*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

TƏRKİBİ: Tenonitrazol 250mq, kapsul N8

Farmakoloji qrupu: 

Tiazol qrup antiprotozoy, trixomonas əleyhinə preparat

ATC kodu: J01XD

Təsir mexanizmi:

Mikrob hüceyrəsində DNT replikasiyasını pozaraq, zülal sintezini tormozlayır və hüceyrə tənəffüsünü blokada edir.

Tiazol həlqəsi sayəsində digər nitroimidazollara qarşı həssaslığı olan trixomonaslara trixomonasıd təsir göstərir.

Atrikan etil spirtinin metabolizmini tormozladığından disulfiramabənzər təsir göstərir.

Farmakokinetikası:

Biosorulması 96%, Bioyararlılığı 80%-dən yuxarı olub qida qəbulundan asılı deyil. 

TC max. 3-4 saat. Bioloji baryerləri rahat keçir. Metabolizmə uğrayır, 35%  aktiv metabolit. T1/2 13 saat. İkili eliminasiyaya malikdir.

Orqanizmdən ləng atıldığından qanda uzun müddət trixomonasid konsentrasiyasını saxlayır. 

Göstərişlər:

Sidik cinsiyyət sisteminin trixomoniazı, trixomonas mənşəli vaginit, prostatit, uretrit.

İstifadə qaydası və dozası:

1 kapsul (250mq) gündə 2 dəfə (səhər və axşam) yemək vaxtı 4 gün ərzində daxilə qəbul edilir.

Tam effekt əldə etmək üçün hər iki cinsi partnyor eyni zamanda müalicə almalıdır.

Əks göstərişi:

Dərmanın aktiv kompanentinə qarşı həssaslıq.15 yaşdan kiçik şəxslər. Kəskin və xroniki qaraciyər çatmamazlığı. Etanolla birgə təyini məqsədəuyğun deyil.

Hamilə və süd verənlərdə istifadə:

Hamilələrdə istifadə etmək olmaz.  Südə keçdiyi üçün müalicə zamanı uşaq döşdən ayrılmalıdır.

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatdan istifadə zamanı diqqət tələb edən fəaliyyətlə məşğul olan və nəqliyyat vasitələrini idarə edən şəxslərdə heç bir yan təsir qeydə alinmamişdir.

Yan təsirləri:

MBT tərəfindən: ürək bulanma, epiqastral nahiyyədə ağırlıq hissi, iştahasızlıq. Allergik reaksiyalar: övrə, dəri səpgiləri, qaşınma. Əgər hər hansı bir yan təsir müşahidə olunarsa, həkiminizə müraciət edin.

Digər dərmanlarla qarşılıqlı təsiri:

Tərkibində etanol olan dərmanlarla birgə istifadə etmək olmaz.

Buraxılış forması

250 mq-lıq bağırsaqda həll olan kapsullar

1 blisterdə N8 kapsul  içlik vərəqi ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30°C temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti   3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı 

Laboratoriya İnnotech İnternasional, Fransa

22, avenyu Aristid Brian, 94110 Arkey.

Baxılma sayı: 5383 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..