*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Pollezin tablet
Sual ver
  Təcili sifariş A+ A-

        POLLEZİN       örtüklü tablet 5 mq № 14 

 

ALLERGİYA ƏLEYHİNƏ DƏRMAN VASİTƏSİ

 

FARMAKOTERAPEVTİK QRUPU: Hl-histamin reseptorlarının blokatoru.

 

TƏRKİBİ: Levosetirizin-dihidroxlorid (4,21 mq levosetirizinə ekvivalentdir).............5 mq

 

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Levosetirizin - setirizinin aktiv enantiomeridir, periferik H1-histamin reseptorlarını selektiv inhibə edən antihistamin vasitədir. Levosetirizin setirizinlə müqayisədə H1-histamin reseptorlarla daha çox uyğunluğa malik olduğundan, antihistamin effekti də setirizindən 2 dəfə yüksəkdir. Allergik reaksiyaların histamindən asılı mərhələsinə təsir göstərir, həmçinin eozinofillərin miqrasiyasını və damar keçiriciliyini azaldır, iltihab mediatorlarının sintezini blokada edir. Allergik reaksiyaların əmələ gəlməsinin qarşısını alaraq, onların gedişatını yüngülləşdirir; antiekssudativ, qaşınma əleyhinə xüsusiyyətlərə malikdir, praktiki olaraq antixolinergik və antiserotonin təsirlərə malik deyil. Terapevtik dozada sedativ təsir göstərmir.

Farmakokinetikası:

Sorulması: Daxilə qəbul etdikdən sonra  MBT-dan tez sorulur; qida qəbulu absorbsiyaya təsir etmir, lakin sorulma sürətini zəiflədir. Böyüklərdə müalicəvi dozanın (5 mq) birdəfəlik qəbulundan sonra preparatın qan plazmasında maksimal konsentrasiyası  Cmax - 0,9 saatdan sonra, konsentrasiyanın sabit səviyyəsi isə 2 gündən sonra qeyd olunur.

Paylanması: Qan plazmasının zülalları ilə  90%-i  birləşir. Biomənimsənilməsi -100%.

Metabolizmi: Qəbul olunan dozanın 14%-i qaraciyərdə  N- və O-dealkilləşdirici yolla (digər Hl-reseptorların antaqonistlərindən fərqli olaraq - sitoxrom P450 izofermentlərinin iştirakı olmadan)  metabolizmə uğrayır və qeyri-aktiv metaboliti yaranır. Metabolizmin aşağı səviyyədə olması və metabolik potensialının olmamasına görə levosetirizinin digər dərman vasitələri ilə qarşılıqlı təsiri yoxdur.

Xaric olması: Böyüklərdə yarımxaricolma dövrü  T½ - 7,9 ± l,9 saat təşkil edir; az yaşlı uşaqlarda T½  qısadır.  Böyüklərdə ümumi klirens 0,63 ml/dəq/kq təşkil edir. Preparatın qəbul olunan dozasının təxminən 85,4%-i dəyişilməmiş şəkildə yumaqcıq filtrasiyası və kanal sekresiyası vasitəsilə böyrəklərlə xaric olur; təxminən 12,9 %-i - bağırsaqlarla. Böyrək funksiyasının pozğunluğu olan xəstələrdə (KK 40mt/dəq-dən aşağı) preparatın klirensi azalır, T½ uzanır (hemodializdə olan xəstələrdə ümumi klirens 80% azalır), bu isə dozalanma rejiminin müvafiq korreksiyasını tələb edir. Levosetirizinin 10%-i standart 4 saatlıq hemodializ zamanı xaric olur.

 

İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:

  • İl boyu davam edən və mövsümi  allergik rinit və allergik konyunktivit (rinoreya, asqırma, qaşınma, gözlərin sulanması, konyunktivanın hiperemiyası, burun tutulması);
  • Pollinoz;
  • Övrə (həmçinin xroniki idiopatik övrə);
  • Kvinke ödemi;
  • Digər allergik dermatozlar, qaşınma və səpgilər.

 

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA REJİMİ:

2-6 yaş arası uşaqlara:                              5 damcı  gündə 2 dəfə;

6 yaşdan yuxarı uşaqlara və böyüklərə:  20 damcı (1 ml)  və yaxud  1 tablet gündə 1 dəfə təyin edilir.

Müalicə kursunun müddəti xəstənin şikayətlərinin növündən, dinamikasından və davam etmə müddətindən asılıdır. Pollinozun müalicəsi adətən 3-6 həftə davam edir.

 

ƏKS GÖSTƏRİŞLƏR: Preparata  qarşı yüksək həssaslıq, hamiləlik və laktasiya dövrü, 2 yaşa qədər uşaqlar.

 

XÜSUSİ GÖSTƏRİŞLƏR: Preparatın qəbulu zamanı alkoqol istifadə etmək olmaz, belə ki, həssas xəstələrdə levosetirizinin alkoqolla eyni vaxtda qəbulu sinir sisteminə təsir edir.

Hər tabletin tərkibinə laktoza daxil olduğundan irsi qalaktoza çatışmazlığı olan xəstələrdə istifadəsi məsləhət görülmür.

 

ƏLAVƏ TƏSİRLƏRİ: Çox nadir hallarda  baş ağrısı, yorğunluq, yuxululuq, halsızlıq  müşahidə oluna bilər.

 

BURAXILIŞ FORMASI:   POLLEZİN  örtüklü tablet 5 mq № 14.

                                               POLLEZİN  damcı 5 mq/1 ml - 20 ml flakonda.

 

İSTEHSALÇI: EGİS Pharmaceuticals PLC. Budapeşt - Macarıstan.


Baxılma sayı: 137 dəfə
 
SUAL CAVAB
Ilkin
Sual: Qiymeti necheyedir pollezin tabletin
Cavab: Salam İlkin bəy. POLLEZIN 5mg N14 məbləği -3.43azn. Müraciətiniz üçün təşəkkür edirik.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..