*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • "Bonus topla,hədiyyə qazan!" adlı yeni kampaniyayya start verildi
"Bonus topla,hədiyyə qazan!" adlı yeni kampaniyayya start verildi1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Diabet » ELIVE 200
Sual ver
  Təcili sifariş A+ A-

E vitamini bir çox məhsullarda movcuddur, xüsusən də bitki mənşəli yağlar daha zəngin mənbə hesab olunur. Orqanizmin E vitaminə olan tələbatı, onun sorulması pozulanda (qaraciyər,  mədəaltı vəzi və bağırsaq xəstəliklərində) artır. E vitamini hüceyrə membranını sərbəst radikallardan qoruyan ən aktiv antioksidantdır, hüceyrənin qocalma prosesini ləngidir. E vitamini dərini nəmləndirir və qocalmadan qoruyur. Bundan başqa E vitamini eritrositlərin (qırmızı qan hüceyrəsi) qişasını qoruyaraq bütün bədən hüceyrələrinin tənəffüsünü təmin edir. Qanı oksigenlə zəngiləşdirir və ürək əzələsini möhkəmləndirir. 

Tərkibi:

E vitamini (d-alfa-tokoferol asetat) - 200 mq

Farmakoloji təsiri:

ELİVE 200 qan damarlarının divarını möhkəmləndirir, kapilyarların keçiriciliyinin və kövrəkliyinin qarşısını alır, qanın laxtalanmasını azaldır, trobm əmələgəlmənin və aterosklerozun inkişafının qarşısını alaraq qan dövranını yaxşılaşdırır.

ELİVE 200 onkoloji xəstəliklərdə, idman təcrübəsində (əzələ kütləsini artırmaq üçün), əzələ distrofiyalarında, prostat, qaraciyər xəstəliklərində istifadə olunan bir vitamindir. 

ELİVE 200 dəriyə də müsbət təsir göstərir. Kosmetologiyada dərinin cavan qalması üçün istifadə olunur, dərinin sağalmasını təmin edir və çapıq toxumasının əmələ gəlmə riskini azaldır. Bundan başqa tokoferol yanıqların, ekzema, psoriaz, dəri xorası, herpes və dəmrovun müalicəsinə müsbət təsir göstərir.

ELİVE 200 kataraktanın qarşısını alır.

ELİVE 200 tokoferol reproduktiv funksiyanın fəaliyyətini artırır. Kişilərdə isə o,spermatozoidlərin normal inkişafı üçün çox vacibdir.

ELİVE 200 hamiləliyin və dölün inkişafının normal keçməsini təmin edir, hamiləliyin pozulma təhlükəsinin, toksikozların inkişafının, cinsiyyət vəzilərinin funksiyalarının pozğunluğunun qarşısını alır. 

Göstərişləri:

- E vitaminin hipo- və avitaminozu zamanı

- Dəri xəstəlikləri (psoriaz, ekzema, herpes və s.)

Sonsuzluq (kompleks terapiyada)

- Spontan düşüklər; adəti düşüklər

- Spermatogenezin pozulması; cinsi zəiflik

Şəkərli diabet (kompleks terapiyada)

- Ürək damar xəstəlikləri (kompleks terapiyada)

- Göz xəstəlikləri (katarakta, göz dibinin sklerotik dəyişiklikləri)


Hamiləlik və laktasiya zamanı: preparatı  sutkada  800 - 1000 mq-dan artıq qəbul etmək olmaz.

Əks göstəriş: preparın tərkibinə qarşı individual həssaslıq. 

Qəbul qaydası: 200 - 400 mq gündə 1 - 2 dəfə. Müalicə kursu 1 - 3 həftədən 2 - 3 aya qədərdir.

Antioksidant kimi: 200 mq-dan sutkada 2 - 4 dəfə qəbul etmək olar.

Buraxılış forması: Softgel ( kapsul ) № 30                                          

İstehsalçı: Natures Bounty - ABŞ

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir.

Baxılma sayı: 7781 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..