*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Omebil forte
Sual ver
  Təcili sifariş A+ A-

OMEBİL FORTE

tərkİbİ:

Hər kapsulanın tərkibi

1  yumşaq jelatin kapsulada

doza

OMEGA 3 balıq yağı

18 % EPT-Eykozopentayen turşusu (Acidum eicosapentaenoic)

12% DHT-Dokozoheksayen turşusu (Acidum docosahexaenoic)

1000 mq

Vitamin E (tocopherol acetate)

10,0 mq

Köməkçi maddələr: jelatin, qliserol, su

MƏHSUL HAQDA məlumat:

Omeqa 3 - vazodilyatasiya, antiaritmik, hipotenziv, antiaqreqant, membranstabilləşdirici, antioksidant xüsusiyyətə malikdir, lipid mübadiləsini normallaşdırır. ASLP, ÇASLP miqdarını normallaşdırır. Aterosklerozun inkişaf riskini azaldır. Membran reseptorlarının funksional aktivliyini artırır. Essensial yağ turşuları xolesterinin transportu, orqanizmin müdafiə sisteminin  qorunması, hormonal balansın saxlanması, hüceyrə tamlığının bərpasında mühüm rol oynayır.

DHT (dokozoheksayen turşusu) qəbulu hippokamp sinapslarının xarici qıcıqlara qarşı işini sürətləndirir, emosiyaların formalaşmasına, yaddaşın güclənməsinə səbəb olur. Ateroskleroz və trombozun inkişafını ləngidir. Qanın özlülüyünü normallaşdırır, qaraciyərin piy infiltrasiyasının qarşısını alır. Damar divarı elastikliyini artırır, möhkəmləndirir. Hüceyrə membranı bərpasında aktiv iştirak edir. Hüceyrə üçün enerji mənbəyidir. ASLP – nin qanda səviyyəsinin azalmasına gətirib çıxarır.

EPT (eykozopentayen turşusu) orqanizm üçün mühüm omeqa 3 yağ turşusu olub, orqanizmin antioksidant sisteminin effektivliyini gücləndirir, yağların transportu prosesini normallaşdırır, hüceyrə membranı bərpasını, immun sistemi hüceyrələrinin aktivliyini təmin edir. Yağların mədə-bağırsaq traktından sorulması prosesinin yaxşılaşmasına səbəb olur. Ürəyin işemik xəstəliklərinin, arterial təzyiq yüksəlməsinin, iltihabi proseslərin yaranma riskinin qarşısını alır.

Vitamin E - antioksidant xüsusiyyətə malik olan vitamindir.  Bir sıra xəstəliklərin  (ateroskleroz, ürəyin işemik xəstəlikləri, diabetik angiopatiya, neyrodegenerativ, autoimmun xəstəliklər, şiş və şüa xəstəlikləri, psoriaz, yanıq, katarakta) yaranmasına açar rolunu oynayan oksidləşmə proseslərini azaldır,  orqan və toxumaların  zədələnməsinin qarşısını alır.


 İstİfadəsİnə tövsİyyələr:

Omebil forte xəstəliklərin müalicəsi  məqsədilə istifadə edilə bilməz. Aşağıda qeyd olunan xəstəlik və halların kompleks müalicə və profilaktikasında yanaşı köməkçi vasitə kimi istifadə olunur.

 

  • xroniki beyin qan dövranı pozğunluqları (başgicəllənmə, qulaqlarda küy)
  • kəllə-beyin travmaları
  • gözdə qan dövranı pozulması, qlaukoma
  • miopiya, diabetik retinopatiya
  • şəkərli diabet
  • revmatik xəstəliklər (oynaq xəstəlikləri), osteoporoz
  • insultdan sonra reabilitasiya dövrü
  • arterial hipertenziya, ürək-damar distoniyası
  • diabetik angiopatiyalar
  • yaşdan asılı olaraq yaddaşın zəifləməsi, eşitmə, görmə funksiyalarındakı dəyişikliklər
  • hamiləlik dövründə dölün inkişafdan qalması
  • dəri xəstəlikləri, psoriaz

Yuxarida göstərilən xəstəliklərin kompleks müalicəsində tövsiyyə oluna bilər.

əks göstərİşlərİ: 

  • qida əlavəsinin  tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək  həssaslıq
  • xroniki xolesistit və pankreatitin ağırlaşması


Əlavə təsİrlərİ: dispeptik pozğunluqlar, allergik reaksiyalar


XƏBƏRDARLIQ:

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.


İSTİFADƏ QAYDASI: 1 jelatin kapsula gündə 1 dəfə, yeməkdən sonra qəbul olunur. Tövsiyyə olunan sutkalıq dozanı keçməyin.


Saxlanma  şəraİtİ: 25°С-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan  yerdə saxlayın.


Yararlılıq müddətİ: Qutu üzərində qeyd olunmuşdur. Əgər istifadə müddəti bitərsə, qida əlavəsindən istifadə etmək olmaz.


Buraxılış forması:  60 yumşaq jelatin kapsula içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik  qida əlavəsidir. BFMQƏ normal qidalanmanı əvəz etmir.

İSTEHSALÇI: Fortex nutraceuticals ltd., Prohladen kut str, Sofia 1362, Bulgaria.

EKSKLÜZİV DİSTİBÜTOR: AZERİMED MMC.


Baxılma sayı: 415 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Azeri Med LLC . Bütün hüquqlar qorunur..