*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Forven forte
Sual ver
  Təcili sifariş A+ A-


FORVEN FORTE

tərkİbİ:

 

Hər kapsulanın tərkibi

1 kapsulada

 

DİOSMİN/Diosmin/90%

200 mq

AT ŞABALIDI/Aesculus Hippocastanum/

75 mq

BİGƏVƏR /Ruscus aculeatus/

75 mq

RUTİN/Rutin/

50 mq

Köməkçi maddələr:maqnezium stearat, silisium dioksid, jelatin, titan dioksid, dəmir oksid.

Bİolojİ fəalliğa malİk qİda əlavəsİ barədə məlumat:

Diosmin- angioprotektor, venatonuslandırıcı, venoprotektiv preparatdır. Venaların tonusunu yüksəldir, venoz durğunluğu azaldır. Kapillyarların rezistentliyini artırır, onların keçiriciliyini azaldır, mikrosirkulyasiyanı yaxşılaşdırır. Limfatik drenajı artıtır. Mədə-bağırsaq sistemindən tez sorulur. Əsasən boş vena, aşağı ətrafların dərialtı venaları sahəsində toplanır.

At şabalıdı- At şabalıdı ekstraktının tərkibinə əsası essin olan triterpen saponinləri daxildir. At şabalıdı iltihab əlamətlərini götürür, ödemi azaldır, ağrıkəsici, angioprotektor, damar qoruyucu xüsusiyyətə malikdir.  Qan laxtalanmasını azaıdır, trombozun qarşısını alır.

Kapillyar keçiriciliyini azaldır. Təsirini kapillyar divarında lizosomal fermentlərin miqdarını azaltmaq, mukopolisaxaridlərin damar divarında parçalanmasının qarşısını almaqla göstərir. Nəticədə aşağı molekullu zülalların, elektrolitlərin, suyun hüceyrəarası sahəyə filtrasiyasının qaşısını alır. Bioloji aktiv əlavə eyni zamanda antioksidant, antihipoksik, diuretik xüsusiyyətlərə də malikdir.

Bigəvər –Damar divarını möhkəmləndirir, keçiriciliyini azaldır. İltihabəleyhinə və yüngül diuretik xüsusiyyətlərə malikdir.


Rutin– Angioprotektor vasitədir. Əsasən kapillyar və venalara təsir edir. Mikrosirkulyator sahədə zülalların keçiriciliyini, suyun filtrasiya sürətini azaldır. Lifli matriksin quruluşuna təsir edərək, endotel qişada hüceyrələr arasındakı məsafəni qısaldır. Trombosit aqreqasiyasının qarşısını alır, eritrositlərin elastikliyini artırır, iltihabəleyhinə təsir edir. Xroniki venoz çatışmazlığı, limfostazı olan xəstələrdə aşağı ətraflarda ödemi görürür, şikayətləri (ayaqlarda yorğunluq hissi, ağrı, qıcolmalar, paresteziyalar, trofiki pozğunluqlar, varikoz xoralar) azaldır. Hemorroidal venaların genəlməsi ilə əlaqəli əlamətləri  (ağrı, göynəmə, qanama) yüngülləşdirir. Diabetik retinopatiyanın inkişafını ləngidir, mikrotrombozun, torlu qişanın damar mənşəli zədələnməsinin qarşısını alır.

İstİfadəsİnə tövsİyyələr:

FORVEN FORTE  xəstəliklərin müalicəsi  məqsədilə istifadə edilə bilməz. Aşağıda qeyd olunan xəstəlik və halların kompleks müalicə və profilaktikasında yanaşı köməkçi vasitə kimi istifadə olunur.

  • Venaların möhkəmlənməsi və tonusunun artırılması məqsədi
  • Venaların, venoz damarların, kapillyarların divarının vəziyyətinin yaxşılaşdırılması
  • Ödemin, ağrının, qızartınınınaradan qaldırılması
  • Ayaqlarda ağırlıq hissinin aradan qaldırılması
  • Hemorroidal venaların böyüməsi

Yuxarida göstərilən xəstəliklərin kompleks müalicəsində köməkçi vasitə kimi tövsiyyə oluna bilər.

ƏKS GÖSTƏRİŞLƏR:

Qida əlavəsinin tərkibinə daxil olan hər hansı komponentə qarşı həssaslığın artması, hamiləlik, südvermə dövrü

ƏLAVƏ TƏSİRLƏRİ:

Baş ağrıları, dispeptik əlamətlər, allergik reaksiyalar

İSTİFADƏ QAYDASI:

1 kapsula gündə 1 dəfə olmaqla  yeməkdən  sonra qəbul olunur. Tövsiyyə olunan sutkalıq dozanı keçməyin. 

BURAXILIŞ FORMASI:

30 kapsula

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik  qida əlavəsidir. BFMQƏ normal qidalanmanı əvəz etmir.

XƏBƏRDARLIQ:

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

saxlanma qaydası:

25°С-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan  yerdə saxlayın.

İstİfadəyə yararlılığı:

Qutunun üzərində göstərilmiş müddətdən kənar istifadə etmək olmaz.

aptekdən buraxılma şərti:

Reseptsiz.

İstehsalçı

FORTEX, Bolqarıstan


Baxılma sayı: 64 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Azeri Med LLC . Bütün hüquqlar qorunur..