*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ12
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » Colo-Vita baby
Sual ver
  Təcili sifariş A+ A-

10 damçı məhlulun tərkibi: canlı bakteriaların liofilizatı - 5,0 mlrd

  • Lactobacillus casei                       2 mlrd
  • Lactobacillus rhamnosus           1,5 mlrd
  • Bifidobacterium bifidum         0,75 mlrd
  • Streptococcus thermophilus     0,75 mlrd


Farmakoloji xüsusiyyətləri:

Colo-Vita baby bağırsaq mikroflorasını bərpa edən preparatdır. Tərkibindəki 4 növ canlı bakteriyalar sağlam yenidoğulmuşların mədə-bağırsaq traktında mövcuddur. Bu bakteriyalar lactobacillus casei, lactobacillus rhamnosus, bifidobacterium bifidum, streptococcus thermophilus insan  üçün böyük əhəmiyyət kəsb edirlər:


-          bağırsaqda turş mühit yaradaraq patogen mikrobların və göbələklərin artıb çoxalmasının qarşısını alırlar.

-          süd məhsullarının həzmində,  həzm fermentlərinin və B qrup vitaminlərin, fol turşusunun (kazein, fosfotaza, lizosim ) sintezində, öd turşusunun metabolizmində iştirak edirlər.

-          antiallergik, antibakterial, antitoksik və immunomodulyator təsir göstərirlər.


Göstərişlər:

 - Həzm sisteminin disbakteriozu

 - Kəskin və xroniki diareya

 - Mədə-bağırsaq traktının kandidozu

 - Antibiotiklər, sitostatiklər və hormon preparatlarının qəbulu zamanı

 - Həzm pozğunluqları zamanı (köp, diareya, epiqastral nahiyədə diskomfort, sancı, qəbizlik)

 - Bağırsaq qripi (rotavirus infeksiyası)

-  Süni və qarışıq qida qəbul edən uşaqlara

-  Qurd invaziyaları zamanı

-  Allergik diatezlər

-  İmmunodefisit vəziyyətlər.


İstifadə qaydası və dozası:

İstifadədən öncə flakonu çalxalamaq lazımdır.  Qapağını acıb, flakonu əyib, damla tökülənə qədər gözləyirik. Preparat təmiz şəkildə və ya su, süd, qatıq,  alma şirəsinə əlavə edilərək istifadə olunur.

0 - 3 yaş arası uşaqlara 10 damcı gündə 1 dəfə

3 - 6 yaş uşaqlara 10 damcı gündə 2 dəfə təyin edilir.

 Əks təsirləri:

Preparatın tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

Buraxılış forması:

Oral damcı - flakon 7 ml

 Saxlanma şəraiti:

Quru və sərin yerdə saxlanılır. Flakon açıldıqda isə soyuducuda 2-8 0 C saxlanılmalıdır.


İstehsalçı:

APOTEX


Baxılma sayı: 9143 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..