*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Romans
Sual ver
  Təcili sifariş A+ A-

ROMANS  jele

Bioloji fəallığa malik qida əlavəsinin istifadəsinə dair təlimat

tərkİbİ:

 

 1 flakonun tərkibi

 

1  flakondakı  doza

Yemişan yarpaqlarının və çiçəklərinin ekstraktı

(Crataegus monogyna)

500 mq

Exinaseya kökünün ekstraktı

(Echinacea purpurea)

500 mq

Arı südü  (Royal jelly)

(10-HDT miqdarı)

400 mq (1200 mq təzə arı südünə ekvivalent)

(21,6 mq)

Qarpaqofitum  ekstraktı

(Harpagophytum procumbens)

170 mq

Sitrus yarpaqlı Morindanın meyvəsinin şirəsi

(Morinda citrifolia

100 mq

Vitamin C (Acidum ascorbinicum) 

30 mq  

Kalsium qlükonat (Calcium gluconate)

 

250 mq

 

Köməkçi maddələr: Su, fruktoza, limon turşusu, kalium sorbat, natrium  benzoat, qreypfrut  aromatizatoru.

Bİolojİ fəalliğa malİk qİda əlavəsİ barədə məlumat:

Bioloji aktiv əlavənin tərkibinə daxil olan bitki tərkibli vasitələr immun sisteminin, ürək, qan-damar sisteminin, oynaqların daha yaxşı fəaliyyət göstərməsi üçün köməkçi vasitə kimi nəzərdə tutulmuşdur.

Tərkibindəki vitamin C  və exinaseya sayəsində immun sistemi aktivliyi artır.

Yemişan hipolipidemik, hipotenziv, sedativ, kardiotonik, spazmolitik xüsusiyyətə malikdir. Qanda şəkərin səviyyəsini də azalda bilir.

Qarpaqofitum ekstraktı (şeytan çaynağı ekstraktı) ödçıxarıcı yolların və sidikçıxarıcı yolların xəstəliklərində, artroz  zamanı, oynaqların degenerativ – distrofik xəstəliklərində  istifadə olunur. Qida əlavəsi ağrıkəsici, iltihabəleyhinə xüsusiyyətlərə malikdir.

Kalsium qlükonat – orqanizmdə əsas rolu iltihabəleyhinə, antiallergik, dezintoksikasion təsir göstərməkdir. Damar keçiriciliyini artırır.

Arı südü tərkibinə aminturşular, mineral (Ca, K, Mg, Cu, Fe və s.) maddələr, vitaminlər (В1, В2, В3, В4, В5, В6, В7, В8, В9, В12, C, A, D və E) daxildir. Xəstələrdə immun sistemini aktivləşdirir, həyat gücünü artırır, antimikrob, iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Yorğunluğu götürür, fiziki və əqli fəaliyyəti artırır, yaddaşı  gücləndirir.

 Sitrus yarpaqlı Morindanın meyvəsinin şirəsi (başqa adı - Noni meyvə şirəsi)– vitaminlər (С, А, Е, В1, В2, В6, В12, fol turşusu, biotin, niasin, pantoten turşusu), minerallar (Fe, Mo, Na, K, Ca, Mg, P, Na), aminturşuları (asparagin, treonin, serin, qlütamin, prolin, qlisin, alanin, sistin, valin, metionin,  izoleysin, leysin, tirozin, fenilalanin, histidin, lizin, arginin, triptofan) ilə zəngin bir bioloji fəallığa malik qida əlavəsidir. Əlverişsiz mühitdə orqanizmin müdafiə funksiyalarını gücləndirir. Maddələr mübadiləsini sürətləndirir, toksiki maddələri xaric edir, həzmi yaxşılaşdırır, qan-damar sisteminin normal fəaliyyətini təmin edir. Tərkibinə daxil olan antioksidantlar sayəsində orqanizmin vaxtından əvvəl qocalmasının qarşısını alır, bədxassəli şiş hüceyrələri ilə mübarizəni artırır. Qanda şəkərin miqdarını azaldır.  Sinir sistemini möhkəmləndirir.  

İstİfadəsİnə tövsİyyələr:

Romans jele  xəstəliklərin müalicəsi  məqsədilə istifadə edilə bilməz. Aşağıda qeyd olunan xəstəlik və halların kompleks müalicə və profilaktikasında yanaşı köməkçi vasitə kimi istifadə olunur.

  • Xroniki yorğunluq sindromu
  • Ürək, qan-damar sistemi xəstəlikləri
  • Dissirkulyator ensefalopatiya, yaddaş, diqqət zəifliyi
  • Tənəffüs yolu xəstəlikləri
  • Bakterial vaginoz
  • Şəkərli diabet
  • Revmatik xəstəliklər
  • Onkoloji xəstəliklər zamanı

Yuxarida göstərilən xəstəliklərin kompleks müalicəsində köməkçi vasitə kimi tövsiyyə oluna bilər.

ƏKS GÖSTƏRİŞLƏR:

Hər  hansı komponentə qarşı həssaslıq, hamiləlik, süd verən analar, 18 yaşa qədərki dövr.

ƏLAVƏ TƏSİRLƏRİ: ürəkbulanma, tərləmə, dəri səpgiləri, dispepsiya

 

XƏBƏRDARLIQ:

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

İSTİFADƏ QAYDASI:

1 flakon suya və ya şirəyə qatılaraq əsasən səhər yeməyindən sonra qəbul olunur. Flakon açılmazdan qabaq çalxalanmalıdır. Tövsiyyə olunan sutkalıq dozanı keçməyin.

BURAXILIŞ FORMASI:

Qutuda hər biri 10 ml olmaqla 10 ədəd içməli flakon.

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik  qida əlavəsidir. BFMQƏ normal qidalanmanı əvəz etmir.

saxlanma qaydası:

25°С-dən yüksək olmayan temperaturda, qaranlıq, uşaqların əli çatmayan  yerdə saxlayın.

İstİfadəyə yararlılığı:

Qutunun üzərində göstərilmiş müddətdən kənar istifadə etmək olmaz.

İSTEHSALÇI:  PLAMECA, Avda.Prat de la Riba, s/n 08780 Pallaja. Barcelona-Spain. R.S.I.26.05726/CAT


Baxılma sayı: 1640 dəfə
 
SUAL CAVAB
Emin
Sual: Qiymeti?
Cavab: Salam Emin bəy.ROMANS JELE 10ml N10 məbləği 19.95 Azn.Bakı şəhər daxilində çatdırılma xidmətimiz mövcuddur.10 Azn-dən yuxarı sifarişlərə çatdırılma xidməti ödənişsizdir.Müraciətiniz üçün təşəkkür edirik.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..