*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Termosil krem
Sual ver
  Təcili sifariş A+ A-

TERMOSİL


Tərkibi:

1 q məhsulun tərkibindəki komponentlərin miqdarı (mq)

Mentol(Menthol)

50 mq

Kamfora(Camphora)

100 mq

Evkalipt yarpağının efir yağı(Eucalyptus globulus leaf  oil)

20 mq

Metilsalisilat(Methyl salicylate)

10 mq

Mixəkağacı yarpağının yağı(Eugeniacaryophyllusleaf oil)

5 mq

Köməkçi maddələr: propilen qlikol, trietanolamin, qliserin, polisorbat

80, izopropilmiristat, fenoksietanol, karbomer, etilheksilqliserin,su.


MƏHSUL HAQQİNDA məlumat:

Tərkibinə daxil olan komponentlər (evkalipt efir yağı, mentol, kamfora, mixək, metil salisilat) sayəsində oynaqların və əzələlərin xroniki degenerativ xəstəliklərindəyerli ağrı yüngülləşdirici kimi istifadə olunur.

İstİfadəsİnə tövsİyyələr:

Ağrı sindromu ilə müşaiyət olunan xəstəliklərin kompleks müalicəsində istifadə olunan yerli agrı yüngülləşdirici vasitə

ƏKS GÖSTƏRİŞLƏR:

Preparatın tərkibinə daxil olan hər hansı komponentə qarşı həssaslığın artması, hamiləlik, südvermə dövrü

ƏLAVƏ TƏSİRLƏRİ: Yerli allergik reaksiya

İSTİFADƏ QAYDASI:

Krem ağrının dərəcəsindən asılı olaraq gündə 2 -4 dəfə, yerli olaraq dəriyə sürtülür. Tövsiyyə olunan birdəfəlik istifadə dozası 2,6 qramdır. Krem ağrı olan nahiyyəyə yüngül masaj olunaraq tam sorulanadək sürtülməlidir.

BURAXILIŞ FORMASI:

100 ml krem tubda N1, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Dərman vasitəsi deyildir. Tibbi vasitədir.

QEYD: Preparat yalnız xaricə istifadə üçündür. Gözlərə, selikli qişalara və zədələnmiş dəriyə təmasdan çəkinin. Əgər təmas baş verərsə dərhal su ilə yaxalayın. Kremi istifadədən sonra əllərinizi sabun və su ilə yuyun.

saxlanma qaydası:

25°С-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayacağı yerdə saxlamalı. 

İstİfadəyə yararlılığı:3 ildir.

Qutunun üzərində göstərilmiş müddətdən kənar istifadə etmək olmaz.

aptekdən buraxılma şərti:Reseptsiz.


İstehsalçı:  Esensa Ltd., Viline vode, Slobodna Zona Beograd,Republic of Serbia www.esensa.rs


EKSKLÜZİV DİSTRİBÜTOR:“AZERİMED” MMC




Baxılma sayı: 198 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Azeri Med LLC . Bütün hüquqlar qorunur..