*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Triptason
Sual ver
  Təcili sifariş A+ A-

                                                                  TRİPTASON

 

Tərkibi:  hər bir tabletin tərkibində vardır:

 

Təsiredici maddələr:

L-Triptofan - 60 mq

L-Fenilalanin - 120 mq

Adi dazıotu (Hypericum perforatum L.) çiçəklərinin 0.3% hiperisinə görə titrlənmiş quru ekstraktı - 100 mq

Passiflora (Passiflora incarnata L.) bitkisinin çiçəklərinin 3.5% flavonoidlərə görə titrlənmiş quru ekstraktı - 100 mq

Yemişan (Crataegus oxyacantha L.) çiçəkləri və yarpaqlarının 1% viteksinə görə titrlənmiş quru ekstraktı - 100 mq

Aptek pişikotu (Valeriana offcinalis L.) köklərinin 0.8% valerenik turşusuna görə titrlənmiş quru ekstraktı - 70 mq

Zəfəran (Crocus sativus L.) çiçəklərinin qurudulmuş tellərinin 5% krosinə görə titrlənmiş quru ekstraktı - 30 mq

Maqnezium- oksid - 100 mq

B6 vitamini - 2 mq

 

Köməkçi maddələr: mikrokristallik sellüloza, hidroksipropilsellüloza, hidroksipropil-metilsellüloza, stearin turşusu, silisium-dioksid, yağ turşularının maqnezium duzları, rəngləyicilər: E171, E124.

 

Xüsusiyyətləri:

L-Triptofan: serotoninin sələfi olan əvəzedilməz aminturşudur, serotonin əhval-ruhiyyənin tənzimlənməsində neyromediator hesab olunur. Gecə isə serotonindən melotonin yaranır ki, bu da  yuxunun yaxşılaşmasına səbəb olur. Uçuş zamanı və ya saat dəyişiklikləri zamanı L - triptofan bioritimlərə adaptasiya olur.

L-Fenilalanin: əvəzolunmayan aminturşudur.  Hipofizin hormonu olan adrenokortikotrop hormonun neyropeptidi olan met-enkefalinlərin konsentrasiyasını normallaşdırır, nəticədə əhval-ruhiyyənin tənzimlənməsində və orqanizmin stressə cavab reaksiyasında iştirak edir, narkotik maddələr və alkoqoldan uzaqlaşmağa kömək edir.

Adi Dazıotu: Təbii antidepressant hesab olunur. Tərkibində olan hiperisin monoaminoksidaza fermentini (MAO)  inhibə etməklə, əhval-ruhiyyə və emosional sabitliyi tənzimləyən beyin neyromediatorlarının səviyyəsini yüksəldir.

Passiflora: spazmolitik, anksiolitik və balanslaşdırıcı təsirə malikdir. Yüksək emosionallıq və

narahatlılıq, qıcıqlanma və stress ilə xarakterizə olunan hallarda göstərişdir. Tərkibində olan viteksin flavonoidi sayəsində seçici olaraq ürək və baş beyin damarlarının genişlənməsinə, qan dövranının sürətlənməsinə səbəb olur.

Yemişan: Sedativ təsir xüsusiyyətinə malikdir. Sinir oyanıqlığını, həssaslığı aradan qaldırır, yuxunun normallaşmasına müsbət təsir edir.

Aptek Pişikotu: tərkibində olan valerenik turşusu sinir sisteminə sedativ və miorelaksant təsirə malikdir. Narahatlıq hallarında və əhval-ruhiyyənin pisləşməsində sakitləşdirici təsir göstərir.

Zəfəran: tərkibində olan safranal neyromediatorların geriyə zəbt olunmasını azaldaraq, onların səviyyəsini yüksəldir; əhval-ruhiyyənin balanslaşdırılması üçün faydalıdır, həmçinin tonuslandırıcı təsir göstərir.

B6 vitamini: sinir sitemində neyromediatorların sintezini stimullaşdırır, beyin toxumasında metabolizmi yaxşılaşdırır.

Maqnezium: sinir sistemi funksiyalarını balanslaşdırır, həyəcan və depressiyaya müsbət təsir göstərir.





İstifadəsinə göstərişlər:

  • Yüksək sinir oyanıqlığı, qıcıqlanma, narahatlıq, yuxusuzluq
  • Vegetativ-damar distoniyası
  • Sinir oyanıqlığı ilə bağlı mədə-bağırsaq traktının spazmı
  • Stress halları, sinir gərginliyi ilə əlaqədar baş ağrıları, miqren
  • Nevrozlar: nevrasteniya, psixasteniya, isteriya
  • Ürək-damar xəstəliklərinin kompleks müalicəsi
  • Psixoemosional labillik
  • Xroniki yorğunluq sindromu
  • Menstrual tsiklin pozulması, klimakterik period
  • Hipertireoz
  • Neyrodermit və digər dermatozlar


İstifadə qaydası və dozası:

1 tablet gündə 1 dəfə yeməkdən sonra. Yuxusuzluq zamanı: yatmazdan 30 dəq. - 1 saat əvvəl.


Əks göstərişlər:

Dazıotu ekstraktı uşaqlara və yeniyetmələrə əks göstərişdir. Əlavə təsirlər Triptason qəbulu zamanı müşahidə edilməmişdir; tərkibindəki komponentlərin hər hansı birinə qarşı yüksək həssaslıq olduqda qəbulu əks göstərişdir.

 

Saxlama şəraiti: Sərin, quru, istilik mənbələrindən uzaq yerdə saxlamaq lazımdır. Yararlılıq müddəti qablamada qeyd olunmuşdur və yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.


Buraxılış forması: 30 tablet.

 

Tərkibində qlüten yoxdur.

 

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.

 

İstehsalçı: “Logus Farma S.r.l.”, San - Marino Respublikası.


Baxılma sayı: 252 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..