*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Levosensa
Sual ver
  Təcili sifariş A+ A-

LEVOSENSA

 tərkİbİ:

1 kapsulanın tərkibi

1 kapsulada

L-Karnitin-L-Tartrat ( L-Carnitine L-Tartrate)

500 mq

 

Köməkçi maddələr: Silisium dioksid, maqnezium stearat, qonaqotu meyvəsinin aromatizatoru

MƏHSUL HAQDA məlumat:

L-KARNİTİN – B qrup  vitaminlərə yaxın təbii maddədir. Yağ turşularının hüceyrə membranından, sitoplazmadan mitoxondriyə keçməsinə, burada ATF sintezinə səbəb olur. Yağ və zülal mübadiləsini normallaşdırır. Sinir hüceyrələrinin hipoksiyaya davamlılığını artırır. Anaerob qlikolizi, keton cisimlərinin əmələ gəlməsini zəiflədərək, laktoasidozu azaldır. Anabolik prosesi aktivləşdirir, zülalların əzələ toxumasında toplanmasını artırır.

L-karnitin neyroprotektiv, kardioprotektiv, hepatoprotektiv xüsusiyyətə malikdir.  Sərbəst radikalları neytrallaşdırır, oksigen aclığına qarşı təsir edir. Yağ turşularının oksidləşməsi keton cisimlərinin yaranması üçün mühüm prosesdir, nəticədə əmələ gələn keton cisimləri isə beyin və periferik orqanlar üçün qanda şəkərin azalması, hipoksiya  şəraitində  vacib, əlavə energetik mənbə sayılır. Beyin fəaliyyətini artırır, sinir impulslarınn ötürücülüyünü sinapslarda gücləndirir, xolin və asetilxolin sintezini artırır. Antitireoid xüsusiyyəti nəticəsində qalxanabənzər vəzinin funksional aktivliyini azaldır.

Proqramlı şəkildə hüveyrə ölümünün (apoptozun) və osteoporozun  (sümük kövrəkləşməsinin) qarşısını alır, toxuma  bərpasını stimulə edir. Qan-damar sistemi xəstəlikləri zamanı yağ turşularının mənimsənilməsini artıraraq, qanda xolesterinin azalmasına səbəb olur. Həzmi yaxşılaşdırır, mədə-bağırsaq traktı selikli qişasının tez bir zamanda bərpasına səbəb olur.  Gözün torlu qişasında dəyişikliklərin qarşısını alır. Spermagenezi (reproduktiv funksiya) stimulə edir.

Daxilə qəbul zamanı qanda maksimal konsentrasiyası 3 saata yaranır. Ürək, qaraciyər, əzələ toxumasına rahat keçir. Yarımçıxarılma dövrü 17,4 saatdır. 80 %-i  böyrəklərlə 24 saat ərzində çıxarılır.

İstİfadəsİnə tövsİyyələr:

LEVOSENSA  xəstəliklərin müalicəsi  məqsədilə istifadə edilə bilməzAşağıda qeyd olunan xəstəlik və halların kompleks müalicə və profilaktikasında yanaşı köməkçi vasitə kimi istifadə olunur.

  • Intensiv fiziki yüklənmələr, psixoemosional yorğunluq
  • Yaşlılarda əmək qabiliyyətinin yaxşılaşması
  • Keçirilmiş xəstəliklərdən, cərrahi müdaxilələrdən, travmadan sonrakı dövrdə toxumaların regenerasiyasını  sürətləndirmək məqsədilə
  • Xroniki qastrit, xroniki pankreatit (sekretor funksiyanın azalması)
  • Dəri xəstəliklərinin kompleks müalicəsində (psoriaz, ekzema, ocaqlı sklerodermiya, diskoid qırmızı qurd eşənəyi)
  • Yüngül dərəcəli hipertireoz
  • Baş beynin damar, toksiki, travmatik mənşəli zədələnmələri, nəticədə yaranmış nevroloji əlamətlər
  • Nevrotik mənşəli iştahsızlıq
  • Karnitin çatışmazlığı ilə gedən xəstəliklər  (miopatiya, kardiomiopatiya, mitoxondrial xəstəliklər) zamanı karnitin defisitinin aradan qaldırılması
  • Böyüklərdə tibbi idman və intensiv idman məşqlərinin edilməsi
  • Reproduktiv funksiyanın yaxşılaşması
  • Şəkərli diabet

Yuxarida göstərilən xəstəliklərin kompleks müalicəsində köməkci vasitə kimi tövsiyyə oluna bilər.

ƏKS GÖSTƏRİŞLƏR:

Trimetilaminuriya, hər hansı komponentə qarşı fərdi həssaslıq

ƏLAVƏ TƏSİRLƏRİ:

Epiqastral  nahiyədə  ağrı, həzm pozğunluğu, əzələ yorğunluğu

 

XƏBƏRDARLIQ:

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

İSTİFADƏ QAYDASI:

1 kapsula gündə  1  dəfə olmaqla daxilə qəbul olunur. Tövsiyyə olunan sutkalıq dozanı keçməyin.

XƏBƏRDARLIQ:

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

BURAXILIŞ FORMASI:

30 kapsula içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik  qida əlavəsidir. BFMQƏ normal qidalanmanı əvəz etmir.

saxlanma qaydası:

25°С-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan  yerdə saxlayın.

İstİfadəyə yararlılığı:

Qutu üzərində qeyd olunub. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

İstehsalçı: 

Esensa Ltd., Viline vode, Slobodna Zona Belgrad, Serbiya Respublikası

 

EKSKLÜZİV DİSTİBÜTOR

“AZERİMED” MMC

 

 


Baxılma sayı: 229 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Azeri Med LLC . Bütün hüquqlar qorunur..