*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Plamin
Sual ver
  Təcili sifariş A+ A-

PLAMİN

Bioloji fəallığa malik qida əlavəsinin istifadəsinə dair təlimat

tərkİbİ:

 

Hər kapsulanın tərkibi

 

2 kapsulada

doza

Exinaseya kökü (Echinacea purpurea)

360 mq

Pivə mayası  ekstraktı   (Saccharomyces cerevisiae)                                                (70% beta-1,3/1,6- qlükan) 

 

180 mq 

(126 mq)

Üzüm çəyirdəyi ekstraktı  (Vitis vinifera)

(60% polifenol)

100 mq

(60 mq)

Əsl əzvay bitkisi (quru yarpaqları)  (Aloe vera)

(0,15% təbii polisaxarid) 

64 mq

(0,096 mq)

Propolis ekstraktı  (Propolis extract)

 (10 % bioflavanoidlər) 

52 mq

(5,2 mq)

Sink qlükonat  (Zn 2+ ) (Zinc gluconate)

 

52 mq  (6,6 mq)

Vitamin C  (Acidum ascorbinicum) 

32 mq

 

Köməkçi maddələr: Mikrokristallik sellüloza, maqnezium stearat

 

MƏHSUL HAQQİNDA məlumat:

Exinaseya kökü – iltihabəleyhinə, immunomodulyasiya qabiliyyətinə malikdir. Orqanizmin qeyri seçici müdafiə faktorlarını, hüceyrə immunitetini aktivləşdirir. Sümük iliyində qanyaranma prosesini stimulə edir, leykositlərin, dalağın retikuloendotelial sistemi hüceyrələrinin miqdarını artırır. Makrofaqların faqositar aktivliyini, qranulositlərin hemotaksisini gücləndirir, sitokin, interleykin-1 ifrazını makrofaqlar tərəfindən artırır, B-limfositlərin plazmatik hüceyrələrə çevrilməsi, anticisim əmələ gəlmə prosesini, T-helper aktivliyini gücləndirir.

Maya göbələyi ekstraktı  - B qrup defisitini aradan qaldırır, hipoxolesterinemik və hipolipidemik təsirə malikdir. Bioloji aktiv əlavənin tərkibinə daxil olan komponentlər mədə-bağırsaq traktının daha yaxşı işləməsinə, toksinlərin orqanizmdən çıxarılmasına səbəb olur. Ümumi immuniteti yüksəldir. Stresə qarşı davamlılığı və əqli fəaliyyəti gücləndirir,  yuxunu normallaşdırır, iştahanı artırır.

Üzüm çəyirdəyi ekstraktı  - aktiv komponenti proantosianidinlərdir, sərbəst radikalları neytrallaşdırmaq qabiliyyətinə malikdir (proantosianidinlər üzümün qabığı və yarpaqları ilə müqayisədə ən çox çəyirdəyində yerləşir). Antioksidant xüsusiyyətindən əlavə antibakterial, antivirus,  iltihabəleyhinə və antiallergik xüsusiyyətə də  malikdir.

Aloe yarpağının quru geli - Adaptogen, biostimuləedici, antimikrob xüsusiyyətə malikdir. İltihabəleyhinə, immunostimuləedici təsiri də vardır.  Hüceyrələrin metabolizmini yaxşılaşdırır, dəri və selikli qişalarda trofiki, regenerativ prosesləri sürətləndirir.                                                                                  Propolis ekstraktı  - Tərkibinə daxil olan aktiv maddələr, antibakterial,  göbələkəleyhinə, iltihabəleyhinə, regenerasiyaedici, antioksidant xüsusiyyətə malikdir. Əksər qram müsbət: Streptococcus haemolyticus, Staphylococcus aureus; qram mənfi: Proteus mirabilis, Salmonella spp., Bacillus subtilis, Escherichia coli; patogen göbələklərə: Candida albicans, Cladosporium  qarşı aktivdir.

Sink qlükonat – Antiseptik, iltihabəleyhinə xüsusiyyətə malikdir.                                                                      Vitamin C  - İmmun sistemi aktivləşdirir, iltihab əlamətlərini götürür (damar keçiriciliyini azaltmaqla).

İstİfadəsİnə tövsİyyələr:

Plamin  xəstəliklərin müalicəsi  məqsədilə istifadə edilə bilməz. Aşağıda qeyd olunan xəstəlik və halların kompleks müalicə və profilaktikasında yanaşı köməkçi vasitə kimi istifadə olunur.

 

  • Xroniki yorğunluq sindromu, astenik vəziyyət
  • Tənəffüs yolu xəstəlikləri (qrip, bronxit, pnevmoniya)
  • Qulaq, burun, boğaz xəstəlikləri
  • Ağız boşluğu xəstəlikləri
  • Revmatik xəstəliklər
  • Bakterial vaginoz
  • Qan-damar sistemi xəstəlikləri

Yuxarida göstərilən xəstəliklərin kompleks müalicəsində köməkçi vasitə kimi tövsiyyə oluna bilər.

əks göstərİşlərİ: 

Hər hansı komponentə qarşı fərdi həssaslıq, hamiləlik və laktasiya dövrü, 18  yaşa qədərki dövr.

Əlavə təsİrlərİ:

Allergik reaksiyalar (dəridə qızartı, səpgi) nadir hallarda müşahidə oluna bilər.

XƏBƏRDARLIQ:

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

İSTİFADƏ QAYDASI:  Gün ərzində 2 kapsula əsasən  yeməklərdən qabaq 1 stəkan su ilə qəbul olunur. Tövsiyyə olunan sutkalıq dozanı keçməyin.

Saxlanma  şəraİtİ:  25°С-dən yüksək olmayan temperaturda, qaranlıq, uşaqların əli çatmayan  yerdə saxlayın.

 

Yararlılıq  müddətİ: Qutu üzərində qeyd olunmuşdur. Əgər istifadə müddəti bitərsə, qida əlavəsindən  istifadə etmək olmaz.

 

Buraxılış forması: 50 kapsula, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik  qida əlavəsidir. BFMQƏ normal qidalanmanı əvəz etmir.

İSTEHSALÇI:  PLAMECA, Avda.Prat de la Riba, s/n 08780 Pallaja. Barcelona-İspaniya R.S.I.26.05726/CAT

 DİSTRİBYUTOR:  AZERİMED MMC.

 


Baxılma sayı: 497 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..