Sual ver |
Təcili sifariş | ![]() |
A+ | A- |

LETTO aqua acid
30 ml sprey
LETTO aqua acid qulaq keçəcəyinin bakterial və göbələk mənşəli infeksiyaları zamanı istifadə olunan qulaq spreyidir.
Tərkibi: |
100 qr vasitədə |
Asetat turşusu (Acetic Acid) |
2.48 qr |
Pantenol (Panthenol) |
0.5 qr |
İzopropol spirti (Isopropyl Alcohol) |
47.17 qr |
Benzalkonium xlorid (Benzalkonium Chloride) |
0.01 qr |
Farmakoloji təsiri:
Asetat turşusu antibakterial və ğöbələkəleyhinə təsir edir (Staphylococcus aureus, xüsusən də Pseudomonas,Candida və Aspergilus-a qarşı). Həmçinin asetat turşusu qulaq keçəcəyində PH-ı aşağı salır və bakterial infeksiyanı azaldır.
İzopropol spirti bakteriyalara qarşı mübarizə aparır və su ilə qarışa bildiyinə görə dəri baryerini zədələyən və infeksiyaya sərait yaradan qulağa daxil olan suyun xaric olmasına səbəb olur.
Benzalkonium –xlorid antibakterial və göbələk.leyhinə təsir edir. Pseudomonas aeruginosa , Staphylococcus aureus , Streptococcus, Escherichia coli , Klebsiella, Proteus bakteriyalarına bakterisid və Candida göbələklərinə funqisid təsir göstərir.
Deksapantenol aktiv maddələrin qualaq keşəcəyinə daha yaxşı yayılmasına səbəb olur, həmçinin qulaq dərisinin zədələnmış epitelisini bərpa edir və qoruyur.
Göstərşlər:
- Xarici qulaq keçəcəyinin bakterial və göbələk mənşəli infeksiyaları
- Üzgüçülər, dalğıclar, qulaq infeksiyalarına meyilli şəxslər profilaktik məqsədlə
- Qulağin anatomik quruluşuna görə tez-tez qulaq “ kirinin” yaranmaması üçün profilaktik məqsədlə
İstifadə qaydası:
Başı yana əyin və uyğun dozanı qulağa püskürdün, başı əyilmiş vəziyyətdə 5 dəqiqəyədək saxlayın, sonra başı düzləndirərək məhlulun qulaqdan axan artıq hissəsini silin.
İnfeksiyalar və “üzgüçü qulağı” zamanı bir doza (ehtiyac olarsa bir neçə doza) gündə 3 dəfə qulaq keçəcəyinə püskürdülür.Profilaktik məqsədlə 1 doza ( böyüklərdə ehtiyac olarsa bir neçə doza) həftədə 2-3 dəfə istifadə olunur. İstifadə zamanı qulaqda yüngül sancma müşahidə oluna bilər, bu da vasitənin təsirindən irəli gəlir. Mexaniki püskürdücü sayəsində məhlulun kiçik damcıları yaranır, bu da vasitənın bərabər paylanmasına və daha yaxsı effekt verməsinə səbəb olur.
Əks göstərişlər: Komponentlərinə qarşı fərdi həssaslıq olduqda, 3 yaşadək uşaqlarda, təbil pərdəsinin perforasiyası və xarici qulaq keçəcəyinin travması zamanı istifadə olunmur.
Buraxılış forması: LETTO aqua acid 30 ml məhlul plastik flakonda, qapağı püskürdücü başlıqla təchiz olunmuşdur. İçlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilmişdir.
Saxlanma şəraiti:
Flakon ağzı açıldıqdan sonra 1 ay ərzində istifadəyə yararlıdır.
İstehsalçı: ESENSA d.o.o,
Belqrad, Serbiya Respublikası