*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Forven gel
Sual ver
  Təcili sifariş A+ A-

FORVEN gel

Tibbi vasitənin istifadəsi üzrə təlimat

tərkİbİ:

Gelin tərkibi

65 ml geldə

Bigəvər ekstraktı  (Ruscus aculeatus)

1300 mq (2%)

Lavanda yağı  (Lavandula angustifolia oil)

162,5 mq (0,25%)

Acı nanə yağı (Mentha piperita oil)

32,5 mq (0,05%)

 

Köməkçi maddələr:su, propilenqlikol, karbomer, hidrogenləşdirilmiş gənəgərçək yaği PEQ-40, natriumhidroksid, 2-bromo-2-nitropropan-1.3-diol.

 

Məhsul haqqında məlumat:

Bigəvər ekstraktı  (Ruscus aculeatus) - Bigəvər ekstraktı saponinlər qrupuna daxil ruskogeninlər sayəsində damar divarını möhkəmləndirir, keçiriciliyini azaldır, kapillyar rezistentliyini artırır. İltihabəleyhinə xüsusiyyətlərə malikdir. Bundan  əlavə antiaqreqant, antitrombotik təsir də göstərir. Antimikrob effekti vardır.

Güclü vazokonstriktor xüsusiyyətə malikdir. Damarların  normal tonusunu  qaytarır, genəlmiş venaları daraldır. Bioloji aktiv əlavənin təsiri iltihabəleyhinə effekti fonunda venaların tonusunu artırmaqdan ibarətdir.

Lavanda yağı  (Lavandula angustifolia oil) – Ağrıkəsici xüsusiyyətə malikdir, antimikrob, iltihabəleyhinə təsiri də vardır.

Acı nanə yağı (Mentha piperita oil) – Yerli olaraq sərinləşdirici təsir edərək, ağrı, ayaqlarda ağırlıq hissi  kimi subyektiv əlamətləri aradan qaldırır.

İstİfadəsİnə tövsİyyələr:

FORVEN GEL xəstəliklərin müalicəsi  məqsədilə istifadə edilə bilməz. Aşağıda qeyd olunan xəstəlik və halların kompleks müalicə və profilaktikasında yanaşı köməkçi vasitə kimi istifadə olunur.

  • kapillyar keçiriciliyinin artması zamanı
  • ayaqlarda şişkinlik olarsa
  • iltihabi sahəyə sərinləşdirici təsir göstərilməsi məqsədilə
  • varikoz venalarla əlaqəli şikayətlərin (ağrı qızartı, qaşınma) aradan qaldırılması
  • ayaqlarda sıxılma, ağırlıq hissinin azalması məqsədilə

Yuxarida göstərilən xəstəliklərin kompleks müalicəsində köməkçi vasitə kimi tövsiyyə oluna bilər.

ƏKS GÖSTƏRİŞLƏR:

Tibbi vasitənin tərkibinə daxil olan hər hansı komponentə qarşı həssaslığın artması, hamiləlik, südvermə dövrü

XƏBƏRDARLIQ:

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

ƏLAVƏ TƏSİRLƏRİ:

Nadir hallarda:  allergik reaksiyalar

İSTİFADƏ QAYDASI:

3-4 sm –lik geli gün ərzində 3-4 dəfə olmaqla yüngül massaj hərəkətləri ilə lazımi sahəyə sürtməli. Tövsiyyə olunan sutkalıq dozanı keçməyin.

BURAXILIŞ FORMASI:

65 ml-lik tuba, karton qutuda.

Dərman vasitəsi deyildir. Tibbi  vasitədir.  BFMQƏ normal qidalanmanı əvəz etmir.

saxlanma qaydası:

25°С-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan  yerdə saxlayın.

İstİfadəyə yararlılığı:

Qutunun üzərində göstərilmiş müddətdən kənar istifadə etmək olmaz.

aptekdən buraxılma şərti:

Reseptsiz.

İstehsalçı

FORTEX, Bolqarıstan


Baxılma sayı: 30 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Azeri Med LLC . Bütün hüquqlar qorunur..