*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Hondrolex extra
Sual ver
  Təcili sifariş A+ A-

HONDROLEX EXTRA

Tərkibi:

Hər bir tabletin tərkibində vardır:

Qlükozamin hidroxlorid (Glucosamine hydrochloride)..............400 mq

Xondroitin-sulfat (Chondroitin sulfate)......................................200 mq

Metilsulfonilmetan (MSM) (Methylsulfonylmethane)................150 mq

Kollagen (Collageni) ....................................................................90 mq

Natrium-hialuronat (Sodium Hyaluronate)....................................10 mq

Bosvellia karteri (ladan ağacı) (Boswellia carterii birdw.)............15 mq

Sitrus bioflavonoidləri ( 50% Hesperidini)....................................10 mq

Zəncəfil (Zingiber officinale) kökünün ekstraktı 4:1.....................10 mq

Ağ söyüd (Salix alba L.) qabığının ekstraktı..................................20 mq

S-adenosilmetionin (S-adenosylmethionine).....................................5 mq

Farmakoloji xüsusiyyətləri:

HONDROLEX EXTRA oynaqların qığırdağını bərpa edir, onların hərəkətini artırır, vətərləri və əzələləri möhkəmləndirir, iltihab prosesini, ödem və ağrı hissini azaldır.

Qlükozamin hidroxlorid insan orqanizmində sintez olunur, qlükoza və qlutamin turşusunun birləşməsi məhsuludur. Qlükozamin oynaqlarda qığırdağın tamlığının saxlanılmasında əsas rol oynayır. Metabolik çatışmazlıq və ya qocalma prosesi ilə əlaqədar orqanizmdə kifayət qədər qlükozamin sintez edilə bilmir. Bu zaman qığırdağın degenerasiyası müşahidə olunur, bu da osteoartritlər və oynaq ağrılarına gətirib çıxarır. Qlükozamin oynaq xəstəliklərinin simptomlarının yüngülləşməsi və onların əmələ gəlməsinin profilaktikası məqsədi ilə istifadə olunur. Qlükozamin qığırdaqların dağılmasının qarşısını alır, iltihabı aradan qaldırır və yeni hüceyrələrin əmələ gəlməsini stimulə edir.

Xondroitin-sulfat  qığırdaq toxumasının əsas tərkib hissəsidir. Qığırdaq toxumasının əmələ gəlməsini, bütövlüyünün saxlanılmasını, oynaqların elastikliyini, davamlığını və hərəkətini təmin edir. Tərkibində qlükuron turşusu vardır ki, bu da oynaq daxilində suyun birləşməsinə, kalsium kationlarının və digər mineralların fiksasiyasına şərait yaradır. Eyni zamanda vətərlər və sümüklərin elastikliyini, möhkəmliyini təmin edir.

Metilsulfanilmetan  kükürdün təbii mənbəyi olub, orqanizmin bütün hüceyrələrində olur. Qlükozamin və xondroitinin biomənimsənilməsini yaxşılaşdırır, birləşdirici toxumanın elastikliyini təmin edir, kollagenin sintezi üçün lazımdır. Oynaq kapsuluna və qığırdaqlara bərpaedici təsir göstərir, sinovial mayenin sintezini normallaşdırır, oynaq səthlərinin sürtünməsinin qarşısını alır.

Kollagen sadə zülal olub, orqanizmdə bütün zülalların 30 %-ni təşkil edir. Birləşdirici toxumanın (xüsusilə sümüklərin) əsas tərkib komponentidir. Qığırdağın amortizasiyasını yaxşılaşdırır.

Hialuron turşusu birləşdirici toxumanın, sinovial mayenin və dərinin əsas təbii komponentidir. Bağların elastikliyini və sinovial mayenin qatılığını təmin edir. Oynaqların hərəkətini artırır.

Bosvellia karteri orqanizmdə oynaqlarda olan iltihabı azaldır. Bu təsiri pro- iltihabi mediatorları, xüsusilə leykotrieni ingibə etməklə əldə edir.

Sitrus bioflavonoidləri antioksidant təsirə malikdir, oynaq qığırdaqlarını sərbəst radikalların təsirindən qoruyur. Tərkibi C vitamini ilə zəngin olub kollagen sintezində iştirak edir.

Zəncəfil kökünün ekstraktı iltihabəleyhinə,  antimikrob, antirevmatik təsirlərə malikdir.

Ağ söyüd qabığının ekstraktı  tərkibi salisil turşusu ilə zəngin olduğundan, oynaqlarda olan iltihabı və ağrını aradan qaldırır.

S-adenosilmetionin güclü hepatoprotektordur, komponentlərin qaraciyərə yan təsirinin qarşısını alır. Oynaqlarda olan iltihabı azaltmaqla ağrını aradan qaldırır.

 

İstifadəsinə dair tövsiyələr:

Vasitənin istifadəsi aşağıdakı vəziyyətlərdə tövsiyə olunur:

- Sümük-oynaq aparatının xəstəliklərinin müalicə və profilaktikası:

-   Artrit

-   Artroz

-   Osteoxondroz

-   Spondilit

 -Oynaqların funksional yüklənməsinin artması (artıq çəki, fiziki yüklənmə);

 -Birləşdirici toxuma xəstəlikləri: revmatizm, revmatoid artrit, ürək klapanlarının və bağlarının zədələnməsi;

 -Bağların və vətərlərin  xəstəlikləri (tendinit və tendovaginitlər);

 -Radikulit, onurğa yırtığı;

 -Sınıq və çıxıqlar;

 -Dəri xəstəlikləri, saç və dırnaqların kövrəkləşməsi və sınması.

 

İstifadəsinə dair məhdudiyyətlər:

Vasitənin tərkibində olan komponentlərə qarşı fərdi həssaslıq, 12 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü.

 

İstifadə qaydası:

1 tablet gündə 2 dəfə qəbul edilir.  Müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır.

 

Buraxılış forması:

Qutuda hərəsində 15 tablet olan 4 blister, təlimat vərəqəsi ilə birlikdə.

 

İstehsalçı: Biofaktor Sp.z o.o, Polşa

 

 

 


Baxılma sayı: 1941 dəfə
 
SUAL CAVAB
Абдуллаева Надежда Александровна
Sual: сколько стоит Hondrolex Extra
Cavab: Здравствуйте Абдуллаева Надежда Александровна. HONDROLEX EXTRA N60 стоимость 24,55 Азн.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..