*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

Buraxılış forması:

 500 mg-lıq mavi rəngli jelatin kapsullar.Qutuda 60 kapsul blisterlərdə 12X5

Farmakoterapevtik qrupu:

Toxuma regenerasiyasının stimulyatoru

Tərkibi:

Təsiredici maddə - natrium xondroitin sulfat

Köməkçi maddələr – talk,jelatin,titan-dioksid,indiqotin

Farmakoloji təsiri:

Farmakodinamika:Hialin qığırdaqda mübadilə proseslərinə təsir edir,oynaqların qığırdaq toxumasında degenerativ dəyişiklikləri azaldır,qlikozaminqlikanların biosintezini stimulə edir.Struktum preparatı ilə müalicə zamanı zədələnmiş oynaqlarda ağrı azalır,hərəkətlilik yaxşılaşır,QSİƏP-lərə tələbat azalır.Struktum uzunmüddətli təsirə malikdir və osteoartrozun kəskinləşmələrinin sayını azaldır.

Farmakokinetika:Daxilə qəbuldan sonra xondroitin sulfat mədə-bağırsaq traktından tez sorulur.Qanda xondroitin sulfatın ilkin miqdarından asılı olaraq, qan plazmasında maksimal konsentrasiyaya qəbuldan 3-4 saat sonra çatır.Əsasən oynaqların sinovial mayesində toplanır.Biomənimsənilmə - 13%-dir.Böyük hissəsi böyrəklərlə atılır.

Istifadəsinə göstərişlər:

Onurğa sütunu və oynaqların degenerativ xəstəlikləri:osteoartrozlar,fəqərəarası osteoxondroz.

Əks-göstərişlər:

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.

Hamiləlik və laktasiya:

Struktumun hamiləlik və laktasiya dövründə istifadəsinin effektivliyi və təhlükəsizliyi barədə məlumatlar yoxdur.

İstifadə qaydası və dozalanma:

Struktum,daxilə,az miqdarda su ilə birgə qəbul olunur.Böyüklər gündə 1 qr - 500 mg kapsuldan,1 kapsul gündə 2 dəfə qəbul olunur.İlkin müalicə kursunun tövsiyyə olunan müddəti – 6 aydır,preparatın postterapevtik effekti xəstəliyin lokalizasiyasından və stadiyasından asılı olaraq 3-5 ay davam edir.Təkrari müalicə kursunun müddəti həkim tərəfindən müəyyənləşdirilir.

Əlavə təsirlər:

Dəri reaksiyaları:tək-tək hallarda – dəri qaşınması,eritema,dermatit,övrə.

Həzm sistemi tərəfindən:nadir hallarda – ürəkbulanma,qusma.

Saxlanma şəraiti:

250C-dən yüksək olmayan temperaturda,uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Yararlılıq müddəti:

3 ildir.

Aptekdən buraxılma şərti:

Həkim resepti əsasında

İstehsalçı:

“Pyer Fabr Medikament Prodakşn”,Fransa,Proqifarm,45500,Jien

Baxılma sayı: 987 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..