*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Esko Q
Sual ver
  Təcili sifariş A+ A-

ESKO  Q 10

tərkİbİ:

 

1 kapsulanın tərkibi

1 kapsulada

Resveratrol (Resveratrol)

20 mq

Koenzim Q 10 (Ubiquinone)

30 mq

Köməkçi maddələr: laktoza, mikrokristallik sellüloza, talk, maqnezium stearat, silisium dioksid, nanə aromatizatoru

 

MƏHSUL HAQDA məlumat:

Koenzim Q 10 (ubixinon) – yağda həll olan vitaminə bənzər maddə olub, bütün orqanların həyat fəaliyyətini təmin edir, çünki toxuma və hüceyrələrin energetik mübadiləsində iştirak edir. Əsas funksiyası hüceyrələrdə oksidləşmə-reduksiya reaksiyalarını tənzimləmək, mitoxondrilərdə elektronların zəncir şəkilli ötürlməsini, ATF-in sintezini təmin etməkdir. Koenzim Q10-nun  maksimal miqdarı energetik tələbatı çox olan ürək  və qaraciyərdə rast gəlinir. Koenzim   Q10 eyni zamanda antioksidant xüsusiyyətə malik olub, vitamin E-nin – alfa tokoferolun antioksidant aktivliyini də bərpa edir.

Müxtəlif xəstəliklərin kompleks müalicəsinə daxil ola bilər. Maddələr mübadiləsini yaxşılaşdırır, təzyiqi endirir, ürəyin işini yaxşılaşdırır, mədə fermentlərinin ifrazını normallaşdırır, toksiki maddələrin orqanizmdən çıxarılmasını sürətləndirir, reproduktiv funksiyanı artırır, qanın tərkibini yaxşılaşdırır.

KRVİ (kəskin respirator virus infeksiyaları), bronxial astma kimi xəstəliklərdə immunomoduləedici, ümumi möhkəmləndirici vasitə kimi istifadə oluna bilər. Koenzim Q10 spermanın keyfiyyətini yaxşılaşdırır.

Resveratrol – təbii fitoaleksindir, fenol birləşməsidir, bitkilərdə zədələyici faktorlara qarşı qoruyucu  mexanizm, cavab reaksiyası kimi əmələ gəlir. Bu bioloji aktiv maddə əsasən üzümün qabığı, çəyirdəyində, iynəyarpaqlılarda, qaragilədə  və s. rast gəlinir. Antioksidant xüsusiyyətə malikdir.

Sinir qoruyucu xüsusiyətə malikdir. Alsheymer kimi xəstəliklərin, erkən yaşlanmanın, beyində dəyişikliklərin davamlı inkişafının qarşısını alınması haqda məlumatlar vardır. Resveratrolun kardioprotektiv (ürəyi qoruyucu) təsiri vardır. Kardioprotektiv təsiri  qanın özlülüyünü azaltması,  damar divarında, endotel qişa tərəfindən damargenəldici maddələrin ifrazını artırması (azot oksidi kimi), aşağı sıxlıqlı lipidlərin damar divarında toplanmasının qarşısını alması ilə izah olunur.

Resveratrolun hipolipidemik, hipoqlikemik effektləri də vardır. Antiviral, antibakterial təsirə  malikdir.

İstİfadəsİnə tövsİyyələr:

ESKO  Q10 xəstəliklərin müalicəsi  məqsədilə istifadə edilə bilməz. Aşağıda qeyd olunan xəstəlik və halların kompleks müalicə və profilaktikasında yanaşı köməkçi vasitə kimi istifadə olunur.

  • Xroniki yorğunluq sindromu
  • Kardioloji xəstəliklər (xroniki ürək çatışmazlığı, ürəyin diastolik disfunksiyası)
  • Serebrovaskulyar pozuntular
  • Hipertoniya
  • Miqren
  • Göz xəstəlikləri (sarı  ləkənin distrofiyası, görmə zəifliyi, qlaukoma)
  • Şəkərli diabet
  • Ağız boşluğu xəstəlikləri (parodantoz, stomatit)
  • Xroniki infeksion xəstəliklər
  • Tənəffüs yolu xəstəlikləri
  • Mədə bağırsaq xəstəlikləri
  • Reproduktiv pozuntular

Yuxarida göstərilən xəstəliklərin kompleks müalicəsində köməkci vasitə kimi tövsiyyə oluna bilər.

ƏKS GÖSTƏRİŞLƏR:

Hər hansı komponentə qarşı həssaslıq, hamiləlik, laktasiya dövrü

ƏLAVƏ TƏSİRLƏRİ:

Nadir hallarda dispepsiya, allergik reaksiyalar müşahidə oluna bilər

İSTİFADƏ QAYDASI:

1 kapsula gündə 1  dəfə olmaqla daxilə qəbul olunur. Tövsiyyə olunan sutkalıq dozanı keçməyin.

BURAXILIŞ FORMASI:

30 kapsula içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik  qida əlavəsidir. BFMQƏ normal qidalanmanı əvəz etmir.

XƏBƏRDARLIQ:

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

saxlanma qaydası:

25°С-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan  yerdə saxlayın.

İstİfadəyə yararlılığı:

Qutu üzərində qeyd olunub. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçı: 

Esensa Ltd., Viline vode, Slobodna Zona Belgrad, Serbiya respublikası

EKSKLÜZİV DİSTİBÜTOR

“AZERİMED” MMC


Baxılma sayı: 192 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Azeri Med LLC . Bütün hüquqlar qorunur..