*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Agisept-mentol və evkalipt
Sual ver
  Təcili sifariş A+ A-

(Mentol və evkalipt tamlı antiseptik sorma pastillər)

Tərkibi

Təsiredici maddə:                                                                                               

2,4 dixlorbenzil spirti............................ 1.2 mq

Amilmetakrezol.......................................0.6 mq

Köməkçi maddələr: şəkər, qlükoza məhlulu, limon turşusu, mentol,  indiqokarmin rəngləyici, evkalipt yağı, təmizlənmiş su.

Farmakoterapevtik qrupu:

Boğaz xəstəliklərində istifadə olunan preparat

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamika: 2,4 dixlorbenzil spirti və amilmetakrezol antiseptik, antibakterial, antifunqal və antiviral xüsusiyyətlərə malikdir. Həm 2,4 dixlorbenzil spirti, həm də amilmetakrezol yerli anestetiklər kimi depolyarizasiya olunan kanalları geri dönən şəkildə blokada etməklə təsir edir. Hər iki aktiv maddə müştərək şəkildə təyin olunduqda onların antibakterial təsirlərinin sinergik olaraq güclənməsi onların sorma tabletlərdə dozalarının az istifadəsinə şərait yaradır.

Farmakokinetika:2,4 dixlorbenzil spirti və amilmetakrezolla bağlı çox məlumat yoxdur. Buna baxmayaraq, tədqiqatlar göstərir ki, bu antibakterial maddələrin effektivliyi dərman vasitəsinin pH-ı, temperaturu və konsentrasiyasından asılıdır. Məlumatlara əsasən 2,4 dixlorbenzil spirti və amilmetakrezol S.aureus və S.pyogenes kimi bakteriyaların suspenziyasının təqribən 6 loqarifmik dövr şəklində 5- 20 dəqiqəyə azalmasına səbəb olur. Bu dərman vasitələri eyni zamanda C.albicans suspenziyasının da 40 dəqiqəyə 5 loqarifmik dövr şəklində azalmasına səbəb olur. Hər iki antimikrob preparatın konsentrasiyası 30 dəqiqə sonra azalsa da, ilk 5-10 dəqiqə ərzində periodontal patogen mikrofloranın artıb çoxalmasının qarşısını alır.

İstifadəsinə göstərişlər

Agisept ağız və udlaq nahiyəsinin yüngül infeksiyası və iltihabı hallarında yerli, keçici(müvəqqəti) simptomatik yüngülləşməyə səbəb olur.

Əks göstərişlər

Preparatın hər hansısa bir komponentinə qarşı həssaslıq

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

6 yaşdan kiçik uşaqlarda istifadə etmək olmaz.

Preparatın istifadəsindən 3 gün müddətində sağalma müşahidə olunmursa, və ya vəziyyətin pisləşməsi olarsa, həkimə müraciət etməli.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Agiseptin digər dərman vasitələri ilə qarşılıqlı təsiri müəyyən edilməmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı 2,4 dixlorbenzil spirti və amilmetakrezolun məsləhət görülən dozası və ya qadağası haqqında heç bir məlumat yoxdur.

Bütün digər dərman vasitələri kimi hamiləlik  dövründə ehtiyatla istifadə olunmalıdır.

Laktasiya dövründə 2,4 dixlorbenzil spirti, amilmetakrezol və onların metabolitlərinin ana südü ilə keçməsi haqqında məlumat yoxdur.

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrinin və potensial təhlükəli mexanizmlərin idarə olunması zamanı, dərman preparatlarının istifadəsində özəl təsir müəyyən edilməmişdir.

İstifadə qaydası və dozası

1 pastil 2-3 saatdan bir təyin olunur. Pastilləri ağızda tədricən sormaq lazımdır.

 24 saat müddətində 12 pastildən artıq istifadə etmək olmaz.

Əlavə təsirləri

2,4 dixlorbenzil spirti və amilmetakrezol istifadəsi zamanı aşağıda qeyd olunan qısa müddətli əlavə təsirlər yarana bilər:

Aşağıdakı cədvəldə 2,4 dixlorbenzil spirti və amilmetakrezolla əlaqədar əlavə təsirlər sadalanan maddələrin orqanlar sisteminə təsiri və rast gəlinmə tezliyi ilə birgə göstərilmişdir. Əlavə təsirlər rast gəlinmə tezliyinə görə bölünür: çox tez-tez (≥1/10); tez-tez (≥1/100 və <1/10); az hallarda (≥1/1000 və <1/100); nadir hallarda (≥1/10000 və <1/1000); çox nadir hallarda (<1/10000); məlum deyildir (hər hansı mənbəyə əsaslanmaq olmur). Hər qrup daxilində əlavə təsirlər ciddiliyinə görə azalma ardıcıllığı ilə qeyd olunmuşdur.

 

Orqan və sistemlər

 

Rast gəlinmə tezliyi

 

Əlavə təsirləri

İmmun sistemlə əlaqəli pozuntular


Məlum deyildir


Həssaslığın artmasıab

Mədə-bağırsaq sistemi ilə əlaqəli pozuntular


Məlum deyildir


Qlossodiniyaab,                            oral diskomfortab

a2,4 dixlorbenzil spirti, b amilmetakrezol

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı yalnız mədə-bağırsaq traktında narahatlıq müşahidə oluna bilər. Müalicə simptomatik olmalıdır.

Buraxılış forması

 4 blisterdə 24 ədəd sorma pastillər ( hər blisterdə 6 sorma pastil) şəklində buraxılır.        

Saxlanma şəraiti

25ºC-dən yüksək olmayan temperaturda, sərin və quru yerdə saxlamalı.

Yararlılıq müddəti

36 ay

Yararlılıq müdddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı

“Adjio Farmasevtikalz, Hindistan


Baxılma sayı: 1599 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..