- spesifik müalicə üsullarından da istifadə etmək olar.

Buraxılış forması

40 mq N 28

Saxlanma şəraiti

30ºC-dən yüksək olmayan temperaturda, soyuq, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır

Istehsalçı ölkə

Combino Pharm,S.L.Fructuos Gelabert, 6-808970 Sant Joan Despi-Barcelona İspaniya

Baxılma sayı: 1831 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..