*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

Polienzim preparatı

Tərkibi:

Təsiredici maddələr: Pankreatin 345 prot, Avr.Farm,-Sv, tripsin 360F.3.P-Sv, ximotripsin 300 F.3.P-Sv papain 90 F3P.-Sv, bromelain 225 F.3.P. - Sv., lipaza 34 F.3.P-Sv, amilaza 50 F.3.P-Sv., rutozid 3H20 50,0 mq.

Farmakoterapevtik qrupu:
İltihab əleyhinə, ödem əleyhinə, fibrionolitik və immunomodulyator təsirə malik preparatdır.


Farmakoloji xüsusiyyətləri:

Vobenzim Bitki və heyvan  mənşəli  fermentlərin kombinasiyası olub, immunomodulyasiya, iltihabəleyhinə, ödeməleyhinə, II-li analgetik  və fibrinolitik təsirə malikdir. Enzimlər (fermentlər) orqanizmin həyat fəaliyyətinin əsasını təşkil edirlər və orqanizmin bütün bioloji proseslərində iştirak edirlər.   Enzimlərin aktivliyinin zəifləməsi çox zaman kəskin və xroniki xəstəliklərin əmələ gəlməsinə səbəb olur.Vobenzim  iltihabi prosesin gedişinə müsbət təsir göstərir, autoimmun və immunokompleks proseslərinin patoloji əlamətlərinin əmələ gəlməsini məhdudlaşdırır, orqanizmin immunoloji reaktivlik göstəricilərinə müsbət təsir göstərir. Vobenzim monosit – makrofaqların, təbii killer hüceyrələrinin, funksional aktivlik dərəcəsinin stimulyasiya və requlyasiyasını həyata keçirir, şişəleyhinə immuniteti, sitotoksik T-limfositləri, hüceyrələrin faqositar aktivliyini stimullaşdırır. Vobenzimin təsiri ilə sirkulə edən immun kompleksin miqdarı azalır və toxumalardan membran depozitlərin immun komplekslərinin xaric olması müşahidə olunur.

   Vobenzim  mübadilə maddələrinin və nekrozlaşmış toxumaların toksiki məhsullarının

lizisini aktivləşdirir. Vobenzim hematoma və ödemlərin sorulmasını yaxşılaşdırır, damar divarlarının keçiriciliyini normallaşdırır. Vobenzim qanın qatılığını və mikrosirkulyasiyanı normallaşdırır. Vobenzim hüceyrələrin oksigen və qidalı maddələrlə zənginləşməsini həyata keçirir.

   Vobenzim trombositlərin aqreqasiyasını və tromboksanın konsentrasiyasını aşağı salır. Vobenzim qan hüceyrələrinin adgeziyasını requlə edir; eritrositlərin formalaşma qabiliyyətini onların plastikliyini requlə edərək artırır; normal diskositlərin sayını artıraraq, aktiv formalı trombositlərin ümumi sayını azaldır; qanın qatılığını normallaşdırır, mikroaqreqatların ümumi sayını azaldır, və beləliklə də mikrosirkulyasiyanı və qanın reoloji xüsusiyyətlərini, hüceyrələrə oksigen və qidalı maddələrin təchizini  yaxşılaşdırır.

   Vobenzim hormonal preparatların qəbulu nəticəsində yaranan əks təsirləri azaldır. Vobenzimın II – li analgezəedici effekti kəskin iltihabi prosesin yaradıcı fakrorlarına təsiri sayəsində müşahidə edilir. 

   Vobenzim lipid mübadiləsini normallaşdırır, endogen xolesterinin sintezini azaldır.

   Vobenzim  antibiotiklərin qan plazmasında və iltihab ocağında konsentrasiyasını artırır, nəticədə onların effektivliyini gücləndirir. Eyni zamanda enzimlər antibiotiklərin xoşagəlməz əlavə təsirlərini azaldır.

   Vobenzim qeyri-spesifik müdafiə mexanizmini requlə edir ( interferon istehsalı), bununla da virusəleyhinə və mikrobəleyhinə təsir edir. 

   Farmakokinetika:

   Vobenzim qəbulundan sonra  onun tərkibinə daxil olan fermentlər intakt molekulaların rezorbsiyası nəticəsində nazik bağırsaqdan sorulur və qanın nəqliyyat zülalları ilə birləşərək qan dövranına daxil olur. Bundan sonra fermentlər qan damarları ilə miqrasiya edərək patoloji proses zonasında toplanırlar. 

   Göstərişləri:

   Vobenzim kompleks terapiyada istifadə olunur.

  • Revmatologiya: revmatoidli artrit, oynaqxarici revmatizm, Bexterev xəstəliyi.
  • Angiologiya: tromboflebitlər, posttrombotik sindrom, vaskulitlər, oblitəedici trombangiit, residivləşən flebitlərin profilaktikası, limfedema, II-li limfatik ödem.
  • Urologiya: sidik-cinsiyyət traktının iltihabı, sistit, sistopielit, prostatit, cinsi yolla ötürülən infeksiyalar.
  • Ginekologiya: xroniki infeksiyalar, adneksit, mastopatiyalar, hestozlar,  əvəzedici hormonal terapiyanın əks təsirlərinin tezliyini və ağırlığını azaltmaq üçün.
  • Cərrahiyyə: operasiyalardansonra baş verə biləcək ağırlaşmaların profilaktikası və müalicəsi (iltihab, trombozlar, ödemlər), bitişmələr, posttravmatik və limfatik ödemlər, plastik və rekonstruktiv operasiyalar.
  • Travmatologiya: travmalar, sınıqlar, distorsiyalar(əzələ gərginliyi), çıxıqlar, xroniki posttravmatik proseslər, yumşaq toxumaların iltihabı, idman travmaları 
  • Pulmonologiya: yuxarı və aşağı tənəffüs yollarının iltihabı, sinusitlər, bronxitlər, bronxopnevmaniyalar, bronxial astma.
  • Kardiologiya: infarktdan sonrakı vəziyyətlərdə (qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırmaq üçün), ürəyin işemik xəstəliyi.
  • Qastroenterologiya: pankreatit, hepatit,  xoralı kolit, Kron xəstəliyi.
  • Nefrologiya: pielonefrit, qlomerulonefrit.
  • Endokrinologiya: diabetik angiopatiya, diabetik retinopatiya, autoimmun tireoidit.
  • Dermatologiya: atopik dermatit, səpkilər.
  • Nevrologiya: dağınıq skleroz

Vobenzim  o cümlədən məsləhət görülür:

  • onkoloji xəstəliklər zamanı kimya – və ya şüa terapiyası müddətində həyat ketfiyyətini artırmaq və infeksion ağırlaşmaların profilaktikası üçün;
  • cərrahi əməliyyatlarda infeksion ağırlaşmaların və bitişmələrin qarşısını almaq üçün;
  • virus infeksiyalarının əmələ gəlməsinin və ağırlaşmalarının profilaktikası üçün;
  • mikrosirkulyasiyanın pozulmasının, poststressor, həmçinin adaptasion mexanizmlərin pozğunluqların profilaktikası üçün;
  • əvəzedici hormonal terapiyanın, hormonal kontrasepsiyanın əks təsirlərinin qarşısını almaq üçün.


İstifadə qaydası və dazalanması:

Vobenzimi  yeməkdən  30 dəq. əvvəl 200 ml su ilə qəbul etmək lazımdır.

 Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq Vobenzim 3 – 10 həb sutkada 3 dəfə  təyin.olunur.  Müalicə dozası fərdi olaraq seçilməlidir.

Orta aktivlikli xəstələliklərdə 5 – 7 həb 3 dəfə 2 həftə müddətində təyin olunur.Sonra  doza 3-5 həb  3 dəfə 2 həftə müddətinədək azaldılmalıdır.

Yüksək aktivlikli xəstələliklərdə isə 7 – 10 həb 3 dəfə 2-3 həftə müddətində təyin olunur. Sonra  doza 5 həb  3 dəfə 2-3 ay müddətinədək azaldılmalıdır.

Xroniki xəstəliklər zamanı göstərişə əsasən 3 aydan 6 ayadək və daha uzun müddət qəbul oluna bilər.

Antibiotiklərin effektini yüksəltmək və disbakteriozun profilaktikası üçün bütün antibiotikoterapiya kursu müddətində 5 həbdən sutkada 3 dəfə olmaqla  qəbulu məsləhət görülür. Antibiotik kursu bitdikdən sonra bağırsaq mikroflorasının (biosenozu) bərpası üçün sutkada 2 – 3 həbdən olmaqla 2 həftə müddətində   təyin olunur.

Şüa və kimyəvi müalicə zamanı qoruyucu kimi sutkada 3 dəfə 3 – 5 həb, 2 həftə müddətində   təyin etmək məsləhətdir.

Profilaktik məqsədlə təyin etdikdə 2 – 3 həb sutkada 3 dəfə 1.5 ay müddətində, ildə 2 – 3 dəfə.

Uşaqlara: 5 – 12 yaşda hər 6 kq-a 1 həb təyin olunur.

12 yaşdan böyük uşaqlara doza böyüklərdəki kimidir. Müalicənin müddəti fərdi olaraq seçilir.

Əks göstərişlər:

Preparatın hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.

Qanaxmaya yüksək meylli xəstəliklərdə (hemofiliya, trombositopeniya, və s.)

5 yaşadək uşaqlar.


Hamiləlik və laktasiya periodlarında istifadəsi:

Hamiləlik və laktasiya periodlarında Vobenzimin  istifadəsi mümkündür, lakin hamilə qadınlar həkim məsləhəti ilə preparatı qəbul etməlidirlər və nəzarətdə olmalıdırlar. 

Əlavə təsirləri:

   Vobenzim pasientlərdə orqanizm  tərəfindən yaxşı mənimsənilir. Əksər hallarda hətta uzunmüddətli, yüksək dozalarda qəbulu zamanı heç bir əlavə təsir müşahidə edilməmişdir. Nadir hallarda nəcisin konsistensiyasında və iyində dəyişikliklər, dəridə xırda səpkilər baş verir. Digər əlavə təsirlər müşahidə edildikdə dərhal həkimə müraciət edilməlidir.


Xüsusi göstərişlər:

Vobenzimlə müalicənin əvvəlində xəstəliyin əlamətləri ağırlaşa bilər.Belə hal müşahidə edilərsə, dozanı müvəqqəti olaraq azaltmaq lazımdır, preparatın qəbulunu dayandırmaq lazım deyil.

Avtomobil və digər mexanizmlərlə çalışanlar üçün:   avtomobil idarə edənlərə və digər hər hansı bir yüksək sürətli hərəkət mexanizmləri olan işlərdə çalışanlara mənfi təsir etmir.

Buraxılış forması:qutu və qabda xüsusi qişa ilə örtülmüş, 40, 200 və 800 ədəd həblərdən (draje) ibarət olur. 

Saxlama şəraiti:

15 – 25C dərəcədə uşaqlar üçün əlçatmaz yerlərdə saxlanılmalıdır.

Apteklərdən reseptsiz satılır.

İstehsalçı: MUCOS Pharma GmbH&Co, Almaniya.

Ətraflı Məlumat: http://wobenzym.az/

Baxılma sayı: 13662 dəfə
 
SUAL CAVAB
Lryla
Sual: Salam Wobenzym dermeni hansi hallada ne ucun istifade edilir bu derman ariqlama yaradir orqanizmde ?
Cavab: Salam Leyla xanım. Vobenzim kompleks terapiyada istifadə olunur. Revmatologiya: revmatoidli artrit, oynaqxarici revmatizm, Bexterev xəstəliyi. Angiologiya: tromboflebitlər, posttrombotik sindrom, vaskulitlər, oblitəedici trombangiit, residivləşən flebitlərin profilaktikası, limfedema, II-li limfatik ödem. Urologiya: sidik-cinsiyyət traktının iltihabı, sistit, sistopielit, prostatit, cinsi yolla ötürülən infeksiyalar. Ginekologiya: xroniki infeksiyalar, adneksit, mastopatiyalar, hestozlar, əvəzedici hormonal terapiyanın əks təsirlərinin tezliyini və ağırlığını azaltmaq üçün. Cərrahiyyə: operasiyalardansonra baş verə biləcək ağırlaşmaların profilaktikası və müalicəsi (iltihab, trombozlar, ödemlər), bitişmələr, posttravmatik və limfatik ödemlər, plastik və rekonstruktiv operasiyalar. Travmatologiya: travmalar, sınıqlar, distorsiyalar(əzələ gərginliyi), çıxıqlar, xroniki posttravmatik proseslər, yumşaq toxumaların iltihabı, idman travmaları Pulmonologiya: yuxarı və aşağı tənəffüs yollarının iltihabı, sinusitlər, bronxitlər, bronxopnevmaniyalar, bronxial astma. Kardiologiya: infarktdan sonrakı vəziyyətlərdə (qanın reoloji xüsusiyyətlərini yaxşılaşdırmaq üçün), ürəyin işemik xəstəliyi. Qastroenterologiya: pankreatit, hepatit, xoralı kolit, Kron xəstəliyi. Nefrologiya: pielonefrit, qlomerulonefrit. Endokrinologiya: diabetik angiopatiya, diabetik retinopatiya, autoimmun tireoidit. Dermatologiya: atopik dermatit, səpkilər. Nevrologiya: dağınıq skleroz. Müraciətiniz üçün təşəkkür edirik.
Sevda
Sual: Neçeyedir?
Cavab: Salam Sevda xanım.VOBENZIM N200 məbləği 73.93 Azn.Bakı şəhər daxilində çatdırılma xidmətimiz mövcuddur.10 Azn-dən yuxarı sifarişlərə çatdırılma xidməti ödənişsizdir.Müraciətiniz üçün təşəkkür edirik.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..