*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Solid-As
Sual ver
  Təcili sifariş A+ A-

               

SOLID- AS

Kalsium defisitini aradan qaldıran vasitə

 

Tərkibi:

Hər tabletin tərkibində vardır:

Kalsium karbonat (Calcium carbonate) - 625 mq (250mq Ca2+-a ekvivalentdir)

D3 vitamini (Cholecalciferol)–  2  mq ( 200 BV)

Farmakoloji xüsusiyyətləri:

Kalsium təbii olaraq qidalarda tapılan  mineraldır. Hər gün sümük, dırnaq, saç, tər, sidik vasitəsilə  orqanizmdən kalsium itirilir. Orqanizm özü kalsium hasil etmir. Ona görə də  kifayət qədər kalsiumun alınması vacibdir. Kifayət qədər kalsium orqanizmə daxil olmadıqda  kalsium sümüklərdən alınır və sümüklərin kövrəkləşməsi baş verir.

Kalsium əzələlərin  normal funksiyasına, qan dövranının və həzm şirələrinin normal  fəaliyyətinə səbəb olur , enerji mübadiləsində, hüceyrə bölünməsində iştirak edir.  Dişlərin  inkişafı və saxlanılması üçün vacibdir.

D vitamini kalsiumun mənimsənilməsini təmin edir. Kalsium və fosforun qanda sabit miqdarını tənzimləyərək  sümüklərin minerallaşmasına səbəb olur. Həmçinin sümüklərin böyüməsi üçün vacibdir. D vitamini uşaqlarda raxit, böyüklərdə osteomalyasiyanın qarşısını alır. Kalsium ilə birlikdə yaşlanan şəxsləri osteoporozdan müdafiə edir.

Göstərişlər:

-Raxit və osteomalyasiyanın müalicəsı

-Uşaqlarda kalsium defisiti zamanı (əmgəyin gec bağlanması,dişlərin gec çıxması,osteopatiyalar,boy artımının ləngiməsi,karies).

-Osteoporoz,qıcolma sindromu,spazmofiliya,malabsorbsiya sindromu, xroniki diareya, steatoreya

-İntensiv boyatma dövründə boy artımının ləngiməsi

-Preparatın komponentlərinə tələbatın artması halları (hamiləlik,laktasiya dövrü,menopauza,vegetarianlar,yaşlılar).

-Sınıqlardan sonra reabilitasiya dövründə

-Diuretiklərin,qlükokortikoidlərin,qıcolma əleyhinə preparatların,immunodepressantların,antasidlərin ,hormonal preparatların uzunmüddətli qəbulu zaman.

 

İstifadəsinə dair məhdudiyyətlər:

 Tərkibindəki komponentlərə qarşı hiperhəssaslıq, hiperkalsemiya, D3 vitamininin hipervitaminozu.

İstifadə qaydası:

2-7 yaş 1 tablet 1 dəfə

7-15 yaş 1 tablet 2 dəfə

Böyüklər 1 tablet 3 dəfə yeməkdən sonra qəbul olunur.

 

 Buraxılış forması: N30 tablet plastik flakonda , içlik vərəqə ilə birlikdə karton qutuda  qablaşdırılmışdır.

Saxlanma şəraiti: 250C – dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

İstehsalçı:
S.C. Pharmex Rom İndustry SRL. Crizantemelor street, 1. Mogosoaia-İlfov, Rumıniya


Baxılma sayı: 158 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..