*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Fortika
Sual ver
  Təcili sifariş A+ A-

FORTİKA

 

C vitaminidir.

Tərkibi: Hər 5 ml şərbətin tərkibinə daxildir :

 C vitamini ( Ascorbic acid) - 30 mq

Köməkçi maddələr: kalium-sorbat, 70%-li sorbitol , bitki mənşəli qliserin, fruktoza, təmizlənmiş su, limon ətri.

Farmakoloji xüsusiyyətləri

  C vitamini sağlamlıq üçün vacibdir.   C vitamini  orqanizmdə sintez olunmur. İmmun sistemi möhkəmləndirir. İnterferon  sintezində iştirak edir, faqositozu sürətləndirir. Orqanizmin infeksiyalara qarşı olan müqavimətini gücləndirir.  C vitamini  oksidləşmə - reduksiya proseslərində, karbohidrat mübadiləsində,  qanın laxtalanmasında, toxumaların regenerasiyasında, steroid hormonların, prokollagenin sintezində, sümük və qığırdaq toxumasının regenerasiyasında iştirak edir. Dəmirin mənimsənilməsini  sürətləndirir. Kapilyar keçiriciliyini normallaşdırır və damar divarını möhkəmləndirir. Diş minasını möhkəmlədir və kariyesin əmələ gəlməsinə səbəb olan mikroblar ilə mübarizə aparır. Orqanizmdə yaradıcı təfəkkürün və beynin çevik işləməsində həlledici rol oynayan noradrenalinin yaradılmasına cavabdehdir. Böyrəküstü hormon olan kortikosteroidlərin sintezində iştirak edir.

 Göstərişlər: 

  Vitamin C defisitinin  müalicə  və  profilaktikası

  Kəskin  və  xroniki  virus  infeksiyaları

  Tez-tez  müşahidə  olunan  soyuqdəymələr  zamanı

  İmmunitetin  gücləndirilməsi məqsədilə

  İnfeksion  xəstəliklərin  kompleks  müalicəsində

  Anemiyanın  müalicəsində  dəmir  preparatları  ilə  yanaşı

  İştahsızlıq

   Diş əti xəstəlikləri və diş qanaması zamanı

  Burun  qanaxması

 

İstifadə qaydası:

1 yaşadək -  5 ml gündə 1 dəfə

1 - 6 yaş  - 10 ml gündə 1 dəfə

6  yaşdan yuxarı - 15 ml gündə 1 dəfə

 

Buraxılış forması:

  FORTİKA  plastik  flakonda 150 ml şərbət, ölçü stəkanı və içlik vərəqə ilə birlikdə karton  qutuda  qablaşdırılmışdır.

Saxlanma şəraiti:

 250C – dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

İstehsalçı:
S.C. Pharmex Rom İndustry SRL. Crizantemelor street, 1. Mogosoaia-İlfov, Rumıniya.


Baxılma sayı: 1309 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..