*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Neurovin
Sual ver
  Təcili sifariş A+ A-

Neurovin

Tərkibi

Fosfatidilserin                                     150 mq

Fosfatidilxolin                                     150 mq

Ginkqo biloba                                       40 mq

Vinposetin                                            10 mq

QAYT (qamma-aminoyağ turşusu)      50 mq

B1 vitamini                                             5 mq

B6 vitamini                                             5 mq

Farmakoloji xüsusiyyətləri

Neurovin nootrop, neyroprotektor, angioprotektor, mikrosirkulyasiyanı yaxşılaşdıran vasitədir.

Fosfatidilserin beyin toxumasında qlükozanın metabolizmini aktivləşdirir. Sinir hüceyrələrini işemiyaya qarşı davamlılığını artırır. Asetilxolinin sintezini stimulə etməklə beyin toxumasında xolinergik prosesləri aktivləşdirir.

Fosfatidilxolin nootrop, membranoprotektor, antidepressant və antiaterosklerotik təsir göstərir. Asetilxolinin sintezində iştirak edir, sinir impulslarının ötürülməsini yaxşılaşdırır. Fosfotidilxolin mielin qişasını əmələ gəlməsində iştirak edir və hüceyrə membranının strukturunu bərpa edir. Beyin qan dövranını yaxşılaşdırır, yuxunu normallaşdırır və əhval-ruhiyyəni yüksəldir. Qanda xolesterinin və yağ turşularının miqdarını azaldır.

Ginkqo Biloba tərkibi terpen birləşmələri və flavon qlikozidləri ilə zəngindir. Eritrositlərin və trombositlərin aqreqasiyası və adgeziyasının  qarşısını alaraq qanın  reoloji xüsusiyyətlərini  normallaşdırır. Ginkqo biloba beyin-qan dövranını yaxşılaşdıraraq yaddaşı, görməni, eşitməni, nitqi bərpa edir. Sirkulyator pozğunluğu aradan qaldırır, sinir  hüceyrələrində maddələr mübadiləsini sürətləndirir və oksigenlə təminatını normallaşdırır.

Vinposetin beyin qan dövranını, maddələr mübadiləsini və qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırır. Beyin hüceyrələrində qlükozanın transportunu artıraraq hipoksiyanı aradan qaldırır.

QAYT (qamma-aminoyağ turşusu) biogen maddə olub, insan orqanizmində mərkəzi sinir sisteminin əsas tormozlayıcı mediatorlarından biridir. QAYT-ın aktivliyinin artması beyində energetik prosesləri yaxşılaşdırır, qlükozanın utilizasiyasını sürətləndirir, toxuma tənəffüsünü aktivləşdirir və qan təchizatını normallaşdırır.

B1 vitamini orqanizmdə fosforlaşma prosesi nəticəsində kokarboksilazaya çevrilir və bir sıra fermentativ reaksiyalarda koferment kimi iştirak edir. Tiamin karbohidrat, zülal və yağ mübadiləsində əsas rol oynayır. Sinapslarda impulsun ötürülməsində aktiv iştirak edir.

B6  vitamini mərkəzi sinir sisteminin fəaliyyətini tənzimləyir, maddələr mübadiləsini yaxşılaşdırır, zülalların və hemoqlobinin sintezində iştirak edir, qanda xolesterin və lipidlərin səviyyəsini normallaşdırır.

İstifadəsinə dair tövsiyələr

Vasitənin istifadəsi aşağıdakı vəziyyətlərdə tövsiyə olunur:

  • Diqqət və yaddaş zəifliyi, asteniya və xroniki yorğunluq sindromu;
  • Xronik beyin qan dövranı çatışmazlığı, ateroskleroz;
  • Şəkərli diabet, diabetik neyro- və retinopatiya, polineyropatiya;
  • Kəllə-beyin travmalarının kompleks müalicəsi zamanı;
  • Beyin qan dövranının hemorragik və işemik tipli pozulmaları;
  • Virus və bakterial neyroinfeksiyalar, periferik ifliclər;
  • Müxtəlif mənşəli demensiya (ağıl zəifliyi);
  • Göz dibində distrofik dəyişikliklər, görmə sinirinin atrofiyası;
  • Koxleo-vestibulyar, neyrosensor pozulmalar (başgicəllənmə, qulaqlarda küy);
  • Miqren, qavrama qabiliyyətinin zəifləməsi, əqli yüklənmə dövrü.

 

İstifadə qaydası

1 kapsul gündə 1 - 2 dəfə yeməkdən sonra.

Buraxılış forması

№ 30 kapsul

İstehsalçı

Pharmex Rom Industry

Crizantemelor 1, Mogosoaia-Ilfov

Rumıniya

 


Baxılma sayı: 2121 dəfə
 
SUAL CAVAB
Elşad Muxtarov
Sual: Neurovinin qiymeti neçeyedir
Cavab: Salam Elşad Muxtarov.NEUROVIN N30 məbləği 24.25 Azn.Bakı şəhər daxilində çatdırılma xidmətimiz mövcuddur.10 Azn-dən yuxarı sifarişlərə çatdırılma xidməti ödənişsizdir.Müraciətiniz üçün təşəkkür edirik.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..