*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • *7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ21-ci AZƏRBAYCAN BEYNƏLXALQ SƏHİYYƏ SƏRGİSİ  
*7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-


L-arginin şərti  əvəz olunmayan amin turşudur . 30 yaşdan sonra orqanizmdə sintezi azalmağa başlayır.

 L-arginin azotun donoru və təbii daşıyıcısıdır. Damar divarındakı saya əzələlərin tonusunu azaltmaqla və qanda xolesterinin səviyyəsini aşağı salmaqla diastolik təzyiqi normallaşdırır. L-arginin orqanizmdə bütün hormon (somatotrop, insulin, timozin, FSH, esterogen, progesteron, testesteron və s.), ferment, neyromediator və s. zülal təbiətli maddələrin sintezində iştirak edir, şiş hüceyrələrinin inkişafını ləngidir, immuniteti gücləndirir. Yaddaşı və beyin qandövranını yaxşılaşdırır, xroniki yorğunluğu və depressiyanı aradan qaldırır. 

Tərkibi: L-arginin   500 mq

Farmakoloji qrupu : Amin turşusu 

Farmakoloji xüsusiyyətləri:

L-arginin şərti  əvəz olunmayan amin turşudur - uşaqlarda tam sintez olunmur, böyüklərdə minimal dozada və müəyyən şərtlərdə sintez olunur. 30 yaşdan sonra orqanizmdə sintezi azalmağa başlayır. Damarın selikli qişasından sürətli sorularaq qana NO, NO2, NO3 şəklində düşür. Toxumalara diffuziya etməsi oksigendən 1,4 dəfə aktivdir.

L-arginin azotun donoru və təbii daşıyıcısıdır. NO ferment sistemini azotla təmin edir. NO arterial sistemin əsas tonus mediatorudur. Orqanizmdə diostalik təzyiqin səviyyəsi məhz bu mediatordan asılıdır. Damar divarındakı saya əzələlərin tonusunu azaltmaqla və qanda xolesterinin səviyyəsini aşağı salmaqla  diastolik təzyiqi normallaşdırır.

L-arginin orqanizmdə bütün hormon (somatotrop, insulin, timozin, FSH, esterogen, progesteron, testesteron və s.), ferment, neyromediator və s. zülal təbiətli maddələrin sintezində iştirak edir, T-helper və T-killerlərin sayını və aktivliyini artıraraq şiş hüceyrələrinin inkişafını ləngidir, immuniteti gücləndirir. Neyromediatorların sintezini stimulə etdiyi üçün yaddaşı yaxşılaşdırır, xroniki yorğunluğu və depressiyanı aradan qaldırır.

L- arginin zülalların parçalanma məhsulu olan qalıq azotun (ammonyakın) peraminləşməsində və onun orqanizmdən xaric olmasında iştirak edir. Buna görə güclü detoksikasion və hepatoprotektor təsirə malikdir. 

Göstərişləri:

  • ÜİX (stenokardiya, miokard infarktı), hipertoniya, ateroskleroz, obliterasiyaedici endarterit, tromboz və tromboflebiya
  • Dissirkulyator ensefalopatiya, beyin qan dövranı pozğunluğu, miqren, əzələ distrofiyası
  • Hormonal pozğunluqlar: şəkərli diabet, piylənmə, hormonal disbalans, dismenoreya, yumurtalığın polikistozu, impotensiya, oliqospermiya, sonsuzluq
  • Qaraciyərin piy distrofiyası
  • Torlu qişa venalarının trombozu, diabetik retinopatiya
  • Uşaqlarda boy artmanın ləngiməsi, distrofiyalar
  • Onkoloji xəstəliklərin kompleks müalicəsində

Əks göstərişləri: Hamiləlik və laktasiya dövrü, şizofreniya, 18 yaşa qədər uşaqlar (boyu balaca uşaqlara təyin etmək olar)

Dozalanması: 1 - 2 kapsul gündə 2 - 3 dəfə

Buraxılış forması: Kapsul №50

İstehsalçı: Narures Bounty - ABŞ

Baxılma sayı: 9404 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..