*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Cinsi yolla keçən xəstəliklər » POLİJİNAKS (POLYGİNAX) N12 vaginal kapsul
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi

Yumşaq, açıq-bej rəngli oval, yumşaq vaginal kapsula; kapsulanın içi sarı-qəhvəyi rəngə çalan eynicinsli yarımmaye 


1 kapsula

neomisin sulfat

35000 BV

polimiksin B sulfat

35000 BV

nistatin

100000 BV

Köməkçi maddələr: Dimetikon 1000, hidrogenləşmiş soya yağı, Tefoz 63,.

Örtük qişanın tərkibi: jelatin, qliserol, dimetikon 1000, distillə olunmuş su 

ATC kodu: G01AX

Farmakoloji qrupu:

Mikrobəleyhinə preparatlar və antiseptiklər. Antibakterial və yerli antifunqal.

Farmakoloji xüsusiyyətləri

Ginekologiyada yerli istifadə üçün tətbiq olunan mikrobəleyhinə preparat. Bakretisid təsir göstərir. Qrammüsbət bakteriyalara qarşı aktivdir: Staphilococcus aureus, Corynebacterium spp.; Qrammənfi bakteriyalara qarşı aktivdir: Enterococcus faecium, Enterobacter aerogenes, Escherichia coli, Haemophilus influenzae, Proteus vulgaris, Klebsiella pneumoniae, Mycobacterium tuberculosis, Pseudomonas aerugenosa, Ureaplasma urealyticum. Patogen göbələklərə, xüsusilə Candida albicans, Cryptococcus, Hystoplasma göbələklərinə qarşı aktivdir.

Selikli qişada trofiki prosesləri yaxşılaşdırır.

Polijinaxın tərkibindəki antibiotiklərdən heç biri uşaqlıq yolunun normal mikroflorasını pozmur.

Preparatın tərkibindəki dimetikon maddəsi  uşaqlıq yolunun selikli qişasını bürüyərək qaşınma, göynəmə hissini tez bir zamanda aradan qaldırır və dərmanın aktiv kompanentlərinin səthi gərilmə qüvvəsi əsasında selikli qişanın büküşləri arasında bərabər paylanmasını təmin edir. 

Göstərişləri

Preparata həssas mikroorqanizmlər tərəfindən yaranan infeksion –iltihabi xəsəliklərin müalicəsi:

-          qeyri spesifik vaginitlər

-          göbələk mənşəli vaginitlər

-          qarışıq vaginitlər

-          vulvovaginitlər

-          servikovaginitlər

İnfeksion-iltihabi xəstəliklərin profilaktikası:

-          cinsi orqanlarda cərrahi müdaxilədən öncə

-          uşaqlıqdaxili diaqnostik müayinələrdən öncə və sonra

-          uşaqlıq boynu eroziyasının diatermokoaqulyasiyasından öncə və sonra

-          diaqnostik məqsədlə uşaqlıq daxili qaşımalarda oncə və sonra

-          uşqalıq daxili spirallardan öncə və sonra

-          doğuşdan və abortdan öncə

Doğuş öncəsi profilaktika: dölün döğuş yollarını keçən zaman ananın cinsiyyət orqanlarından infeksiyaya yoluxmasının qarşısını alır.

Dozalanma rejimi

Axşam yatmazdan qabaq bir kapsula uşaqlıq yoluna dərin olaraq qoyulur. Müalicə kursu – 12 gündür. Profilaktiki kurs – 6 gündür. Bir və ya bir neçə dozanı buraxdıqda belə müalicəni əvvəlki qaydada davam etdirməli. 

Əlavə təsirləri

Allergik reaksiyalar mümkündür.  Uzun müddətli istifadə etdikdə aminoqlikozidlərin sistem əlavə təsirləri meydana çıxa bilər. 

Əks göstərişlər

- preparatın komponentlərinə qarşı yüksək həssaslıq. 

Hamiləlik və laktasiya

Hamiləlik dövründə preparat həkim məsləhəti ilə istifadə olunmalıdır. Preparatın istifadəsi südvermə dövründə də həkim məsləhəti ilə olmalıdır.

Xüsusi göstəişlər

Müalicə zamanı qapaqcıq və lateksdən olan prezervativlərdən istifadəsi məsləhət görülmür.

Menstrual dövrdə müalicə kursunu dayandırmaq məsləhət deyildir.

Ayrı-ayrı xəstəlik törədicilərinin preparata qarşı davamlılığının yarana biləcəyini bilərək preparatın istifadə müddəti məhdudlaşdırılmalıdır.

Böyrək çatmamazlığı olan xəstələrdə preparatın uzun müddətli istifadəsi aminoqlikozidlərin sistem təsirlərini artıra bilər.

Xəstə bilməlidir ki, böyrək çatmamazlığı baş verdikdə həkimə müraciət etməlidir. 

Dozadan artıq istifadə

İndiyə qədər Polijinaks preparatının dozadan artıq istifadəsi ilə əlaqədar hallar qeydə alınmamışdır. 

Digər dərman preparatları ilə qarşılıqlı təsiri:

Polijinaksı spermisid preparatlarla təyinatı məsləhət görülmür 

Buraxılış forması: 

Vaginal kapsula № 6

Vaginal kapsula 12 

1 blisterdə 6 kapsul olmaqla, 1və ya 2 blister içlik vərəqi ilə birlikdə karton qutuya qablaşdırılıb.

Saxlama şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti
Reseptlə satılır.

İstehsalçı:

Laboratoire INNOTECH INTERNATIONAL, Fransa

22, avenyu Aristid Brian, 94110 Arkey.

Baxılma sayı: 8142 dəfə
 
SUAL CAVAB
jale
Sual: POLYGİNAX saminin qiymetini bilmek isterdim
Cavab: Salam Jalə xanım. POLIJINAKS N12 məbləği 13.92 Azn.Bakı şəhər daxilində çatdırılma xidmətimiz mövcuddur.10 Azn-dən yuxarı sifarişlərə çatdırılma xidməti ödənişsizdir.Müraciətiniz üçün təşəkkür edirik.
kemale
Sual: salam kliavaq kapsula var? qiymetini zehmet olmasa
Cavab: Bizim xidmət dərman çatdırılmasından ibarətdir. Siz sifarişinizi verdikdən sonra biz verdiyiniz sifarişi apteklə dəqiqləşdirib çatdırılma pulu ilə birgə sizə deyə bilərik. Çatdırılma xidməti olaraq gün ərzində 5 AZN təcili (1-2 saat) içərisində 10 AZN təşkil edir.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..