*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

Buraxılış forması:

250 ml-lik yüksək sıxlıqlı xüsusi polimer qablaşdırmada köpüklənən məhlul.

Farmakoterapevtik qrupu:

Xarici istifadə üçün antiseptik məhlul

Tərkibi:

Xlorheksidin qlükonat – 0,1 qr

Heksamidin diizetionat – 0,1 qr

Para-xlormetakrеzol – 0,3 qr

Doldurucular (pH 5) – 100ml-ə qədər.

Istifadəsinə göstərişlər:

-Dərinin işlənməsi üçün antiseptik maddə,həmçinin ginekoloji xəstəliklər - vulvit,vaginit,servisit,genital qaşınma zamanı,o cümlədən uşaqlarda,yeniyetmələrdə,yaşlı qadınlarda selikli qişaların yuyulması üçün.

-uşaqlıq yolu infeksiyalarının profilaktikası (o cümlədən uşaqlıqdaxili kontraseptivlərin istifadəsi zamanı);cinsi yolla ötürülən infeksiyaların profilaktikası

-birincili infeksiyalaşma və superinfeksiyalaşma zamanı dəri xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi

-Tibbi personalın əllərinin,yara səthlərinin antiseptik işlənməsi,yaraların sağalmasının sürətlənməsi üçün və ikincili infeksiyalaşmanın qarşısını almaq üçün

Əks-göstərişlər:

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.

Preparatın gözə və qulağa (təbil pərdəsinin perforasiyası zamanı) düşməsinə yol verilməməlidir.

Ehtiyatlılıq tədbirləri:

Preparatın sistem təsirinin arta biləcəyi hallarda,məs.:bədən səthinin böyük hissəsinin və ya zədələnmiş dəri örtüyünün (yanıq,okklyuziv sarğılar nəticəsində) təkrari işlənməsi zamanı ehtiyatla istifadə olunmalıdır.

Sitealın istifadəsindən sonra dəri bol su ilə yuyulmalıdır.

Hamiləlik və laktasiya dövrü:

Hamiləlik və laktasiya dövründə istifadə oluna bilər.

Digər dərmanlarla qarşılıqlı təsiri:

Digər antiseptik vasitələrlə qarşılıqlı təsiri (antaqonizm,inaktivasiya və s.) nəzərə alınaraq,eyni vaxtda və ya ardıcıl istifadə olunması məsləhət görülmür.

Əlavə təsirlər:

Preparatın orqanizmə sistem təsiri və heksamidinə  qarşı həssaslıq reaksiyaları ( preparatın 1977-ci ildən başlayaraq Fransada istehsalından sonra oxşar həssaslıq reaksiyaları müşahidə olunmamışdır)

Saxlanma şəraiti:

250C-dən yüksək olmayan temperaturda,qaranlıq ,uşaqların əli çatmayan yerdə saxlanmalıdır.Hazırlanmış məhlulu çox saxlamaq olmaz.

Yararlılıq müddəti:

3 ildir.

Aptekdən buraxılma şərti:

Reseptsiz buraxılır. 

İstehsalçı:

“Pyer Fabr Medikament Prodakşn”

45 Plas Abel Hans,Bulon,Fransa

Baxılma sayı: 2097 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..